Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vircin adaları
Vircin adaları (ing. Virgin Islands) — Karib dənizində olan, bir hissəsi ABŞ, digər hissəsi isə Böyük Britaniyaya aid olan adalar toplusu. ABŞ-yə aid adalar ABŞ Vircin adaları, Böyük Britaniyaya aid adalar isə Britaniya Vircin adaları adlanır.
ABŞ Vircin adaları
Amerika Birləşmiş Ştatları Vircin Adaları — Amerika Birləşmiş Ştatlarının Karib dənizində yerləşən torpağı. == İqtisadiyyatı == === Pul vahidi === Hazırda ölkənin pul vahidi ABŞ dollarıdır.
Britaniya Vircin adaları
Britaniya Vircin adaları — ABŞ Vircin adalarının şimal-şərqində yerləşən 36 ada və adacıqlar qrupu (ümumi sahəsi 153 кm²). Ancaq 16 adası məskunlaşıb. Ən böyük adaları Tortola (55 кm²), Anegada (38 кm²), Vercin-Qorda (21 км²) və Yost-van-Deyk (8 кm²). Paytaxtı Tortola adasında yerləşən Roud Taun şəhəridir. Ərazinin əhalisi 25 min nəfərdir, onun 90 faizi Torontola adasında yaşayır. Britaniya Vircin adaları — Britaniya dəniz ərazilərinə daxildir. Rəsmi dili — ingilis dili. Əhalisinin dini etiqadı: protestantlıq (anqlikan), katolik. Dövlət quruluşu: Böyük Britaniya mülkü. == İqtisadiyyatı == === Pul vahidi === 1959-cu ildən ölkənin pul vahidi ABŞ dollarıdır.
Fincan-fincan
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Bircinə
Bircinə (az-əbcəd. بیرجینه‎, fars. پرچینه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 45 nəfər yaşayır (14 ailə).
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.
Fırtına
Tufan(və ya fırtına) – adətən siklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan atmosfer hadisəsidir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur, bəzən dolu düşür. Yağmursuz tufanlar da çox olur. Bofort cədvəlində gücü 9 bal, sürəti isə 30m/san olan külək tufan adlanır. Tropik qurşaqlarda, xüsusən Böyük Antil adalarında və Karib dənizi üzərində baş verən tufana tropik siklonu deyilir. Belə siklon isə okeanlarda qasırğa törədir. Su nəhəng xortumlar və ya qıflar şəklində qalxaraq bir-birinin dalınca burulğanlı hərəkət etməyə başlayır. Tufanla qarşılaşmış yelkənli gəmilər hər hansı bir limana yaxın olmayacaq qədər açıqdadırlarsa, o zaman tufaba hazırlıq görməlidirlər. Şiddətli küləyə qarşı görüləcək ən təsirli tədbir qayığın yelkənini kiçilməkdir. Bu halda şiddətli küləyin qayığı aşırmaq təhlükəsi azalmış olacaqdır.
Fərcan
Fərcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Fərcan kəndinin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Bu da kəndin sarallı tayfasının qışlaq yerində salınması ilə bağlıdır. Yaşayış məntəqəsinin əsasını Fərəcan nəslinə mənsub olan ailələr qoyduğu üçün toponim belə adlanmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisindən ibarət olub, "fərəclər" deməkdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Fərcan kəndi dağətəyi ərazidədir. Əsl adı Fərəcandır.
Mirəcin
Mirəcin (fars. ميره جين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (44 ailə).
Parçin
Parçin (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Parçin-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Sircan
Sircan (fars. سیرجان‎, Sīrjān), İranın Kerman ostanında şəhər. == Coğrafiyası == Öz adını daşıyan Sircan şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 167.014 nəfərdir. Şəhər yerfıstığı məhsulu və kilimləriylə məşhurdur. Şəhər İranın sürətlə böyüyən şəhərlərindən birisidir. Xüsusilə yeni qurulan Sircan Azad İqtisadi Bölgəsi şəhərin inkişafında önəmli bir yer qazandırmış və Sircan idxalat və ixracat mallarının depolandığı və ölkə sənayesinin dayanağı halına gələn ən önəmli mərkəzlərdən birinə dönmüşdür. Sircanın xüsusi iqtisadi bölgəsinin böyük milli bir layihə olaraq seçilməsindəki sebeb, bölgənin başda coğrafi vəziyyəti olmaq üzrə, sahib olduğu digər məsələlər də var. Ölkənin ən böyük dəniz limanı Bəndər Abbasa 300 km məsafədə olan və Fars, Yəzd, Xorasan, Sistan və Bəlucistan və Hörmüzqan əyalətlərinin tam ortasında olan bu bölgə eyni zamanda Bəndər Abbas limanı yoluyla ölkəyə girən malların mübadiləsi və paylaşmasının aparıldığı önəmli bir kəsişmə nöqtəsində yerləşir.
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).
Tircan
Tircan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Tircan kəndi qədim yaşayış məskənlərindən biridir. Aparılan tədqiqatlar aşkar etmişdir ki, kəndin yerləşdiyi ərazi bir neçə dəfə dəyişmişdir. 1.Soğanlıq (e.ə. I əsr) 2.Xəşdöşə (təxminən 1500 – 1620 – ci illər) 3.Köhnə kənd (1620 – 1907 – ci illər) 4.Kəndin indi yerləşdiyi yer (1907 – ci ildən başlayır) Son tarixi araşdırmalar onu deməyə əsas verir ki, kəndin şimalında Daşdəmir, Cavanşir və s. yerlərdə də yaşayış mövcud olmuşdur. Tircanın ilk yaşayış yeri indiki kəndin yerindən 1 km cənubda olan “Soğanlıq” adlanan yer olmuşdur. Eramızdan əvvəl 1 – ci əsrdə mövcud olmuş Alban dövlətinin tərkibinə aid olmuş “Soğanlığ” deyilən yerdə yerləşən Tircan kəndi cənubda Kükürdlü dərəsi, şərqdə Heyvalı, qərbdə Kor bulaq, şimalda isə indiki kəndin cənubuna qədər olan böyük bir sahəni əhatə etmişdir ki, bu da təxminən 70 – 80 ha bərabərdir. E.ə. Albaniya dövlətində 26 tayfa mövcud olmuşdur.
Çırçır
Çırçır (Sevan)
Qırğın
Qətliam — Özünü müdafiə etmək imkanı olmayan çox sayda insanın amansızlıqla öldürülməsi hadisəsi.
Firmi
Firmi (fr. Firmi, oks. Firmin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Oben kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12100. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 30 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2557 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1442 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 1006 İqtisadi fəallıq, 436 hərəkətsiz (fəaliyyət göstərici 69.8%, 1999-cu ildə 65.9%) idi.
Firni
Firni — düyü unu və şəkərdən hazırlanan desert. == Tərkibi: == 160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz. == Hazırlanma qaydası: == Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Firon
Firon (yun. Φαραώ / pharaōn) — qədim Misirdə padşah, çar, kral. Britaniya Ensiklopediyasına görə, "firon" kəlməsi yeni çarlıq dövründən etibarən (18-ci xanədanlıqdan başlayır; b.e.ə. 1539–1292-ci illər) 22-ci xanədanlığa qədər (b.e.ə. 945–730-cu illər) hörmət mənasında işlədilib, sonralar da bu söz çarın ünvanına çevrilib, əvvəllər isə bu xitab heç vaxt işlədilməyib. Bu mövzuda başqa bir məlumat isə Amerika Akademik Ensiklopediyasında (Academic American Encyclopedia) qeyd edilmişdir. Həmin ensiklopediyada "firon" ləqəbinin yeni çarlıq dövründən etibarən istifadə edilməyə başladığı bildirilir. == Firon Quranda == Göründüyü kimi, "Firon" kəlməsindən müəyyən bir tarixdən sonra istifadə edilməyə başlanıb. Dolayısı ilə Quranda bu fərqin tam olaraq qeyd edilməsi – Yusif dövründəki hökmdardan həmişə "kral, çar, hökmdar" olaraq bəhs edildiyi halda Musanın dövründəki hökmdarın hər dəfə "firon" adlandırılması – Quranın Allahın sözü olmasını sübut edən başqa bir dəlildir. Keçmişin xəbərlərinin bir qisminə sənə belə nəql edirik.
Fırıq
Fırıq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Fırıq oyk, sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Afurca kəndindən çıxmış ailələrin indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, oykonim er. "təriqət", "məzhəb", "kütlədən ayrılmış bir qrup" və ya "bölük" mənasında işlədilən fərəq sözü ilə bağlıdır. Firiq variantında da qeydə alınmışdır. Əslində, oykonim RSDFP-nın Bakı Komitəsi yanında bolşeviklərin qabaqcıl dağıstanlı fəhlələrlə birlikdə təşkil etdikləri Faruq (ədalət tərəfdarları) sosial-demokrat qrupunun (1907) adı ilə bağlıdır.
Aşıq Firudin
Firudin Abid oğlu İsgəndərov – Azərbaycanlı aşıq. == Həyatı == İsgəndərov Firudin Abid oğlu 22 yanvar 1967-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Hələ uşaqlaqdan ana babası Hidayətdən, atası Abiddən və qardaşı Aşıq Nuriddindən saz havalarını çalmağı və ifaçılığı mükəmməl öyrənmişdir. 1984-cü ildə Daşkənd kənd orta məktəbini bitirmişdir. 1985-ci ildən 1987-ci ilə qədər Saxalin və Kuril adalarında əsgəri xidmətdə olmuşdur. 1987-ci ildə Bakı Sənayе Tеxnikumuna qəbul olmuş və 1990-cı ildə tеxnikumu bitirmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar doğma yurdu tərk еdən aşıq Bakı şəhərində məskunlaşmışdır. 1991-1995-ci illərdə «Aşıq Ələsgər» adına mədəniyyət еvində saz-solo ifaçılıq sənətini gənclərə öyrətmişdir. Aşıq Firudin İsgəndərov saz havalarından 60-a qədərini bilir, çalır və oxuyur. O, hal-hazırda Bakı şəhərində yaşayır və aşıqlıq sənətini də davam еtdirir, еl şənliklərində müntəzəm çıxışlar еdir.
Bircins tənlik
Bircins tənlik f {\displaystyle f} funksiyası bircins funksiya olduqda f ( x 1 , x 2 , … , x n ) = 0 {\displaystyle f(x_{1},x_{2},\dots ,x_{n})=0} şəklində tənlik. Əgər f ( λ x 1 , λ x 2 , … , λ x n ) = λ m ⋅ f ( x 1 , x 2 , … , x n ) {\displaystyle f(\lambda x_{1},\lambda x_{2},\dots ,\lambda x_{n})=\lambda ^{m}\cdot f(x_{1},x_{2},\dots ,x_{n})} olarsa, ( λ ∈ R , m ∈ N ) {\displaystyle (\lambda \in R,m\in N)} f {\displaystyle f} funksiyasına m {\displaystyle m} tərtibli bircins funksiya deyilir. x 1 = x 1 ( t ) , x 2 = x 2 ( t ) , … x n = x n ( t ) , {\displaystyle x_{1}=x_{1}(t),x_{2}=x_{2}(t),\dots x_{n}=x_{n}(t),} olarsa, verilən bircins tənlik birdəyişənli olur. Əgər f {\displaystyle f} funksiyası çoxhədlidirsə,bu çoxhədlinin bütün hədlərinin qüvvətləri m {\displaystyle m} -ə bərabər olur. Məsələn, 3 2 t − 5 ⋅ 6 t + 6 ⋅ 2 2 t = 0 {\displaystyle 3^{2t}-5\cdot 6^{t}+6\cdot 2^{2t}=0} tənliyi x = 3 t {\displaystyle x=3^{t}} və y = 2 t {\displaystyle y=2^{t}} dəyişənlərinə görə 2 tərtibli bircins tənlikdir. == Xarici keçidlər == Г.М. Фихтенгольц. КУРС ДИФФЕРЕНЦИАЛЬНОГО И ИНТЕГРАЛЬНОГО ИСЧИСЛЕНИЯ. ТОМ 1.
Ceyn Birkin
Ceyn Birkin(ing. Jane Mallory Birkin; 14 dekabr 1946[…], London, Birləşmiş Krallıq – 16 iyul 2023[…], VI arondisman (Paris), Paris, Fransa[…]) —ingilis-fransız əsilli aktrisa. == Həyatı == Ceyn Birkin 14 dekabr 1946-cı ildə London şəhərində anadan olub. Atası hərbçi Devid Birkin, anası aktrisa Cudi Kempell idi. Onun Endri Birkin adlı bir qardaşı da vardı. Sonradan o da həyatını kinoya bağladı. Bir neçə tanınmış filmin rejissorudur. Ceyn Birkin 17 yaşından anasının yolu ilə getmək fikrinə düşdü. Məşqlərə yazıldı və rol aldı. == Filmoqrafiya == 1968 — Hovuz / La Piscine — Penelopa, Harrinin qızı 1978 — Nildə ölüm—Luiza Burje 2010 — Telma, Luiza və Şantal / Thelma, Louise et Chantal == Diskoqrafiya == Studiya albomları 1969 — Je t’aime… moi non plus with Serge Gainsbourg 1971 — Serge Gainsbourg — Histoire de Melody Nelson 1973 — Di doo dah 1975 — Lolita go home 1978 — Ex fan des sixties 1983 — Baby alone in Babylone 1987 — Lost song 1990 — Amours des feintes 1996 — Versions Jane 1998 — Best Of 1999 — À La Légère 2004 — Rendez-Vous 2006 — Fictions 2008 — Enfants d’Hiver Konsert albomları 1987 — Jane Birkin au Bataclan 1992 — Integral au Casino de Paris 1996 — Integral a l’Olympia 2002 — Arabesque 2009 — au palace (live) == Xarici keçidlər == Vikianbarda Ceyn Birkin ilə əlaqəli mediafayllar var.
Darçın ağacı
Darçın ağacı (lat. Cinnamomum) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Cavan budaqlarının soyulub qurudulmuş qabığından darçın alınır.
Elinor Farcon
Elinor Farcon(ing. Eleanor Farjeon) — ingilis uşaq yazıçısı, şairi. == Həyatı == Elinor Farcon 13 fevral 1881-ci ildə doğulmuşdu. Elinor Farcon 5 iyun 1965-ci ildə vəfat edib.
FinCEN faylları
FinCEN faylları — ABŞ Xəzinədarlıq Departamentinin çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, iqtisadi sanksiyalardan yayınma və digər maliyyə cinayətlərə qarşı mübarizə üçün məlumat toplayan və təhlil edən Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsindən (FinCEN) sızdırılan 2.657 sənəddən ibarət toplum. Hesabatlarda bir çox qlobal maliyyə qurumu arasında 1999-2017-ci illər arasında baş verən, 2 trilyon ABŞ dollarından çox olan 200.000-dən çox şübhəli əməliyyat qeyd olunub.