Tircan

TircanAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.

Tircan
40°44′20″ şm. e. 48°20′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 893 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.375 nəf.
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Tircan xəritədə
Tircan
Tircan

Tircan kəndi qədim yaşayış məskənlərindən biridir.

Aparılan tədqiqatlar aşkar etmişdir ki, kəndin yerləşdiyi ərazi bir neçə dəfə dəyişmişdir.

1.Soğanlıq (e.ə. I əsr)

2.Xəşdöşə (təxminən 1500 – 1620 – ci illər)

3.Köhnə kənd (1620 – 1907 – ci illər)

4.Kəndin indi yerləşdiyi yer (1907 – ci ildən başlayır)

Son tarixi araşdırmalar onu deməyə əsas verir ki, kəndin şimalında Daşdəmir, Cavanşir və s. yerlərdə də yaşayış mövcud olmuşdur. Tircanın ilk yaşayış  yeri indiki kəndin yerindən 1 km cənubda olan “Soğanlıq” adlanan yer olmuşdur. Eramızdan əvvəl 1 – ci  əsrdə mövcud olmuş Alban dövlətinin tərkibinə aid olmuş “Soğanlığ” deyilən yerdə yerləşən Tircan kəndi cənubda Kükürdlü dərəsi, şərqdə Heyvalı, qərbdə Kor bulaq, şimalda isə indiki kəndin cənubuna qədər olan böyük bir sahəni əhatə etmişdir ki, bu da təxminən 70 – 80 ha bərabərdir.

E.ə. Albaniya dövlətində 26 tayfa mövcud olmuşdur. Soğanlıq ərazisində yerləşən Tircan kənd əhalisi bu tayfalardan biri olmuşdur. Qədim Albanların etnosundan yazan tarixçilər albanların gözəl, hündür boylu, sarışın, boz gözlərə malik olduqlarını qeyd etmişlər.

Bu insanlar aborogen – yerli insanlar Azərbaycan, Dağıstan və Qafqazın başqa vilayətlərinin dağ və dağətəyi bölgələrində təmsil olunan kafkasion tipinin nümayəndələri olmuşlar.

Tircan İsmayıllı rayonun mərkəzindən 23 km cənub şərqdə Şamaxı-İsmayıllı avtomobil yolu kənarında dağ ətəyində yerləşir. Əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla məşğuldur. Mədəniyyət evi, orta məktəb, məscid, tibb məntəqəsi var.

1859-1864-cü ilə olan məlumata əsasən Tircan kəndində 70 evdə 283 nəfəri kişilər, 201 nəfəri isə qadınlar olmaqla 484 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.[1]

Əhali Azərbaycan türkləri və ləzgilərdən (az sayda) ibarətdir.

Görkəmli şəxslər

[redaktə | mənbəni redaktə et]

Kəndin cənubunda antik dövrə aid qəbiristanlıq aşkar edilmişdir. Qədim Albanlara məxsus olan bu abidə e.ə. 1-ci minilliyin sonuna təsadüf edir. Oradan müxtəlif saxsı qablar, dəmirdən hazırlanmış əmək alətləri, silah nümünələri və s. tapılmışdır. Tircandan 3–4 km cənub şərqdə orta əsrlərə aid yaşayış məskəninin xarabalıqları yerləşir. Buradan 8-13 əsrlərə aid müxtəlif əşyalar aşkar edilımişdir. Tapıntılardan o da məlum olmuşdur ki, Tircan ərazisinin hələ e.ə. 1-ci minilliyin yarısından məskunlaşdığını ğöstərir.[2]

Elm adamları və müxtəlif sahələr üzrə peşəkarlar


Kimya üzrə fəlsəfə doktoru – Aləm Gülməmməd oğlu

İqtisad üzrə fəlsəfə doktoru -  Hicran Mirzəyeva 

Texnika elmləri üzrə fəlsəfə doktoru Kazımov Bunyad

Tətbiqi riyaziyyat sahəsi üzrə - Mirzəyev Vahid,

Hüquq sahəsi üzrə - Həbibov Ağaməmməd, Abbasov Ağacan, Bədəlov Zakir, Əliyev Maarif.

İqtisadiyyat üzrə - Mirzəkişi Məhərrəmov, Əliyev Firidun, Həbibov Mərdan, Kazımov Rahib

İncəsənət

Aşıq Nəsib (18 əsr),

Aşıq Oruc (19 əsr),

Aşıq Fətəli (19 əsr) kimi el aşıqları olmuşdur.

Müasir dövrdə Aşıq Yanvar, 

Nəfəs alətləri ifaçıları:

Əlbaba Heybətov,

Alxan Yolçuyev,

Müğənni Mərdan Mirzəyev Tircan kəndinin yetirmələridir.

Tircan kəndi tarixində sözlərin sehrinə düşüb, onları cilalayıb şeirə çevirən şairlər çox olmuşdur və bu gün də vardır.

Niyaz Tağı oğlu (18 - 19 əsr),

Molla Nuru Abdulla oğlu (19 əsr),

Nisə Soltan qızı (19 əsr) şeirlərinin sədası əsrlərin o üzündən gələn el şairləridir. 

Tircan kəndinin ədəbiyyat sahəsində ən görkəmli və məhsuldar nümayəndəsi Azərbaycan Jurnalistlər Birliyinin üzvi, "Qızıl Qələm" media mükafatı laureatı, "İti qələm" Respublika ədəbi birliyinin üzvü, "Uğurlu yol" ictimai - siyasi qəzetinin redaktoru Telman Ümman Tircanlıdır.

T.Ü.Tircanlı "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə" (həmmüəlliflərdən biri), "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Sənə verdiyim ürək" kitablarının və onlarla publisistik məqalələrin müəllifi, 30 - dan çox kitabın redaktorudur

  1. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 30[ölü keçid]
  2. Kəndlərimiz[ölü keçid]