Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hacı Sultanəli məscidi (Bakı)
Hacı Sultanəli məscidi və ya Axundov məscidi — Bakı şəhəri Yasamal rayonunun Salatın Əsgərova 75 küçəsində yerləşən yerli əhəmiyyətli məscid. == Haqqında == Hacı Sultanəli məscidi 20-ci əsrin əvvəllərində inşa edilmişdir. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. Məscid 1904-1910-cu illərdə milyonçu Hacı Sultanəlinin təşəbbüsü ilə inşa edilmişdir. Bakı şəhərində, Nizami metrostansiyasının yaxınlığında yerləşir. Məscidin ərazisində türk əsgərinin məzarı aşkar edilmişdir. Məscid iki mərtəbəlidir. Üst mərtəbə qadınlar, alt mərtəbə kişilər üçündür. Məscidin planı kvadrat formasındadır. Məscidin günbəzi və minarəsi var.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib == Təklif == 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. == Heykəl haqqında == Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Baki
Baki (türk. Bâkî; 1526[…] və ya 1526, Konstantinopol – 7 aprel 1600[…] və ya 1600, Konstantinopol) — Əsl adı Mahmud Abdülbaki olan Divan ədəbiyyatı şairi. == Həyatı == Baki 1526-cı ildə İstanbulda doğulmuşdur. Atası Əhməd Əfəndi kasıb olduğu üçün balacalığından zəhmətlə məşğul olmuşdur. Oxumağa və öyrənməyə olan həvəsi onu elmə gətirdi. Dövrünün alimlərindən Qaramanlı Əhməd və Mehmet əfəndilərdən dərs almışdır. Şeyxülislam olmaq arzusu həyata keçməmiş 1600-cü ildə İstanbulda vəfat etmişdir. == İstinadlar == == Mənbə == 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991.
Bakı
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Hacı
Hacı — Həcc ziyarətini yerinə yetirən müsəlmana deyilir. == Daha ətraflı == Həcc– İslam dinin sütunlarından biri.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Hakim
Hakim bu mənaları ifadə edə bilər: Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran şəxs. Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Dövlət başçısı və ya hakim — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Hako
Hako — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd Kənd əhalisi əsasən Yezidilərdən ibarətdir. Hako kəndində 1990-cı illərə qədər 100 ailə yaşayırdısa, indi burada cəmi 16 ailə qalıb.
Hami
Hami səhrası — Çində səhra. Hami (şəhər) — Çində şəhər.
Kaki
Kaki— İranın Buşehr ostanının Dəşti şəhristanının Kaki bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,893 nəfər və 1,983 ailədən ibarət idi.
Maki
Maki — Qax rayonu ərazisində dağdır. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3488 metrdir. Oronimin mənası iber-qafqaz dilləri vasitəsi ilə açılır. Bu qrupa mənsub olan saxur dilində maxi “təzə köçmüş adamlar tərəfindən salınmış kənd, qəsəbə” deməkdir. Bu ərazidə eyniadlı kəndin mövcud olması bu mülahizənin doğruluğunu təsdiqləyir.
Makı
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Xaki
Xaki (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Dərviş Xaki (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Saki
Saki — ad. Saki (musiqiçi) — musiqiçi. Saki Kumaqay — Yaponiya qadın futbolçusu. Saki Ueno — Yaponiya qadın futbolçusu.
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. Qrup 2006 Avroviziya Mahnı Müsabiqəsində "Lejla" mahnısı ilə iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
Bakı-Türkmənbaşı-Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Bakı–Türkmənbaşı–Bakı (bərə)
Bakı-Türkmənbaşı-Bakı — Xəzər dənizində Bakı (Azərbaycan) və Türkmənbaşı (Türkmənistan) limanları arasında mövcud olan sərnişin və qatar daşıyan bərə xəttidir. Məsahə uzunluğu 306 km-dir.
Affekt halı
Affekt (lat. affectus - ruhi həyəcan) - insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirmişdir ("şüurun daralması"), nəticədə insanda intellektual proseslərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. == Affekt halının formaları == Affekt halı iki cür - pataloji və normal olur. Normal affekt halında qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir. == Affekt halının fizioloji əlamətləri == Ürək döyüntüsünün artması Təngənəfəslik Boğazda qəhər Əzələlərdə spazm və gərginlik Tez yorulma Ağrılar Yuxu pozuntusu İştahasızlıq Ürəkbulanması, qusma Cinsi gücsüzlük, tez boşalma Qaşınma, soyuq və isti tərləmə Affekt - ruh pozğunluğu ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur.
Azərreyl (Bakı)
Azərreyl QVK — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. == Tarixi == 2000-ci ildə yaradılmışdır.
Azərreyl Bakı
Azərreyl QVK — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparır. == Tarixi == 2000-ci ildə yaradılmışdır.
Azəryol Bakı
"Azəryol" voleybol klubu — Azəryolservis Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə yaratdığı klubdur. Paytaxt Bakı şəhərini təmsil edir. == Tarixi == Azəryol Bakı 2011-ci ildə Azəryolservis adı altında yaradılıb. Voleybol üzrə Azərbaycan Superliqasında ilk dəfə 2011-12 mövsümündə iştirak edib (Bəzi mənbələrdə 2010-cu ildə yaradılmış Şirvan klubunun bərpa edilmiş komandası kimi göstərilir) və altıncı yeri tutaraq Avropa arenasına çıxmaq şansını itirib. 2012-ci ildə Bakı voleybol klubu ilə birləşərək Azəryol-Bakı adını aldı. Azərreyl Bakı klubu ilə razılaşmaya əsasən bu klubun 2-ci komandası kimi fəaliyyət göstərməyə başladı. 2013-14 mövsümündən etibarən isə Azəryol əsas komanda,Azərreyl isə əlavə komanda kimi tanınmağa başladı. Çünki Azərreylin bütün əsas voleybolçuları Azəryola transfer olundu və Azərreylin 2012-13 mövsümündə əldə etdiyi Voleybol üzrə Çempionlar Liqasına vəsiqə də Azəryola verildi və klub Azərbaycanı Çempionlar liqasında təmsil edən 4-cü klub kimi tarixə düşdü.
BMKZ (Bakı)
BMKZ (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. "Bakı Məişət Kondisionerləri Zavodu"nu təmsil edir.
Bakı (dəqiqləşdirmə)
Bakı — Azərbaycan Respublikasının paytaxtı. Tarixdə Bakı Soveti — 1917-ci ilin martından 1918-ci il 31 iyula qədər Bakıda fəaliyyət göstərmiş hakimiyyət orqanı. Bakı Quberniyası — Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə. İdmanda Bakı — Azərbaycanın futbol klubu. Bakı Valensiya — İspaniyada Valensiya regional çempionatının II dəstəsində oynayan futbol klubu. Bakı Beynəlxalq Futzal turniri 2009 — Kütləvi informasiya vasitələrində Bakı (qəzet) — Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanı. Bakinskiye izvestiya (qəzet) — Baku.fm — Bakı Universiteti (qəzet) — Baku (qəzet, 1902) — Təşkilatlar Bakı Tekstil Fabriki — Baku Steel Company — Bakı Beynəlxalq Avtovağzalı — Bakı Biznes Mərkəzi — Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi — Bakı Telefon Rabitəsi İstehsalat Birliyi — Bakı Tikiş Evi — Bakı Yağ Fabriki — Bakı yük terminalı — Bakı Şəhər Həkimlər Təşkilatı — Təhsildə Bakı Oksford Məktəbi — Bakı Politexnik Məktəbi — Bakı şəhəri 213 nömrəli tam orta məktəb — Bakı şəhəri 4 nömrəli tam orta məktəb — Filmlər Bakı (film, 1999) — 1999-cu ildə çəkilmiş tammetrajlı musiqili film. Bakı Soveti (film, 1928) — Az SSR-də Qısametrajlı sənədli film.
Bakı (qəzet)
Bakı və Baku (Баку) – Bakı Şəhər İcra Hakimiyyətinin (Sovet dövründə Bakı Şəhər Soveti) təsis etdiyi qəzetlər. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku (Баку) qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin mühüm rolu olmuşdur. Bakı və Baku qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdir. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişmişdir. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar. N.İmanquliyevdən sonra Bakı və Baku qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdir (1986-1990).
Hacı Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.