Bakı (qəzet)

Bu məqalə Bakı qəzeti haqqındadır. Digər mənalar üçün Bakı (dəqiqləşdirmə) səhifəsinə baxın.

Bakı və Baku qəzetləriBakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanlardır.

Bakı və Baku qəzetləri
Format ?
Təsisçi Bakı Şəhər İcra Hakimiyyəti
Baş redaktor Nəsir İmanquliyev
Redaktor ?
Yaranma tarixi 10 yanvar 1958
Dil Azərbaycan dili, Rus dili
Qiymət ? qəpik
Ünvan ?
Tiraj ?

Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir.

Bakı və Baku qəzetləri respublika paytaxtının bir növ salnaməsinə çevrilmişdir. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri Bakıda yeni yaradılan nəhənq sənayə müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırmışdır. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapmış və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.

Qəzetlərin şöhrətlənməsində onların yaradıcısı və ilk baş redaktoru Nəsirulla Əsədulla oğlu İmanquliyevin mühüm rolu olmuşdur. N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, eyni zamanda Bakı Dövlət Universitetində müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf etmişdir. Bakı və Baku qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdir. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişmişdir. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar.

N.İmanquliyevdən sonra Bakı və Baku qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdir (1986-1990). 1990-cı ildən isə şəhər qəzetlərinin baş redaktoru vəzifəsində respublikanın əməkdar jurnalisti Ağahüseyn Abbasəli oğlu Hüseynov çalışır.

Bakı və Baku qəzetləri dəfələrlə keçmiş partiya və sovet orqanlarının, ictimai və yaradıcılıq təşkilatlarının mükafatlarına layiq görülüb.

Mənbə[redaktə | mənbəni redaktə et]