Maki

MakiQax rayonu ərazisində dağdır. Baş Qafqaz silsiləsinin zirvəsidir. Hündürlüyü 3488 metrdir. Oronimin mənası iber-qafqaz dilləri vasitəsi ilə açılır. Bu qrupa mənsub olan saxur dilində maxi “təzə köçmüş adamlar tərəfindən salınmış kənd, qəsəbə” deməkdir. Bu ərazidə eyniadlı kəndin mövcud olması bu mülahizənin doğruluğunu təsdiqləyir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.