Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hiroşi
Hiroşi — ad. Hiroşi Yoşida — Yaponiya futbolçusu.
Artemisia nitrosa
Artemisia nitrosa (lat. Artemisia nitrosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Abe Hiroşi
Abe Hiroşi (yap. 阿部 寛; d. 22 iyun 1964, Yokohama, Kanaqava prefekturası, Yaponiya) — Yaponiyanın məşhur model və aktyorlarından biri == Həyatı == Abe Hiroşi 1964-cü il iyun ayının 22-də Yaponiyanın Kanaqava prefekturasının paytaxtı Yokohama şəhərində anadan olmuşdur. 2009-cu ildə "Mainichi Film Award" 63-cü film festivalında "Still Walking" və "Aoi Tori" filmərində olan roluna görə "Ən yaxşı aktyor" adına layiq görülüb. O, həmçinin, Hideki Takeuçinin Mari Yamadzakinin 2008-ci ildə "Comic Beam" jurnalında nəşr olunan və 2011-ci ildə 5 mln tom satan manqası əsasında çəkilən "Thermae Romae" (yap. テルマエ・ロマエ) filmində Lucius obrazını canlandırıb. == Filmoqrafiya == === Filmlər === Bir çox filmlərdə müxtəlif rolları ifa edib: "Haikarasan ga Tōru" (1988) "Yavara!" (1989) "Spirit Warrior" (1990) “Yamato Takeru” (1994) “Moon Over Tao” (1997) “Godzilla 2000: Millennium” (1999) “Tokyo raiders” (2000) “Crazy Lips” (2000) “Blood Sucking Space” (2001) “Rush!” (2001) “Platonic sex” (2001) “Trick” (2002) “Hana and Alice” (2004) “Hotel Venus” (2004) “Survive Style 5+” (2004) “My Lover is a Sniper: The Movie” (2004) “Hasami Otoko” (2004) “Ubume no Natsu” (2005) “Legend of Raoh: Chapter of Love in Death” (2006) “Trick 2” (2006) “Baruto no Gakuen” (2006) “Forbidden Siren” (2006) “Bubble Fiction: Boom or Bust” (2007) “Hero” (2007)"Taitei no Ken" (2007) "Legend of Yuria" (2007) “Legend of Raoh: Chapter of Fierce Fighting” (2007) “Legend of Toki” (2008) “Zero: Legend of Kenşiro” (2008) “Team Batista no Eikō” (2008) “Şokolad” (2008) “Mōryō no Hako” (2008) “Kakuçi Toride no San-Akunin: Sonuncu şahzadə” (2008) “Still walking” (2008) "Ümid edirəm" (2011) "Once in a Blue Moon" (2011) “A yell from Heaven” (2011) “The wings of the Kirin” (2012) “Thermæ Romæ” (2012) “Crow's Thumb” (2013) “Before the Vigil” (2013) “Thermae Romae II” (2014) === Televiziya serialları === Abe bir çox televiziya seriallarında da rol alıb: "Glorious Yorucuro" (1996-1997) "Honeymoon divorce" (1997) "Yaşa"(2000) "Trik" (2000-2003) "Qəhrəman" (2001) "Antique" (2001) "Midnight rain" (2002) "My little chef" (2002) "The last lawyer” (2003) "Rika" (2003) "Musaş" (2003) "Wedding planner" (2003) "Smile" (2003) "Fugitive: Runaway" (2004) "At Home Dad" (2004) "Yoşitsune" (2005) "Draqon Zakura" (2005) "Kekkon Dekinai otoko" (2006) "Tençicin" (2008) "Change" (2008) "Saka no Ue no Kumo" (2009-2011) "Şiroi Haru" (2009) "Şinzanmono" (2010) "Going my home" (2012) == İstinadlar == == Mənbə == Gülşən Cabbarlı.
Hiroşi Hamaya
Hiroşi Hamaya — Yaponiya fotoqrafı. == Həyatı == Hiroşi Hamaya 28 mart 1915-ci ildə Tokio şəhərində, Şitayada anadan olub. Hamaya 1960-cı ildə Maqnum Fotoya qoşulmuşdur. O, bu beynəlxalq foto agentliyə qoşulan ilk yapon fotoqrafıdır. 1986-cı ildə Beynəlxalq Fotoqrafiya Mərkəzinin (Nyu-York) Fotoqrafiya Mükafatına layiq görülmüşdür. Hamaya 6 mart 1999-cu ildə vəfat etmişdir.
Hiroşi Hirakava
Hiroşi Hirakava (d. 10 yanvar 1965) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Hiroşi Kanazava
Hiroşi Kanazava — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Hiroşi Katayama
Hiroşi Katayama (d. 28 may 1940) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Hiroşi Kiyotake
Hiroşi Kiyotake (d. 12 noyabr 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 33 oyun keçirib, 1 qol vurub.
Hiroşi Nanami
Hiroşi Nanami (d. 28 noyabr 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 67 oyun keçirib, 9 qol vurub.
Hiroşi Ninomiya
Hiroşi Ninomiya (13 fevral 1937, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 9 qol vurub.
Hiroşi Oçiay
Hiroşi Oçiay (d. 28 fevral 1946) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 63 oyun keçirib, 9 qol vurub.
Hiroşi Saeki
Hiroşi Saeki (d. 26 may 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Hiroşi Soecima
Hiroşi Soecima (d. 26 iyul 1959) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Hiroşi Yoşida
Hiroşi Yoşida (d. 11 fevral 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib, 1 qol vurub.
Hiroşi Şibutani
Hiroşi Şibutani (6 aprel 1967) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Hiroşi Şibutani Yaponiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Hiroşi Şibutani Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Hiroşi Şibutani Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Hitoşi Nakata
Hitoşi Nakata (中田 仁司, Nakata Hitoshi, 17 yanvar 1962-ci ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. O, Nelsinyo Baptistanın işdən azad edilməsindən sonra 2005-ci ildə Naqoya Qrampus FK klubu ilə müqavilə imzaladı. == Məşqçi statistikası == 31 dekabr 2015-ci il məlumatlarına əsasən.
Hitoşi Soqahata
Hitoşi Soqahata (d. 2 avqust 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Tetsuya Hirose
Tetsuya Hirose (yap. 広瀬徹也) — Yaponiyanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri (2000-2002) == Fəaliyyəti == 1993-cü ildə Yaponiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru təyin edilmişdir. 1994-cü ilin sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanması mərasimində Yaponiyanın dövlət və özəl sektorunu təmsil edən nümayəndə heyətinin tərkibində iştirak etmişdir. == Səfir == 2000-ci ilin yanvarında Azərbaycana səfir təyin edilmişdir. Mayda isə Azərbaycanda səfir kimi fəaliyyətə başlamışdır. Azərbaycan Prezidenti Heydər Əliyev onun etimadnaməsini 15 iyul 2000-ci il tarixində qəbul etmişdir.
Hiroşi Noma
Hiroşi Noma (野間宏, Noma Hiroşi, 23 fevral 1915, Kobe – 2 yanvar 1991[…], Tokio[d]) – Yaponiya yazıçısı. O, Yaponiyada "postmüharibə ədəbiyyatı"nın qurucusu hesab olunur. == İlk illəri == Hiroşi Noma 1915-ci ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Elektrikçi olan atası Şinranın təlimlərini qəbul edən buddizm hərəkatının lideri idi. Nomanın 10 yaşında olanda atası ölmüşdür. Noma 1932-ci ildə Kioto Üçüncü Ali Məktəbinə daxil olmuşdur. Burada fransız simvolist poeziyasına maraq göstərmiş və Fyodor Dostoyevski, Andre Jid, Marsel Prust və Ceyms Coys kimi yazıçıların əsərlərini öyrənmişdir. Simvolist şair Katsutaro Takeuçinin rəhbərliyi altında şeirlər yazmağa başlamışdır. Noma 1935-ci ilin aprelində Kioto Universitetinin fransız ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Həmin il Takeuçinin ölməsi onda şok təsiri buraxmışdır.
Hitrou Hava Limanı
Hitrou hava limanı (ing. Heathrow [ˈhiːθrəʊ]) (IATA: LHR, ICAO: EGLL) — İngiltərə və Böyük Britaniyanın əsas beynəlxalq hava limanı. London yaxınlığında yerləşir (koord. Ş 51°28′39″, Q 0°27′41″). Dəniz səviyyəsindən 25 metr aşağıdadır. Sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır. Sahibi "BAA Limited" şirkətidir. "British Airways" və "Virgin Atlantic Airways" şirkətlərinin bazasıdır. İki asfalt uçuş-enmə zolağı (3 902 və 3 658 metr) və dörd terminalı (5-ci hazırda tikilməkdədir) var. Zolaqların tikintisi 1944-cü ildə başlamışdır.
Hitrou Beynəlxalq Hava Limanı
Hitrou hava limanı (ing. Heathrow [ˈhiːθrəʊ]) (IATA: LHR, ICAO: EGLL) — İngiltərə və Böyük Britaniyanın əsas beynəlxalq hava limanı. London yaxınlığında yerləşir (koord. Ş 51°28′39″, Q 0°27′41″). Dəniz səviyyəsindən 25 metr aşağıdadır. Sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır. Sahibi "BAA Limited" şirkətidir. "British Airways" və "Virgin Atlantic Airways" şirkətlərinin bazasıdır. İki asfalt uçuş-enmə zolağı (3 902 və 3 658 metr) və dörd terminalı (5-ci hazırda tikilməkdədir) var. Zolaqların tikintisi 1944-cü ildə başlamışdır.