Tetsuya Hirose (yap. 広瀬徹也) — Yaponiyanın Azərbaycandakı ilk[1] fövqəladə və səlahiyyətli səfiri (2000[2]-2002[1])
Tetsuya Hirose | |
---|---|
Doğum tarixi | 18 oktyabr 1939 (84 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | diplomat |
1993-cü ildə Yaponiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru təyin edilmişdir.[1]
1994-cü ilin sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin imzalanması mərasimində Yaponiyanın dövlət və özəl sektorunu təmsil edən nümayəndə heyətinin tərkibində iştirak etmişdir.[1]
2000-ci ilin yanvarında Azərbaycana səfir təyin edilmişdir.[1] Mayda isə Azərbaycanda səfir kimi fəaliyyətə başlamışdır.[1] Azərbaycan Prezidenti Heydər Əliyev onun etimadnaməsini 15 iyul 2000-ci il tarixində qəbul etmişdir.[3]