Hitrou Beynəlxalq Hava Limanı

Hitrou hava limanı (ing. Heathrow [ˈhiːθrəʊ]) (IATA: LHRICAO: EGLL) — İngiltərəBöyük Britaniyanın əsas beynəlxalq hava limanı. London yaxınlığında yerləşir (koord. Ş 51°28′39″, Q 0°27′41″).

Hitrou Beynəlxalq Hava Limanı
London Heathrow Airport
Xəritə

51°28′39″ şm. e. 0°27′41″ q. u.HGYO


IATA: LHRICAO: EGLL
Ölkə
Açılış tarixi 31 may 1946
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəniz səviyyəsindən 25 metr aşağıdadır. Sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır. Sahibi "BAA Limited" şirkətidir. "British Airways" və "Virgin Atlantic Airways" şirkətlərinin bazasıdır. İki asfalt uçuş-enmə zolağı (3 902 və 3 658 metr) və dörd terminalı (5-ci hazırda tikilməkdədir) var.

Zolaqların tikintisi 1944-cü ildə başlamışdır. 1955-ci ildə 2-ci terminal və yeni dispetçer qülləsi istifadəyə verilmişdir. 60-cı illərdə yük terminalı tikilmiş, 1977-ci ildə hava limanının binası London metropolitenilə birləşdirilmişdir.

Aeroportda 90-dan çox hava yolu şirkəti fəaliyyət göstərir, o cümlədən Azərbaycan Hava Yolları (2-ci terminalda). 2006-cı ildə 67 527 923 sərnişinə xidmət göstərilmişdir.

Hava limanında anqlikan, katolik, müsəlman, induist və yəhudi dua otaqları var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 ArchINFORM (alm.). 1994.