Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Levina
İzabella Levina Luen (alm. Isabella Levina Lueen‎; 1 may 1991, Bonn, Şimali Reyn-Vestfaliya) və ya sadəcə Levina — Almaniya müğənnisi və bəstəkarı. O, Almaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == İzabella Levina Luen 1 may 1991-ci ildə Almaniyanın Bonn şəhərində anadan olmuş və Kemnits şəhərində böyümüşdür. O Kemnitsdə Dr. Vilhelm Andre gimnaziyasına daxil olmuş və 2009-cu ildə Böyük Britaniyanın Kembric şəhərində Beynəlxalq Bakalavriat dərəcəsi ilə təhsilini başa vurmuşdur. Daha sonra Levina Londona köçərək, London Kral Kollecindən bakalavr dərəcəsini qazanmışdır. Hal-hazırda London Musiqi Kollecində təhsil alır. === 2017 Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ildə Levina Almaniyanın NDR telekanalının Avroviziya üçün təşkil etdiyi Unser Song 2017 milli seçim turunda iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan müğənni nəticədə "Perfect Life" mahnısı ilə Almaniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmək hüququ qazanmışdır.
Yuliya Zlobina
Yuliya Sergeyevna Zlobina (rus. Юлия Сергеевна Злобина) — Rus əsilli Azərbaycan konkisürəndir. Qış Universiada Oyunlarında Azərbaycanın ilk mükafatçısıdır. Azərbaycan Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarında təmsil etmişdir. == Həyatı == Yuliya Zlobina 28 iyun 1989-cu ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kirov şəhərində anadan olmuşdur. == Karyerası == Yuliya Zlobina ilk uğurlarını Aleksey Sitnikov ilə birgə Rusiya bayrağı altında qazansada daha sonraki illərdə Azərbaycan vətəndaşlığını qəbul edərək bu ölkə üçün uğurlar qazanmağa başladı. O Azərbaycanı 2014 Qış Olimpiya Oyunlarında təmsil etid. Yuliya xanım Qısa Proqramda 58.15 xal qazandı və finala adladı. Finalda isə 90.48 xal toplayan Yuliya xanım komanda yoldaşı Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarını 12-ci yerdə başa vurdu. 2013-cü ildə bu cütlük qüvvəsini Qış Universiada Oyunlarında sınadı.
Albina, Surinam
Albina — Surinamda şəhər, Marovijne rayonunun mərkəzidir. Şəhər Fransa Qvianası və Surinam arasında sərhəd kimi xidmət edən Marovijne çayının qərb sahilində yerləşir. Albina şəhəri 1845-ci il dekabrın 13-də Avqust Kappler tərəfindən qurulmuş və həyat yoldaşı Albina Josefine Liezenmaierin (1815–1904) şərəfinə adlandırılmışdır. Kappler Almaniyanı tərk edərək Surinama gedir.1845-ci ilin fevral ayında Maroni çayı yaxınlığında tərk edilmiş kənd görür.Daha sonra mehriban bir yerli və Maroon xalqı ilə tanış oldu və icazə aldıqdan sonra kənddə yerləşməyə qərar verdi. 1913-cü ilə qədər bir ədəd tibb məntəqəsi və 349 kişi və 266 qadın Albinada yaşayırdı. 22 iyul 1986-cı ildə Surinam Vətəndaş müharibəsi başladı.Həmin gecə Ronnie Brunswijkin başçılıq etdiyi Cəngəllik Komandosu Albinadakı ordu kazarmalarına atəş açdı.Döyüş üç saat davam etdi.Bir əsgər və iki mülki şəxs yaralandı. Milli Ordu bu hadisəyə cavab olaraq Moengotapoedəki məbədi dağıtdı və orada olan bütün kişiləri əsir götürdü. Vətəndaş müharibəsi zamanı ərazinin böyük hissəsi, o cümlədən Albina şəhərinin bir çox hissəsi və yolları dağıdıldı.Bu, həmçinin Fransa Qvianasında qaçqın böhranına səbəb oldu. 24–25 dekabr 2009-cu il tarixlərində Albinada iğtişaşları baş verdi , yerli Maroon sakinləri Braziliyalı, Çinli, Kolumbiyalı və Perulu qızıl axtaranlara hücum etdikdən sonra bir adam braziliyalı tərəfindən bıçaqlanaraq öldürüldü. İğtişaşlar nətisində 1 nəfər həlak oldu və ən azı 24 nəfər yaralandı.
Albina (Surinam)
Albina — Surinamda şəhər, Marovijne rayonunun mərkəzidir. Şəhər Fransa Qvianası və Surinam arasında sərhəd kimi xidmət edən Marovijne çayının qərb sahilində yerləşir. Albina şəhəri 1845-ci il dekabrın 13-də Avqust Kappler tərəfindən qurulmuş və həyat yoldaşı Albina Josefine Liezenmaierin (1815–1904) şərəfinə adlandırılmışdır. Kappler Almaniyanı tərk edərək Surinama gedir.1845-ci ilin fevral ayında Maroni çayı yaxınlığında tərk edilmiş kənd görür.Daha sonra mehriban bir yerli və Maroon xalqı ilə tanış oldu və icazə aldıqdan sonra kənddə yerləşməyə qərar verdi. 1913-cü ilə qədər bir ədəd tibb məntəqəsi və 349 kişi və 266 qadın Albinada yaşayırdı. 22 iyul 1986-cı ildə Surinam Vətəndaş müharibəsi başladı.Həmin gecə Ronnie Brunswijkin başçılıq etdiyi Cəngəllik Komandosu Albinadakı ordu kazarmalarına atəş açdı.Döyüş üç saat davam etdi.Bir əsgər və iki mülki şəxs yaralandı. Milli Ordu bu hadisəyə cavab olaraq Moengotapoedəki məbədi dağıtdı və orada olan bütün kişiləri əsir götürdü. Vətəndaş müharibəsi zamanı ərazinin böyük hissəsi, o cümlədən Albina şəhərinin bir çox hissəsi və yolları dağıdıldı.Bu, həmçinin Fransa Qvianasında qaçqın böhranına səbəb oldu. 24–25 dekabr 2009-cu il tarixlərində Albinada iğtişaşları baş verdi , yerli Maroon sakinləri Braziliyalı, Çinli, Kolumbiyalı və Perulu qızıl axtaranlara hücum etdikdən sonra bir adam braziliyalı tərəfindən bıçaqlanaraq öldürüldü. İğtişaşlar nətisində 1 nəfər həlak oldu və ən azı 24 nəfər yaralandı.
Albina Kurbijekova
Albina Kurbijekova (rus. Альбина Васильевна Курбижекова (Кужакова); , 8 aprel 1951, Ustinkino kəndi, Orconikidze rayonu, Xakasiya) – Xakasiya yazıçısı, şairi, tərcüməçi, folklor toplayıcısı, Xakasiya Respublikasının başçısı Moisey Bainov adına ədəbi mükafat laureatı, Xakasiya Yazıçılar Birliyinin sədri (2015-ci ildən). == Həyatı == Albina Vasilyevna Kurbijekova 8 aprel 1951-ci ildə Xakasiya Respublikasının Orconikidze rayonunun Ustinkino kəndində anadan olmuşdur. Orta məktəbi Abakan şəhərində oxumuşdur. 1966-cı ildə Minusinsk Pedaqoji Məktəbini bitirmişdir. 1969-cu ildən etibarən Abakan şəhərinin Şarıpovski rayonunda (21 saylı məktəb) bədən tərbiyəsi müəllimi, Uşaq və Gənclər Turizmi Mərkəzində baş müəllim, Xalq Sənəti Elmi-Metodik Mərkəzində metodist (folklorçu) kimi çalışmışdır. 2000 - 2012 –ci illərdə Abakan şəhərindəki 26 və 28 saylı məktəblərdə bədən tərbiyəsi müəllimi işləmişdir. 2012-2015-ci illərdə Sulek Muzey-Qoruğunun direktoru vəzifəsində çalışmışdır. Rusiya Yazıçılar Birliyinin üzvüdür. 2015-ci ildən Xakasiya Yazıçılar Birliyinin sədridir.
Olqa Levina
Olqa Levina (d. 4 mart 1985; Volqoqrad, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Olqa Levina Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Daha sonra Olqa Levina Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Yekaterina Levina
Yekaterina Levina (1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Hələbin mühasirəsi (637)
Hələbin mühasirəsi — 637-ci ilin avqust-oktyabr aylarında baş vermişdir. Yərmuq döyüşündə həlledici qələbədən sonra ərəblər Şimali Levantda Bizansın qalan bir neçə qalasından birini mühasirəyə alırlar. == Döyüş öncəsi == Həlledici Yərmuq döyüşündən sonra ərəblər şimala, Suriyanın dərinliklərinə doğru irəliləyirlər. Yolda bir çox kiçik və böyük şəhərləri ələ keçirən sərkərdələr Əbu Übeydə ibn Cərrah və Xalid ibn Vəlid Qinnasrində görüşürlər. Onlar qüvvələrini sonra Hələbə doğru yönəldirlər, burada müdafiəni tutan Yoahim adlı bir Bizans komandirinin komandanlığı altında güclü qarnizon yerləşirdi. Hələb böyük, möhkəm divarlı şəhər və şəhərdən kənarda, eni 400 metrdən bir qədər çox olan, geniş xəndəklə əhatə olunmuş kiçik, lakin demək olar ki, keçilməz təpə qalası idi. == Döyüş == Hələbdəki Bizans sərkərdəsi Yoahim, qalanın kənarında açıq döyüşdə Xalid ibn Vəlid və Əbu Übeydə ibn Cərrahın başçılıq etdiyi ərəb ordusu ilə qarşılaşır. O, məğlub olur və tələsik qalaya çəkilir. Bizanslılar blokadanı yarmaq üçün güclü hücumlar edirlər, lakin hər dəfə uğursuzluğa düçar olurlar. Yoahim İmperator I İraklidan hərbi yardım gözləsədə heç vaxt kömək almır.
Albina dü Buaruvrey
Albina dü Buaruvrey (fr. Albina du Boisrouvray; d. 1941, Paris, Fransa) — keçmiş jurnalist və film istehsalçısı; QİÇS nəticəsində yetim qalmış uşaqlarla işləyən qlobal xeyriyyəçi və sosial sahibkar 1941-ci ildə Parisdə doğulan Albinanın kino sənətində gözəl karyerası var. Həyat yoldaşı biznes maqnatı idi. Lakin 1986-cı ildə onun oğlu Fransua-Haviyer Bonyu 24 yaşında ikən vertolyot qəzasında həlak olandan sonra Albinanın həyatı büsbütün dəyişdi. Həyatının ən ağır itkisini verdikdən - yeganə oğlunu itirdikdən sonra nə isə yaxşı bir iş görmək istəyir. Ona görə də oğlunun adını daşıyan, kasıb ölkələrdəki insanlara yardım edəcək xeyriyyə təşkilatını – "Fransua-Haviyer Bonyu Assosiasiyası"nı yaradır. == İstinadlar == == Xarici keçidlər == UN Women’s Newsletter, Vol.
İnese Libina-Eqnere
İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini. == Həyatı == İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. == Fəaliyyəti == İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu. === Deputatlığı dövrü === İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu. 2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.