Bu məqalə qaralama halındadır. |
İnese Libina-Eqnere (d. 25 sentyabr 1977; Riqa, Latviya SSR) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin XI (2011–2014), XII (2014–2018) və XIII (2018—) çağırış üzvü, 12 iyun 2012-ci ildən isə Latviya Seyminin sədr müavini.
İnese Libina-Eqnere | |
---|---|
latış. Inese Lībiņa-Egnere | |
12 İyun 2012 – hal-hazırda | |
17 Sentyabr 2011 – hal-hazırda | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Riqa, Latviya SSR |
Vətəndaşlığı | Latviya |
Partiya |
«İslahatlar» Partiyası (2011—2014) «Vahid» Partiya (2014—) |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
İnese Libina-Eqnere 1977-ci il sentyabrın 25-də Riqa şəhərində anadan olub. 1996-cı ildə Liepaya şəhərində orta təhsilini bitirib və daha sonra Latviya Universitetində və Frayburq Universitetində hüquqşünas ixtisası üzrə ali təhsil alıb.
İnese Libina-Eqnere 2007-ci ildən 2011-ci ilə qədər Latviya Prezidenti olan Valdis Zatlersin hüquq məsələləri üzrə məsləhətçidi oldu.
İnese Libina-Eqnere 2011-ci ildə "İslahatlar" Partiyasının sıralarına üzv oldu və 2011-ci il sentyabrın 17-də baş tutan Latviya Seyminə Növbədən Kənar seçimlərdə qalib gəldi. 2012-ci il iyunun 12-də o, Latviya Seyminin sədr müavini seçildi. 2014-cü ilin may ayında İnese Libina-Eqnere, "İslahatlar" Partiyasından ayrıldı və "Vahid" Partiyanın üzvü oldu.
2014-cü ildə baş tutan Latviya Seyminə XII çağırış seçimlərdə qalib gələn İnese Libina-Eqnere, 2018-ci ildədə Latviya Seyminə üzv seçildi.