Yuliya Sergeyevna Zlobina (rus. Юлия Сергеевна Злобина) — Rus əsilli Azərbaycan konkisürəndir. Qış Universiada Oyunlarında Azərbaycanın ilk mükafatçısıdır. Azərbaycan Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarında təmsil etmişdir.
Yuliya Zlobina | |
---|---|
rus. Юлия Злобина | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyəti | Rus |
Doğum tarixi | |
Doğum yeri | Kirov, RSFSR, SSRİ |
Boyu | 158 sm. |
İdman növü | Fiqurlu Konkisürmə |
6 yanvar 2016 tarixində yenilənib. | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuliya Zlobina 28 iyun 1989-cu ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kirov şəhərində anadan olmuşdur.
Yuliya Zlobina ilk uğurlarını Aleksey Sitnikov ilə birgə Rusiya bayrağı altında qazansada daha sonraki illərdə Azərbaycan vətəndaşlığını qəbul edərək bu ölkə üçün uğurlar qazanmağa başladı. O Azərbaycanı 2014 Qış Olimpiya Oyunlarında təmsil etid. Yuliya xanım Qısa Proqramda 58.15 xal qazandı və finala adladı. Finalda isə 90.48 xal toplayan Yuliya xanım komanda yoldaşı Aleksey Sitnikov ilə birgə 2014 Qış Olimpiya Oyunlarını 12-ci yerdə başa vurdu.
2013-cü ildə bu cütlük qüvvəsini Qış Universiada Oyunlarında sınadı. Yuliya Zlobina və Aleksey Sitnikov dueti İtaliyanın Trentino şəhərindəki yarışlarda Qısa Proqramda 56.80 xal topladı və finala adladı. Finalda isə dahada uğurlu çıxış edən cütlük 85.86 xal ilə gümüş medal qazandı.
2014 Qış Olimpiya Oyunlarından sonra bu cütlük karyerasını başa vurdu.