Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kokain
Kokain — geniş yayılmış narkotik, tropan sırası üzrə alkaloid,çətin Metil Benzoilekqonin.Yerli anesteziya effektinə və insanın mərkəzi sinir sisteminə güclü stimilasiya təsirinə malikdir,bununlada insanda güclü eyforiya hissi yaradır.Başqa alkaloid vasitələri ilə eyni sırada Cənubi Amerikanın tropik zonalarında yayılmış Eritroksilum bitkisinin (Erythroxylum), ən əsası isə kokain kollarının (Erythroxylum coca) tərkibində var.Bu bitkilər yarpaqların yeyilməsinin qarşısını alaraq insektisid funksiyasnı yerinə yetirir. == Tarixi == Kokainin istifadəsi beş min ildən çox tarixi əhatə edir. "Koka" sözünün özü "boliviya tayfalarının" dillərinin birindən yaranıb. Qədim əfsanəyə əsasən, yerli qadınlardan biri əxlaqsız həyat yaşayırdı, elə buna görə də onu öldürdülər, bədənini isə iki hissəyə böldülər.Bu bədəndən isə kol bitməyə başladı. Bu kolu da "Koka Ana" adlandırdılar. Psixosimulyator kimi koka yarpaqları ispanlıların gəlişindən əvvəl cənubi amerikalı hindlilər, Şimali Andın yerli sakinləri tərəfindən tibbi və dini məqsədlər üçün,həm də yorğunluğu aradan qaldırıcı kimi, aclığı, susuzluğu yatırtmaq üçün istifadə olunub, bəzən isə əhval-ruhiyyəni qaldırmaq üçün.
Xozapin
Xozapin Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. == Toponimkası == Xozapin- Tiflis quberniyasının Axalkalaki qəzasında xaraba kənd adı. Qars əyalətində Xozikənd, Azərbaycanda Quzukənd, Xuzabirt və Şimali Qafqazda, Qroznı əyalətində Xuz-Kort toponimləri ilə mənaca eynidir.
Kozani
Kozani (yun. Κοζάνη) — Kozani regionunun və Qərbi Makedoniyanının paytaxtı. Şəhər Yunanıstanın şərqində yerləşir.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Kozan
Kozan (Sis) — Adana ilinin ilçəsi. == Əhali == 2018-cı ilin məlumatına görə ilçədə 130.495 nəfər yaşayır. Kozanın ilçə mərkəzi və kəndləri müsəlman türklərdən ibarətdir. Ancaq ilçədə az sayda Balkan köçərisi var.
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Domain fronting
Domain fronting — HTTPS bağlantısı sahəsi ləngitməklə internet senzurasını işə salan üsul. Tətbiqetmə qatında işləyərkən, domain fronting istifadəçiyə DNS, IP və ya dərin paket yoxlama yolu ilə bloklana bilən bir xidmətə qoşulmağa imkan verir. == Texniki məlumatlar == Bir konfiqurasiyada, Amazon S3 və ya Google App Engine kimi böyük bir hosting xidməti, ümumi və hədəf HTTPS domenlərini ehtiva paylaşılan SNI sertifikatını istifadə edir. Həqiqi, bloklanmış son nöqtənin domen adı yalnız şifrəli HTTPS bağlantısı yaradıldıqdan sonra HTTP Host başlığında senzorlara görünməz hala gətirilir. Bu, bloklanmış və zərərsiz saytların həm Google App Engine kimi eyni böyük provayderi tərəfindən yerləşdirildiyi təqdirdə edilə bilər.. Digər konfiqurasiyalar bir məzmun çatdırılması şəbəkəsinin ümumi HTTPS sertifikatına və infrastrukturuna hədəf serverə bir reflektor kimi çıxış etməyə imkan verir. Bu texnikalar, müxtəlif ünsiyyət təbəqələrində müxtəlif domen adları istifadə edərək işləyirlər. Bir zərərsiz saytın domen adını əlaqələndirmək üçün istifadə olunur. Bu domen adı DNS sorğunun bir hissəsi və TLS Server adı göstəricisi kimi aydın mətndə senzora məruz qalır. Hər hansı bir domen adı üçün, senzuralar adətən qanunsuz trafikdən trafiki trafiki fərqləndirə bilmirlər.
Kokain kolu
Erythroxylum coca (lat. Erythroxylum coca) — eritroksilumkimilər fəsiləsinin eritroksilum cinsinə aid bitki növü.
Kozmin burnu
Kozmin burnu — Şərqi Sibir dənizində, Çukot Muxtar Dairəsi ərazisinə yerləşən burun. Burun 1823-cü ildə Ferdinant Vrangel tərəfindən onun ekspedisiyasının üzvü olan Prokofiy Kozminin şərəfinə adlandırılmışdır. Burada işıqlı naviqasiya işarəsi qoyulmuşdur.
Kurt Cobain
Kurt Kobeyn (ing. Kurt Cobain; 20 fevral 1967, Aberdin[d], Vaşinqton – təq. 5 aprel 1994, Sietl, Vaşinqton) — musiqiçi, bəstəkar. Nirvana qrupunun yaradıcısı. == Həyatı == Kurt Donald Kobeyn 20 fevral 1967-ci ildə ABŞ-nin Vaşinqton ştatının Aberdin şəhərində, Vendi Elizabet (d. 1948) və Donald Leland Kobeynin (d. 1946) ailəsində dünyaya gəlmişdir. Kurt 6 aylıq olanda ailəsi Aberdinə köçmüş və Kurt orada böyümüşdür. Kurtun 7 yaşı olanda onun valideynləri boşandılar və Kurt atasının yanında yaşamağa başladı. Sonralar anasının dediyinə görə, bu boşanma Kurtun depressiyalarının başlanğıcı idi.
Meri Hopkin
Meri Hopkin (ing. Mary Hopkin; 3 may 1950) – Uelsli xalq müğənnisi Vall dili və Uels ingiliscəsində danışan bir ailənin qızı olaraq, musiqi karyerasına xalq müğənnisi kimi "Selby Set" və "Mary" adlı yerli qruplarda başlamışdır. "Beatles"in "Apple" val şirkəti üçün mahnı ifa etməsindən əvvəl "Cambrian" adlı bir yerli val şirkətindən vall dilində kiçik bir albom çıxartdı. British İTV televiziyası tərəfindən yayımlanan "Opportunity Knocks" istedad yarışmasındakı uğurunun gətirdiyi birinciliklə şöhrət qazandı. "Beatles Apple Record Company" üçün qeydiyyatdan keçən ilk sənətçilərdən biri olmuşdur. 1968-ci ildə çıxmış "Those Were the Days" klassiki ilə şöhrəti daha da artdı.
Nan Holdin
Nan Qoldin - fotoqraf. Nan Qoldinin fotosərgilərindəki adamların sayı adətən Misirdəki mumiyalara, Rafaelin əsərlərinə baxmağa gələnlərin sayından çox olurdu. Səbəb isə sadə və "məişətvari" idi: Nanın fotolarının motivi həyatın dibi - narkotika, qeyri-ənənəvi cinsi həyat, orgiyalar, içki məclisləri idi… == Həyatı == Nan Qoldin 1953-cü ildə Vaşinqtonda anadan olub. Uşaqlıqda Nanla bacısını müayinə edən psixiatr həmişə bacıların intihara meylli olmasından şübhələnirdi. O, yanılmırdı. Nanın bacısı 18 yaşında intihar etdi. Nanı isə intihardan fotokamera xilas etdi. Nanın gəncliyi yetmişinci illərə təsadüf edirdi - bu, rok-n-rol, narkotika və seksin dövranı idi. Və belə zəngin gənclik həyatı Nana cəsarətli mövzular verirdi. Bir dəfə o, etiraf etdi ki, seksual motivli uğurlu fotosessiyalardan birinin səbəbi sırf səhər oyananda dünən gecə nə baş verdiyini xatırlamaq arzusu olub.
Romain Mahiyeu
Romain Mahiyeu (17 fevral 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Romain Mahiyeu Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Romain Mahiyeu 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.294 saniyəlik nəticəsi ilə 29-cu yeri tutdu.
Romain Rikkardi
Romain Rikkardi (26 iyul 1988) — İtaliyalı peşəkar kişi BMX velosipedçisi. Romain Rikkardi İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Romain Rikkardi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.074 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu.
Rozalin Karter
Rozalin Karter (ing. Rosalynn Carter; 18 avqust 1927[…], Pleyns[d], Corciya[…] – 19 noyabr 2023[…], Pleyns[d], Corciya[…]) — ABŞ Prezidenti Cimmi Karterin həyat yoldaşı. == Həyatı == Eleanor Rozalin Smit 18 avqust 1927-ci ildə ABŞ-də, Corciya ştatının Pleyns şəhərində anadan olmuşdur. Onun atası fermer idi və öz avtomobil təmiri sexinə sahib idi, anası isə dərzi kimi çalışırdı. Rozalinin 13 yaşı olanda atası leykozdan vəfat etmişdir. Ailənin böyük uşağı olan Rozalin anasına iki qardaş və bacısını böyütməkdə kömək edirdi. Orta məktəbi bitirdikdən sonra kollecə daxil olmuş, lakin tezliklə oranı tərk etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Rozalin Karter ilə əlaqəli mediafayllar var.
Saint-Gobain
Saint-Gobain — tikinti materiallarının istehsalı, emalı və paylanması üzrə ixtisaslaşmış bir Fransız şirkəti. Şirkət Jan Batist Kolber (1619–1663) tərəfindən 1665-ci ildə "Manufacture royale des glaces" adı altında təsis edilmişdir. Hazırda şirkət 68 ölkədə fəaliyyət göstərir və 2019-cu ilin statistikasına əsasən təxminən 171,000 işçisi var. 2019-cu ildən bəri şirkətin qərargahı Parisin La Defans ərazisində yerləşir.
Simon Kozhin
Simon Kozhin (rus. Кожин, Семён Леонидович) — Rus rəssamı.
Public domain
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Hazbin Hotel
Hazbin Hotel — Vivyen "VivziePop" Medrano tərəfindən yaradılmış böyüklər üçün musiqili komediya cizgi serialı. Serialda Cəhənnəm Şahzadəsi Çarli Morninqstar "Hazbin Hotel" adlı otel açaraq cəhənnəmdəki lənətlənmiş ruhları qurtarmağa çalışır. Onun məqsədi hər il əhali çoxluğuna görə məhv edilən lənətli ruhları günahlardan təmizləmək və onları Cənnət qapılarına aparmaqdır. Serialın pilot epizodu 28 oktyabr 2019-cu ildə YouTube-da dərc olunub. Bu epizod, müstəqil animatorlar tərəfindən yaradılmış və Medranonun Patreon izləyiciləri tərəfindən maliyyələşdirilmişdir. İlk mövsüm 18 yanvar 2024-cü ildə Amazon Prime Video-da yayımlanıb. Serialın ilk epizodu həmin gün qısa müddət üçün YouTube-a da yerləşdirilib. "Hazbin Hotel" tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Serialın hazırda yeni mövsümünün hazırlandığı bildirilir. Medrano pilot epizodun populyarlığı və uğuru sayəsində "Helluva Boss" adlı spin-off serial çəkməyə nail olmuşdur.
Ozan
Ozan — Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personaj, aşıqlıq sənətinin bir qolu. Ozan sənətinin Azərbaycanda çox qədim zamandan mövcud olduğunu sübut edən faktlar və dəlillər az deyildir: Göyçədə Ozanlar kəndinin mövcudluğu, Dədə Qorqudda Ozan və s. Qədim dövrlərdə "ozan", "dədə", "varsaq", "yanşaq" adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. == Qarabağ mədəniyyətində ozan == Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq - saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir. «Ozan-aşıq keçidinin əsas mahiyyəti ozan sənətinin tarix səhnəsindən çəkilərək öz yerini aşıq sənətinə buraxmasıdır. Burada söhbət transformasiyadan, yəni bir sənətin öz şəklini, halını dəyişərək başqa bir sənət şəkli almasından (baxmayaraq ki, bir qisim ozanlar aşıqlığın təsiri ilə aşıqlaşmışlar) deyil, bir sənətin (ozan sənətinin) müəyyən tarixi-siyasi və ideoloji səbəblər üzündən başqa bir sənətlə (aşıq sənəti ilə) əvəzlənməsindən gedir».
Georq Hazai
Georq Hazai (mac. György Hazai; 30 aprel 1932, Budapeşt – 7 yanvar 2016, Budapeşt) — Macarıstan alimi, türkoloqu, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, Şərq və Asiya Tədqiqləri Beynəlxalq Cəmiyyətinin (ing. İnternational Union of Oriental and Asian Studies) prezidenti, professor. == Həyatı == Georq Hazai 1932-ci ildə Budapeşt şəhərində anadan olmuşdur. 1950-ci ildə ali təhsilini Budapeşt Lorand Universitetinin Sənət və Bəşər Elmləri fakültəsində aldıqdan sonra 1954-cü ildə məzun oldu. Məzun olduqdan sonra 1954–1955-ci illərdə Bolqarıstanda türk dialektlərini öyrənmişdir. Macar baş naziri Mikloş Nemetin hakimiyyəti dövründə Hazai Türkiyənin Sofiya Universitetinə qonaq kimi dəvət edilmiş və burada 1956–1957-ci illər ərzində türkologiya dərsləri keçmişdir. Bundan başqa Hazai türk dili haqqında olan dissertasiya işini də burada tamamlamışdır. == Fəaliyyəti == 1963-cü ildə Georq Hazai elmi tədqiqatlarını davam etdirmək məqsədilə Berlin şəhərinə köçmüşdür. 1966-cı ildə isə Macarıstan Elmlər Akademiyasında doktorantura təhsilini başa vurdu.
Hizan (Germi)
Hizan (fars. هيزان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 314 nəfər yaşayır (57 ailə).
Holan (Əhər)
Holan (fars. هلان‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (12 ailə).
Holan təpələri
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.
Holan yüksəklikləri
Colan təpələri (ərəb. هضبة الجولان‎ Haḍbatu 'l-Jawlān və ya مرتفعات الجولان Murtafaʻātu l-Jawlān) və ya Qolan təpələri (ivr. ‏רמת הגולן‏‎, Ramat HaGolan ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.