Kurt Kobeyn (ing. Kurt Cobain; 20 fevral 1967[1], Aberdin[d], Vaşinqton – təq. 5 aprel 1994[1], Sietl, Vaşinqton[3]) — musiqiçi, bəstəkar. Nirvana qrupunun yaradıcısı.
Kurt Kobeyn | |
---|---|
ing. Kurt Cobain | |
Ümumi məlumatlar | |
Ləqəbi | Kurdt Kobain[2] |
Doğum tarixi | 20 fevral 1967[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 5 aprel 1994[1] (27 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d][4] |
Həyat yoldaşı |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | gitaraçı, müğənni, mahnı yazarı[d], vizual incəsənət rəssamı, bəstəkar |
Fəaliyyət illəri | 1982–1994 |
Janrlar | qranj, alternativ rok |
Musiqi alətləri | gitara |
Səs tembri | tenor |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Kurt Donald Kobeyn 20 fevral 1967-ci ildə ABŞ-nin Vaşinqton ştatının Aberdin şəhərində, Vendi Elizabet (d. 1948) və Donald Leland Kobeynin (d. 1946) ailəsində dünyaya gəlmişdir. Kurt 6 aylıq olanda ailəsi Aberdinə köçmüş və Kurt orada böyümüşdür. Kurtun 7 yaşı olanda onun valideynləri boşandılar və Kurt atasının yanında yaşamağa başladı. Sonralar anasının dediyinə görə, bu boşanma Kurtun depressiyalarının başlanğıcı idi.
9 yaşına qədər ancaq "Beatles"a qulaq asan Kurt, atasının studiyaların birində işləməsi ilə birlikdə Led Zeppelin, Black Sabbath və Kiss-ə qulaq asmağa başlayır. 16 yaşında Melvins qrupu ilə əlaqə saxlamağa başlayır. Bundan sonra isə gitara çalmağı öyrənir. Orta məktəbin sonuncu sinfində oxuduğu il o öz doğma anası ilə yaşayır. Amma həmin il qiymətləri kafi olmadığı üçün məktəbi başa vura bilmir. Üstəlik anası da onu evdən qovur. Səbəb olaraq isə normal bir iş görmək əvəzinə gitaraya olan həvəsini göstərir. Bundan sonra o dostları ilə yaşamağa başlayır. Hərdən bir pank qruplara qoşulur və mahnı sözləri yazır.
1986-cı ildə bas gitarada ifa edən Krist Novoseliçlə "Nirvana"nı yaradır və qrunj-rok musiqi ifa etməyə başlayır. İlk albomu olan "Bleach"i çixarana qədər Kurt müxtəlif barabançılarla işləyir. Sonralar "Guns’n’Roses" və Şerin də şirkətləri ilə müqavilə imzalayırlar. Bundan sonra, qrup neçə vaxtdır ki, axtardığı barabançını — Deyv Qrolu tapır. Deyvin qrupa qoşulması ilə "Nirvana" mükəmməl bir üçlük olur.
Gitara çalmaq, söz yazmaq və musiqi ifa eləmək çox gözəl idi, ancaq Kurt məşhur olmaq istəmirdi. İnsanların həddindən artıq marağı onu sıxırdı və ona bu cür şeylər çox mənasız gəlirdi. Buna görə də, o bəzən fanatları ilə pis rəftar edirdi. Bir müddətdən sonra Kurtun problemlərinə biri də əlavə olundu — mədə ağrıları. Bu ağrıları sakitləşdirmək üçün o heroin istifadə edirdi. Həm də onun səbəbi bəlli olmayan kürək ağrıları və bəzən səhnə arxasında yuxulamasına səbəb olan narkolepsiya xəstəliyi var idi.
1992-ci ildə o xəstəxanaya müalicə üçün aparıldı. Onun bədəni narkotiklərdən təmizlənərkən, xəstəxananın digər palatasında Kurtun xanımı Kortni Lav uşaq dünyaya gətirdi. 1992-ci il 18 avqustda Kurtun qızı Frensis Bin dünyaya gəldi. Bundan sonra, Kurt stresdən uzaqlaşmaq üçün qrupdan bir müddətlik ayrılmaq istədiyini bildirdi. Qrol və Novoseliç bu sözləri hörmətlə qarşıladılar və qrup bir müddətliyinə fəaliyyətinə fasilə verdi.
1993-cü il aprelin 9-da Makedoniya Respublikasında zorlanmaya məcbur qalanlar üçün konsert verdilər. Oktyabr ayında qrupa Pet Smir qoşuldu. Smir Kurta bir az da olsa müsbət enerji verirdi. 3 aylıq Amerika turnesindən sonra Nyu-Yorkda MTV kanalı üçün UNPLUGGED konsert verdilər. Bu konsertdə Kurt seçmə mahnılar ifa etdi. Onun seçdiyi mahnılar əsasən ölüm və şöhrət haqqında idi.
1994-cü ildəki Avropa turnesindən sonra qrup üzvləri Amerikaya qayıtdığı halda, Kurt Romaya gəldi. 1994-cü ilin 4 martında yaşadığı oteldə güclü təsirə malik Raipnol yuxu dərmanı ilə şampan şərabını bir-birinə həddindən artıq qarışdırdığı üçün komaya düşdü. Amma ərini görmək üçün otağa daxil olan Kortni Lav onu ölümdən xilas edə bildi.
Bu hadisədən sonra Kurt təzədən narkotik müalicəsi aldı. Xəstəxanadan çıxandan sonra Sietla gəldi və ov tüfəngi ilə birlikdə bir otağa girdi və qapını bağladı. 18 mart axşamı Kortni polis çağırdı. Polis evdə 4 tüfəng, 25 qutu mərmi, 38 kalibrlik əl tapançası, 1 ədəd Colt AR-15 yarıavtomatik tüfəng və müxtəlif narkotik vasitələr tapdı.
8 aprel 1994-cü ildə Qari Smit adlı işıqçı təhlükəsizlik sistemi quraşdırmaq üçün Kobeynin Sietldakı evinə gəldi. O bir neçə dəfə qapını döysə də, açan olmadı. Lakin o qarajdakı Volvo avtomobilini gördükdə ev yiyəsinin qarajda və ya yuxarıdakı oranjereyada olduğunu düşnərək qaraja daxil oldu, daha sonra isə pilləkənlə qarajın üstündəki oranjereyaya qalxdı. Qapının şüşəsindən içəridə yerdə uzanmış adam gördü və düşündü ki, orada kimsə yatıb, amma diqqətlə baxdıqda onun yanında silah və yerdə, başının ətrafında qanı gördü. Saat 08:45-də Qari Smit polisə və yerli radioya zəng etdi. Cəsədin yanında şəxsi əşyalarla bərabər intihar məktubu da var idi.
Dirijor David Vudord Cobain[5]:355–366 üçün Dreamachine qursa da Cobain intihar etməzdən əvvəlki günlərdə cihazdan həddindən artıq istifadə etdiyinə dair xəbərlər sonrakı tapıntılarla ziddiyyət təşkil etdi.[6][7] Hadisə yerinə gələn kriminalistlər belə qənaətə gəldilər ki, Kurt aprelin 5-də ölüb və cəsəd 3 gün hadisə yerində qalıb.
Cəsədin tapılmasından 2 gün sonra o kremasiya olundu.
"Uşaqca şikayətləri olan, yorulmuş, təcrübəli bir axmaq kimi bu məktubu yazıram. Məncə bu yaxşı başa düşülən bir məktub olacaq. Artıq uzun illərdir ki, oxuyub yazmaqla bərabər qulaq asmaq və yaratmaqda olduğu kimi həyəcan ala bilmirəm. Bunun üçün buraya yaza bilmədiyim bir günahkarlıq hiss edirəm. Məsələn: Səhnədə olanda və işıqlar sönəndə insanların qışqırıqları pərəstişkarı olduğum və qısqandığım Freddi Merkyuriyə təsir edən kimi mənə təsir etmədi. Bu həqiqətdir. Sizin heç birinizi axmaq yerinə qoymaq istəmirəm. Bu nə sizin nə də mənim üçün ədalətli olmazdı. Məncə ən böyük günah insanlara yalan danışıb özümü həddindən artıq əylənirmiş kimi göstərmək olardı. Hərdən səhnəyə çıxmamışdan qabaq saatı yumruqlayıb zamanı dayandırmaq istəyirdim.
Çox çalışdım ki, bunlara dəyər verim. Amma bunu nə qədər elədimsə heç bir xeyri olmadı. Mənim və ya bizim bir çox insanı təsirləndirdiyimiz və əyləndirdiyimiz həqiqətinə hər zaman hörmət edirəm. Mən çox həssasam. Uşaq vaxtı sahib olduğum həvəsi yenidən qaytarmaq üçün bir az yatmağa ehtiyacım var. Son üç konsertimizdə şəxsən tanıdığım insanlara və musiqimizi sevənlərə doğrudan da çox yüksək qiymətləndirdim, amma hələ də hamıya qarşı hiss elədiyim əsəbilik və günahkarlığı özümdən uzaqlaşdıra bilmədim. Hamınızın daxilində bir yaxşılıq yatır və mən insanları doğrudan da çox sevirəm. O qədər çox sevirəm ki bu məni bədbəxt edir. Ehtiras və anlayış andı içən cazibəli bir arvadım və mənim əvvəlki vaxtlarımı xatırladan bir qızım var. Hər kəsi öpən bu nəşəli uşaq ona heç kimin zərər verməyəcəyini çox gözəl bilir. Frensisin özünə zərər verən ölü bir rokçu olduğumu düşünəcəyini fikirləşəndə dəli oluram. Yeddi yaşından bəri insanlara ümumilikdə nifrət edirəm. Ancaq ona görə nifrət edirəm ki insanlarla yola getmək çox asan görünür. Anlayış! Məncə insanları çox sevdiyim və onlara çox yazığım gəldiyi üçün bu da bəs edər. Keçən illərdə məktublarınız və maraqlandığınız üçün mədə ağrısı cəhənnəmindən hamınıza təşəkkür edirəm. Hal-hazırda çox qərarsız və ümidsizəm. Artıq əvvəlki həyəcanımdan əsər belə qalmayıb. Bunu isə yadınızdan çıxarmayın: Sönüb qalmaqdansa, yanmaq daha yaxşıdır. Sülh, sevgi və anlayış ümidilə.
Frensis və Kortni mən həmişə sizin yanınızda olacam.
Xahiş edirəm, Kortni, davam et.
Mən olmadan daha xoşbəxt olacaq qızımın həyatı üçün."[8]