Georq Hazai

Georq Hazai (mac. György Hazai; 30 aprel 1932[1], Budapeşt7 yanvar 2016[2], Budapeşt) — Macarıstan alimi, türkoloqu, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, Şərq və Asiya Tədqiqləri Beynəlxalq Cəmiyyətinin (ing. İnternational Union of Oriental and Asian Studies) prezidenti, professor.[3]

Georq Hazai
mac. György Hazai
Doğum tarixi 30 aprel 1932(1932-04-30)[1]
Doğum yeri
Vəfat tarixi 7 yanvar 2016(2016-01-07)[2] (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahəsi türkoloq
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Georq Hazai 1932-ci ildə Budapeşt şəhərində anadan olmuşdur. 1950-ci ildə ali təhsilini Budapeşt Lorand Universitetinin Sənət və Bəşər Elmləri fakültəsində aldıqdan sonra 1954-cü ildə məzun oldu. Məzun olduqdan sonra 1954–1955-ci illərdə Bolqarıstanda türk dialektlərini öyrənmişdir. Macar baş naziri Mikloş Nemetin hakimiyyəti dövründə Hazai Türkiyənin Sofiya Universitetinə qonaq kimi dəvət edilmiş və burada 1956–1957-ci illər ərzində türkologiya dərsləri keçmişdir. Bundan başqa Hazai türk dili haqqında olan dissertasiya işini də burada tamamlamışdır[4].

1963-cü ildə Georq Hazai elmi tədqiqatlarını davam etdirmək məqsədilə Berlin şəhərinə köçmüşdür. 1966-cı ildə isə Macarıstan Elmlər Akademiyasında doktorantura təhsilini başa vurdu. 1983-cü ildə yenidən Macarıstana qayıdan Hazai 8 il müddətində Macarıstan Elmlər Akademiyası Nəşriyyat Evinin rəhbəri vəzifəsini icra etmişdir. 1992-ci ildə Kipr Univeristetinin Türkologiya fakültəsinin rəhbəri seçilən Hazai 2000-ci ilə qədər Kiprdə yaşamışdır. Həmin il Budapeştə qayıdaraq Andraşi Universitetinin pro-rektoru vəzifəsini 3 il müddətində icra etmişdir.

Elmi araşdırmaları

[redaktə | mənbəni redaktə et]

Hazai 60 illik fəaliyyəti müddətində 20-ə yaxın kitab, 300 elmi məqalə yayımlamışdır. Alimin türk dili və ədəbiyyatı ilə bağlı türk-macar, macar-alman dillərinə tərcümə etdiyi əsərləri ona beynəlxalq arenada böyük nüfuz qazandırmışdır.

2001-ci ildə Türkiyə Elmlər Akademiyasının fəxri üzvü seçilən Georq Hazai 2014-cü ildə dönəmin Türkiyə prezidenti Abdullah Gül tərəfindən "Ləyaqət" nişanı ilə mükafatlandırılmışdır[5].

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 database of academicians and public-body members of the Hungarian Academy of Sciences (mac.).
  3. "Vilayət Quliyev. "Türkologiya elminə ağır itki..."". 2016-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-26.
  4. "György Hazai". 2019-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  5. "TÜBA Şeref Üyesi Prof. Dr. György Hazai Son Yolculuğuna Uğurlandı". 2019-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.