Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sikorski-Mayski müqaviləsi
Sikorski-Mayski müqaviləsi — SSRİ ilə Polşa arasında 30 iyul 1941-ci ildə Londonda imzalanmış müqavilə. Müqavilə öz adını onu imzalayan iki məşhur şəxsdən götürür: Polşanın Baş naziri Vladislav Sikorski və SSRİ-nin Londondakı səfiri İvan Mayski. == Tarixi == 1939-cu ildə Nasist Almaniyası və SSRİ arasında Molotov-Ribbentrop paktı bağlandıqdan sonra, SSRİ Polşanın işğalına və sonrakı bölüşdürməyə qoşuldu. SSRİ Polşanın mövcud olmadığını elan etdi və ələ keçirdiyi bölgədəki polşalıları öz vətəndaşları olaraq dəyərləndirməyə başladı. Nəticədə 2 milyon polyak NKVD tərəfindən həbs olundu və sürgünlərə məruz qaldı. 1941-ci ildə Nasist Almaniyası ilə SSRİ müharibəyə başladığı zaman SSRİ-nin beynəlxalq vəziyyəti dəyişdi. Bu zaman, Stalin Almaniyaya qarşı olan dövlətlərlə əlaqələr qurmağa başladı. Böyük Britaniyanın Xarici işlər Naziri Entoni İdenin vasitəçiliyi ilə Londonda yerləşən mühacir Polşa hökuməti ilə SSRİ-nin səfiri İvan Mayski arasında diplomatik münasibətlər başladı. Nəticədə 30 iyul 1941-ci ildə Londonda müqavilə imzalandı. Daha sonra Moskvada 14 avqust 1941-ci ildə daha bir hərbi ittifaq müqaviləsi bağlanıldı.
Sikorski UH-60
Sikorski UH-60 və ya Blək Hauk (ing. Black Hawk - Qara qırğı) — çoxfunksiyalı ABŞ vertolyotu. ABŞ ordusunda Bell UH-1 vertolyotunu əvəz edib. Əlavə pilonların quraşdırılması ilə Tank əleyhinə idarəolunan raket (TƏİR) AGM-114 Hellfire-lərlə, uzaq məsafəli uçuşlar üçün əlavə yanacaq çəni ilə təchiz olunmuşdur. Eləcə də yük kəsiminin qabaq hissəsində M240 və M134 pulemyotu quraşdırılmışdır. UH-60 təcrübə modifikasiyasının uçuş sınaqları 1974-cü ildə tamamlanıb, 1976-cı ildə vertolyot ABŞ ordusunun təchizatı müsabiqəsində qalib gəlib. İlk seriyalı istehsal variantı olan UH-60A 1979-cu ildə ABŞ Ordusunun silahlanmasına daxil edilmişdir. Bunun ardınca helikopterin radioelektron mübarizə və xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş variantları istehsal olunmuşdur. UH-60 ailəsindən olan helikopterlər ABŞ Ordusundan sonra bir neçə başqa dövlətin də silahlı qüvvələrində silahlanmaya daxil olunmuşdur. "Qara qırğı"lar Qrenada, Panama, İraq, Somali, Balkan yarımadası, Əfqanıstan və Yaxın Şərqdə baş vermiş bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.