Sikorski UH-60 və ya Blək Hauk (ing. Black Hawk - Qara qırğı) — çoxfunksiyalı ABŞ vertolyotu. ABŞ ordusunda Bell UH-1 vertolyotunu əvəz edib.
Sikorski UH-60 | |
---|---|
UH-60 Black Hawk | |
Tipi | çoxməqsədli helikopter |
Hazırlayan | Sikorsky Aircraft Company |
İstehsalçı | Sikorsky Aircraft |
İlk uçuş | 17 oktyabr 1974 |
İstismara verilmə tarixi | 1979 |
İstismarçılar |
ABŞ Ordusu Türkiyə Silahlı Qüvvələri, İsrail Silahlı Qüvvələri, Yaponiya Silahlı Qüvvələri |
İstehsal ili | 1974-günümüzə |
Buraxılış sayı | təqribən 4,000[1] |
Vahidinin qiyməti | 21.3 milyon ABŞ dolları[2] |
Baza modeli | Sikorski S-70 |
Vikianbarda əlaqəli mediafayllar |
Əlavə pilonların quraşdırılması ilə Tank əleyhinə idarəolunan raket (TƏİR) AGM-114 Hellfire-lərlə, uzaq məsafəli uçuşlar üçün əlavə yanacaq çəni ilə təchiz olunmuşdur. Eləcə də yük kəsiminin qabaq hissəsində M240 və M134 pulemyotu quraşdırılmışdır.
UH-60 təcrübə modifikasiyasının uçuş sınaqları 1974-cü ildə tamamlanıb, 1976-cı ildə vertolyot ABŞ ordusunun təchizatı müsabiqəsində qalib gəlib. İlk seriyalı istehsal variantı olan UH-60A 1979-cu ildə ABŞ Ordusunun silahlanmasına daxil edilmişdir. Bunun ardınca helikopterin radioelektron mübarizə və xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş variantları istehsal olunmuşdur. UH-60 ailəsindən olan helikopterlər ABŞ Ordusundan sonra bir neçə başqa dövlətin də silahlı qüvvələrində silahlanmaya daxil olunmuşdur. "Qara qırğı"lar Qrenada, Panama, İraq, Somali, Balkan yarımadası, Əfqanıstan və Yaxın Şərqdə baş vermiş bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.
2016-cı ilə olan məlumata əsasən Avstraliya Silahlı Qüvvələrinin silahlanmasında təqribən 36 ədəd UH-60 helikopteri var. Bunların əksər hissəsi Şərqi Timor və Solomon adalarında dislokasiya olunub.[3]
1997-ci ildə ilk dörd UH-60L modifikasiyalı helikopter sülhməramlı əməliyyatlarda istifadə etmək məqsədilə Braziliya Ordusuna təhvil verilmişdir. 2008-ci ildə xüsusi təyinatlı, axtarış və xilasetmə əməliyyatlarda istifadə olunması məqsədilə növbəti altı ədəd UH-60L helikopteri satın alınmışdır. 2009-cu ildə əlavə isə əlavə 10 ədəd UH-60L sifariş olunmuşdur ki, bunların çatdırılmasına 2011-ci ilin mart ayından etibarən başlanmışdır.[4]
1983-cü ilin dekabr ayında Eurocopter AS332 Super Puma, Bell 214ST və Sikorski S-70A-5 helikopterlərinin nümunələri ərazisinin əksər hissəsi yüksək dağlıq relyefdən ibarət olan Lhasada sınaqdan keçirilmişdir. Bu sınaq yoxlamalarından sonra Çin Xalq Azadlıq Ordusu üçün daha güclü mühərriklə təchiz olunmuş 24 ədəd S-70C-2 variantı helikopter sifariş olunmuşdur.
UH-60 ailəsindən olan helikopterlərin Tayvana çatdırılmasına 1986-cı ildən etibarən başlanmışdır. Son olaraq, 2010-cu ilin yanvar ayında 60 ədəd UH-60M modifikasiyalı helikopterlər ABŞ tərəfindən Tayvan Ordusuna təhvil verilmişdir.[5]
İlk dəfə 1987-ci ildə ABŞ-dən UH-60 helikopteri satın alınmışdır. Hazırda axtarış və xilasetmə, tibbi təxliyə və xüsusi əməliyyatlar zamanı Kolumbiya Milli Polisi, Hərbi Hava Qüvvələri və Quru Qoşunları tərəfindən istifadə olunur.
2017-ci ilin mart ayında Kolumbiya Milli Polisi tərəfindən əlavə 10 ədəd UH-60 helikopteri sifariş olunmuşdur ki, bununla da bu qurumun silahlanmasında olan helikopterlərin sayı 19-a çatmışdır.[6]
1994-cü ilin avqust ayında 10 ədəd UH-60A modifikasiyalı helikopter ABŞ tərəfindən İsrail Hərbi Hava Qüvvələrinə təhvil verilmişdir. İlk dəfə 1996-cı ildə Livanın cənubunda Hizbullaha qarşı döyüş əməliyyatı zamanı istifadə olunmuşdur.[7]
1991-ci ildə silahlanmaya qəbul olunmuşdur.[8] 2014-cü ilin sentyabr ayında 18 ədəd UH-60 helikopterinin satın alınması ilə əlaqədar ABŞ-nin "Sikorski" şirkəti ilə 203.6 milyon ABŞ dolları dəyərində müqavilə imzalanmışdır.[9]
İlk dəfə 2017-ci ilin iyul ayında 2 ədəd UH-60M silahlanmaya qəbul olunmuşdur. 2019-cu ilin sonuna qədər ümumilikdə 9 ədəd UH-60M-in silahlı qüvvələrə təhvil veriləcəyi gözlənilir.[10][11]