Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elena Cionat
Elena Cionat (tam adı: Elena Cionat, rum. Elena Djionat; 8 may 1888 – 1937) — Rumıniyalı pedaqoq, jurnalist, qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs, qadın hüquqları uğrunda mübarizə aparan feminist. 1928-1935-ci illərdə Bessarabiya Qadınlar Təşkilatının (rum. Reuniunii Femeilor Basaribene) qurucusu və lideri idi. == Həyatı == Cionat Rusiya İmperiyasında anadan olmuş və iki il Odessa Universitetində tibb fakültəsində təhsil almışdır. Daha sonra Kişinyovda yerləşən Şahzadə Elena İbtidai Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1919-1935-ci illərdə həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1917-ci ilin sentyabrında Elena Kişinyovda ilk rumın məktəbinin əsasını qoymuşdur. 1907-ci ildə feminizm fəaliyyəti ilə maraqlanmağa başlasa da, 1919-cu ildə Bessarabiya Rumıniyanın tərkibinə daxil olanadək daha çox Runıniyanın birləşməsi məsələsinə diqqət ayırmışdır. Rumıniyanın qadınlara seçki hüququnun verilməsi məsələsinə laqeyd yanaşdığını gördükdən sonra buna cavab olaraq qadın hüquqları məsələləri ilə məşğul olmağa başlamışdır.
Li Cinhui
Li Tsinhuy (Tam adı: çin. 黎錦暉; 5 sentyabr 1891, Syantan[d] – 15 fevral 1967, Şanxay) — Çin bəstəkarı və söz yazarı. "Çin pop musiqisinin atası" kimi tanınır. Tzin sülaləsinin süqutundan sonra ənənəvi musiqi janrlarından uzaqlaşaraq yeni şidayqu janrının əsasını qoymuşdur. Linin bəstələri həddən artıq məşhur olsa da, Milliyətçi Çin Partiyası onun musiqilərinə qadağa qoyur. Tənqidçilər mahnılarının cinsi məzmununa görə onun tərzini pornoqrafiyanın bir forması, "Sarı musiqi"; özünü isə ictimai əxlaqın "korrupsioneri" adlandırırdılar. 1949-cu ildə hakimiyyətin kommunistlərin əlinə keçməsindən sonra Çində bu cür pop musiqi qadağan edildi və Li 1967-ci ildə Mədəni İnqilabın yüksəlişi dövründə siyasi təqiblərin qurbanı olaraq ölümə tuş gəldi. == Həyatı == Xunan əyalətinin Syantan şəhərində ziyalı ailəsində anadan olmuş Li Tsinhuy tanınmış Li qardaşlarından (səkkiz qardaş) ikincisidir. Böyük qardaşı Li Cinksi Mao Tszedunun yaxın dostu və müəllimi, görkəmli dilçi idi. Kiçik qardaşı Çin Yanq Li sonralar ABŞ-da əsərləri ən çox satılan müəlliflərdən birinə çevrilir.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır. 1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi.
Cunut bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kihnu adası
Kihnu (est. Kihnu) — Baltik dənizində yerləşən ada. Kihnunun sahəsi 16,4 km² təşkil edir. Estoniyanın ərazisinə daxildir. Kihnu adası Riqa körfəzinə daxil olan iri adalardan biridir. Estoniyanın isə sahəsinə görə yeddinci adasıdır. İnzibati cəhətdən isə Pyarnu qəzasının Kihnu rayonu ərazisinə daxildir. == İqlimi == Adada dəniz və konntinental mülayim iqlim hakimdir. Orta illik temperatur — 6,8 °C Küləyin orta günlük sürəti — 5,7 m/s Havanın mütləq rütubəti — 83 % == Tarixi == Kihnu adası ərazisində ilk insan yayış məntəqəsi üç min il öncəyə aiddir. Ada haqqında ilk yazılı məlumat isə 1386-cı ilə aiddir.
Çinua Açebe
Çinua Açebe (ing. Chinua Achebe, d. 16 noyabr 1930, Oqidi, Nigeriya – ö. 21 mart 2013, Boston, Massaçusets, ABŞ) — Nigeriyalı yazıçı, şair və tənqidçi. "Afrika ədəbiyyatının babası" kimi tanınırdı == Həyatı == 16 noyabr 1930-cu ildə Nigeriyanın Oqidi şəhərində protestantlığı qəbul etmiş müəllim ailəsində anadan olmuşdur. == Təhsili == Universitetdə əvvəlcə tibb, daha sonra isə ingilis dili və tarixini öyrənmişdi. == Diplomatik fəaliyyəti == Nigeriyada vətəndaş müharibəsi illərində tanınmamış Biafra Respublikasının diplomatı kimi çalışmışdır. Biafranın süqutundan sonra ailəsi ilə Böyük Britaniyaya qaçmış, sonralar yenidən vətəninə qayıtmışdır. == Vəfatı == 1990-ci ildə avtoqəzada iflic olan Açebe, bir müddət İngiltərədə, daha sonra isə ömrünün sonuna qədər ABŞ-də yaşamışdır. == Əsərləri == Əsərləri onlarla dilə çevrilmiş, milyon tirajlarla satılmışdır.