Kihnu (est. Kihnu) — Baltik dənizində yerləşən ada. Kihnunun sahəsi 16,4 km² təşkil edir. Estoniyanın ərazisinə daxildir.
Kihnu adası | |
---|---|
est. Kihnu | |
Ümumi məlumatlar | |
Sahəsi | 16,4 km² |
Hündür nöqtəsi | 8 m |
Əhalisi | 516 nəfər (2013-cü il) |
Yerləşməsi | |
58°07′00″ şm. e. 23°58′00″ ş. u. | |
Ölkə | Estoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kihnu adası Riqa körfəzinə[1] daxil olan iri adalardan biridir. Estoniyanın isə sahəsinə görə yeddinci adasıdır. İnzibati cəhətdən isə Pyarnu qəzasının Kihnu rayonu ərazisinə daxildir.
Adada dəniz və konntinental mülayim iqlim hakimdir.
Kihnu adası ərazisində ilk insan yayış məntəqəsi üç min il öncəyə aiddir. Ada haqqında ilk yazılı məlumat isə 1386-cı ilə aiddir. Ada insanları əsasən Saaremaa və Muhu adalarından, Lyaen qəzasından gəlmişlər. Sonrakı illərdə İsveçlilər və Litvalılar üstünlük təşkil etmişlər.
2013-cü il siyahıya alınmasına görə adanın əhalisinin sayı 516 nəfər[2] təşkil etmişdir. Ada əhalisi əsasən estonlardır. Adada dörd yaşayış məntəqəsi vardır: Lemsi, Linakyola, Rootsikyola və Syaare.
Adanın əsas təsarrüfat sahələri: Balıqçılıq və Yeyinti sənayesi.
Ada ilə Pyarnu şəhəri arasında bərə və hava nəqliyyatı fəaliyyət göstərir. Qışda isə körfəzin donması ilə materiklə avtomobil əlaqəsi təmin edilir.
UNESCO Ümumdünya irsi 7 noyabr 2003-cü ildə adanı insanlıq üçün mühüm mədəniyyət obyekti elan etmişdir.