Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tumsoy-Lam
Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi. == Haqqında == Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır. Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsində xatırlanır: == Tarixi == 3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub. Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var.
Cuno
Cuno (Alyaska)
Cunot Dias
Cunot Dias (31 dekabr 1968, Santo-Dominqo) — Dominik əsilli Amerika yazıçısı Massaçusets Texnologiya İnstitutunun yaradıcı yazı professoru və Boston Review-in bədii redaktoru. Cunot Dias Massaçusets Texnologiya İnstitutunun professorudur. O, həmçinin Gürcüstanda sənədsiz mühacirlərə orta təhsildən sonra təlimat verən könüllü təşkilat hesab edilən Azadlıq Universitetinin məsləhətçilər heyətində çalışır. Cunot Diasın buradakı vəzifəsi mühacirlərin təcrübələri, xüsusilə də Latın mühacirlərinin təcrübəsi ilə bağlıdır. 1968-ci ildə Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində dünyaya göz açan və beş uşaqdan ortancılı olan Cunot Dias Santo Dominqonun yaxınlığında yerləşən Villa Juana səmtində yoxsul bir ailədə böyümüşdür."Diktator, kripto-faşist" xarakterli atası Cunot və qardaşlarını odlu silahla atəş etməyə və müxtəlif döyüş sənətlərini öyrənməyə təşviq edirdi. Uşaqlıq illərində Dias şəraiti olmayan, su qıtlığı , eləcə də vətəndaş ixtişaşları və çoxlu siyasi qətl hadisələri baş verən bir şəhərdə yaşayırdı. Diasda nağıllara və əfsanələrə maraq yaradan nənəsi ona lənət, ovsun və əcdadları haqqında fantastik nağıllar danışardı. Dias danışılanlara inanmasa da, bu hekayələr onun çox maraqlı idi. 1974-cü ildə Dominikan Respublikasının sabiq prezidenti Trujillonun keçmiş məsləhətçisi Coakin Balaquer yenidən prezident seçildikdə Dias ailəsi ilə birlikdə miqrant statusu əldə edərək ABŞ-nin Nyu-Cersi Parlin şəhərinə köçməyə qərar verir. 1980-ci illərdə atası ABŞ-yə daha əvvəl gedərək onları tərk etmiş və ailə uzun illər yoxsulluq içində yaşamağa məcbur olmuşdu .
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Cuno (Alyaska)
Cuno (ing. Juneau) — ABŞ-də şəhər, Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) == Haqqında == Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Cuno (film)
Cuno (ing. Juno) — 2007-ci il ABŞ istehsalı komediya-dram filmi. Ceyson Raytmanın rejissorluğu ilə çəkilib. Ssenarisi Diablo Cody tərəfindən yazılıb. Baş rolda Elliot Peyc yer alıb. Film səhvən hamilə qalan Cuno adlı yeniyetmə qızdan bəhs edir. Filmin çəkilişləri 2007-ci ilin fevral ayının əvvəlindən mart ayına qədər Vankuverdə aparılmışdır. "Cuno" filminin premyerası 8 sentyabr 2007-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutub. == İstinadlar == == Xarici keçidlər == Juno — Internet Movie Database saytında.
Cuno (dəqiqləşdirmə)
Cuno (Alyaska)