Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi.
Tumsoy-Lam | |
---|---|
Ümumi məlumatlar | |
Hündür zirvəsi | 2072 m. |
Yerləşməsi | |
42°50′22″ şm. e. 45°32′49″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır.
Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsində[2] xatırlanır:
Əsas vadinin yaylasında və az meylli yaamaclarında, Tumsoy-Lam silsiləsindən şimala doğriu yerləşir. Yaxınlığında tərk edilmiş Tsoqunoy, Vaşenderoy kimi çeçen aulları vardır. |
3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub.
Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var. Tumsohy-axk çayının dik sahilində yüksəlir. Tumsoy qülləsinin təxminən 5 metr hündürlüyü var. Taypu Tumsoya aiddir. XVI əsrdə tikilmişdir.
Vatan-Kortda - Tumsoy-Lama dağının şərq qolunda Vatan-Kort məzarlığı var. Tumsoy kəndindən cənuba doğru (1,5 km yüksəklikdə) Arqun çayına doğru uçurumun kənarında daş qutulardan ibarət məzarlıq var. 1964-cü ildə bir daş qutu tarixçi V.B.Vinoqradov və M.X.Oşayev tərəfindən açıldı. Adət və inventar üzrə məzarlığın Borzoya (Bu adda kənd var) aid olduğu müəyyən edildi və XIII-XIV əsrlərə aid olan bu məzar, həm də həmin tayfaya, Borzoya aiddir.
Məzarın yaxınlığında, onun ərazisində "Vatan-Kort məskəni" məntəqəsinin qalıqları var.
Bu qalıqlar 1964-cü ildə V.B.Vinoqradov və M.X.Oşayev tərəfindən tədqiq olunub.
2019-cu ildə Çeçenistanda "Tumsoy-Lam 2019" adlı Festival keçirilmişdir.[3]