Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Cunot Dias (31 dekabr 1968[1][2], Santo-Dominqo[3]) — Dominik əsilli Amerika yazıçısı Massaçusets Texnologiya İnstitutunun yaradıcı yazı professoru və Boston Review-in bədii redaktoru. Cunot Dias Massaçusets Texnologiya İnstitutunun professorudur. O, həmçinin Gürcüstanda sənədsiz mühacirlərə orta təhsildən sonra təlimat verən könüllü təşkilat hesab edilən Azadlıq Universitetinin məsləhətçilər heyətində çalışır. Cunot Diasın buradakı vəzifəsi mühacirlərin təcrübələri, xüsusilə də Latın mühacirlərinin təcrübəsi ilə bağlıdır.
Cunot Dias | |
---|---|
isp. Junot Díaz | |
Doğum tarixi | 31 dekabr 1968[1][2] (56 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, universitet müəllimi[d], fantastika yazıçısı[d], romançı, akademik heyət |
Əsərlərinin dili | ingilis dili |
Üzvlüyü |
|
junotdiaz.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1968-ci ildə Dominikan Respublikasının paytaxtı Santo Dominqo şəhərində dünyaya göz açan və beş uşaqdan ortancılı olan Cunot Dias Santo Dominqonun yaxınlığında yerləşən Villa Juana səmtində yoxsul bir ailədə böyümüşdür."Diktator, kripto-faşist" xarakterli atası Cunot və qardaşlarını odlu silahla atəş etməyə və müxtəlif döyüş sənətlərini öyrənməyə təşviq edirdi. Uşaqlıq illərində Dias şəraiti olmayan, su qıtlığı , eləcə də vətəndaş ixtişaşları və çoxlu siyasi qətl hadisələri baş verən bir şəhərdə yaşayırdı. Diasda nağıllara və əfsanələrə maraq yaradan nənəsi ona lənət, ovsun və əcdadları haqqında fantastik nağıllar danışardı. Dias danışılanlara inanmasa da, bu hekayələr onun çox maraqlı idi. 1974-cü ildə Dominikan Respublikasının sabiq prezidenti Trujillonun keçmiş məsləhətçisi Coakin Balaquer yenidən prezident seçildikdə Dias ailəsi ilə birlikdə miqrant statusu əldə edərək ABŞ-nin Nyu-Cersi Parlin şəhərinə köçməyə qərar verir. 1980-ci illərdə atası ABŞ-yə daha əvvəl gedərək onları tərk etmiş və ailə uzun illər yoxsulluq içində yaşamağa məcbur olmuşdu . Buna görə Diasın anası ailənin gündəlik ehtiyaclarını qarşılamaq üçün şokolad fabrikində çalışmalı olur. İngilis dilini öyrənmək üçün müxtəlif mövzularda olan komiks və ədəbiyyatla maraqlanan Dias hələ uşaqlıq illərində məşhur amerikalıların tərcümeyi-halını oxuyar, Artur Konan Doyl kimi yazıçıların detektiv əsərlərini mütaliə edərdi. Orta məktəbdə aşağı qiymətlər aldığına görə digər şagirdlərə elə də yaxşı örnək olmayan Dias 90 gün dərs buraxsa da, 1987-ci ildə "Cedar Ridge" liseyindən məzun olur. O daha sonra "Kean" kollecində təhsil alır və bir il sonra Ratqersdə təhsilini davam etdirir. Bu illər ərzində Dias "Raritan River Steel" adlı polad zavodunda işləyir.
Ratqersdə birinci kursda təhsil alarkən, Toni Morrison və Sandra Sisneros kimi yazarların əsərlərini mütaliə edərkən yazar olmaq istədiyini anlayan Cunot Dias müsahibələrinin birində bildirmişdir : " İstədiyim tək şey yalnızca yazmaqdır , bu mənim missiyamdır". Dias bakalavr təhsilini bitirdikdən sonra Kornel Universitetinə qəbul olaraq magistr dərəcəsini əldə edir . İlk əsərləri sadəcə qısa əlyazmalardan ibarət olan yazarın diqqətini, professorlarından birinin köpək balığı hücumu senarili yazısını təqdim edən bir tələbəyə üstünlük verdiyini görəndə diqqətini fantastik üslubda yazmağa yönəldir. 1995-ci ildə "Negocios" adlı tezisi ilə magistr dərəcəsi alan Dias ilk nəsr əsəri "İsrail"i ("Ysrael") həmin ilin payızında "Story" adlı jurnalda çap etdirir.1996-cı ildə isə "Riverhead Books" nəşriyyatı tənqidi rəylərlə qarşılanan "Drown" ("Boğulma") adlı qısa hekayələr toplusu olan ilk kitabını nəşr edir. 1997-ci ildən Sirakus Universitetində ədəbiyyatdan mühazirələr deyən Dias, 2002-ci ildə Massaçusets Texnologiya İnstitutunda professor titulunu qazanmaq üçün bu vəzifədən istefa edir.
İllərdir davam edən özünə nifrət və depressiyadan əziyyət çəkən Dias, ABŞ-ni, Nyu York şəhərini ruhi problemləri olan bir terrorçunun məhv etməsi ilə bağlı əsər yazmaq üçün özündə güc toplayır, lakin 11 sentyabr hücumlardan sonra bu əsəri yazmağı dayandırır. Bir müsabəsində "özgüvənsizlik, dəlilik və kənardan təyziq " ilə mübarizə apararaq növbəti kitabı " Qazanan olmağın əhəmiyyəti"ni (The Importance of Being Earnest) yazmağa çalışdığını deyən və Oskar Vayldın soyadını "Vao" kimi tələffüz edən Dias: "Və növbəti bildiyiniz, zavallı oğlanın hekayəsi haqqında bir çox düşüncələrə dalmışdım , bu oğlan əslində orta məktəbi bitirdikdən sonra qızlar tərəfindən sevilməyən mən ola bilərdim. . . Amma Oskar ağlımdan çıxmırdı və mən qızlara yanaşı, rəqs edə bilməyən, Dominikan toplumuna məxsus "bizim kişilər" stereotiplərin əksinə olan bir Dominikalı uşaq haqqında roman yazmaq istədiyimi başa düşdüm.
"Riverhead Books" tərəfindən 2007-ci ildə Diasın debüt romanı olaraq nəşr olunan "Oskar Oanun qısa möcüzəli həyatı" onun digər kitabı "Drown" nun nəşrindən təqribən 11 il sonra "John Sargent", "Sr. First Novel Prize", "The National Book Critics Circle Award" , "The Pulitzer Prize for Fiction" mükafatlarına layiq görülür. 2012-ci ildə, "ümumi münasibətlər " mövzusunda ikinci hekayələr toplusu olan " Onu Necə İtirirsiniz" (" This Is How You Lose Her") çapdan çıxır və ABŞ-nin "New York Times" , " USA Today, and The Washington Post" kimi xəbər və media qurumlarından müsbət şərhlər alır.
2015-ci ildə Dias, "New Yorker" jurnalında yer alan eyniadlı qısa hekayəsinə əsaslanan "Monstro" (Monstro) adlı elmi-fantastik romanını çap etdirir. Çox hissəli olan və davamı gözlənilən roman yarımçıq qalır. 2015-ci ildə "Words on a Wire" redaksiyasına verdiyi bir müsahibədə Cunot Dias kitabın davamını yazmağı düşünmədiyini açıqlayır. [1][2][3]meet-a-conversation-with-junot-diaz-test/[4]
[5][6][7][8][4] Roberto González Echevarría, "Latin American and Comparative Literatures", (Eds. Bainard Cowan and Jefferson Humphries), Poetics of the Americas: Race, Founding, and Textuality, Louisiana State University Press, Baton Rouge 1997