Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maqnat
Maqnat və ya böyük bir iş adamı birdən çox biznesə sahib olmaqla böyük müvəffəqiyyət və böyük sərvət əldə etmiş bir iş adamıdır. Müvəffəqiyyətli sahibkarlar müəyyən bir iş və ya biznes sahəsində böyük təsirə, əhəmiyyətə malik olan biznes mütəxəssislərinə nümunədirlər. İlk böyük iş adamları John D. Rockefeller, Andrew Carnegie və Henry Ford kimi sənayeçilər idi. Müasir dövrdə Ceff Bezos və Bill Gates kimi texnologiya şirkətlərinin yaradıcıları böyük iş adamlarıdırlar.
Maqnit
Maqnit (yun. λίθος μαγνησ maqnesiya daşı) və ya Dəmirqapan — Maqnesiya kiçik Asiyada Türkiyənin şəhərində maqnetit tapılmış yer adıdır. Maqnit bir cisim olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnetizmdə məlumat verilir: Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs). Elektromaqnit elektrik cərəyanı keçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5–2 T arasında olur.
Sannua
Sannua (fr. Sannois) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Arjantey, kanton — Sannua. Əhalisi — 25 349 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 15 km şimal-qərb, Serji bələdiyyənin 16 km cənub- şərqdə yerləşir.
Sfaqnum
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkişaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Sagum
Sagum — Qədim Romada yundan hazırlanan hərbi geyim. Sagum Roma ordusunda sərkərdə, generallar, yuxarı rütbəli zabitlər tərəfindən geyilən paludamentumdan fərqli olaraq, Roma əsgərləri və aşağı zabitlər tərəfindən geyilən bir paltar idi. Çox kasıb və ya ucqar ərazilərdə yaşayanlar sagumu vəhşi heyvan və ya qoyun dərisindən hazırlayırdılar. Toqadan fərqli olaraq sagum hərbi geyim idi. Sagumun yuxarı üçüncü hissəsi açıq başlıq halında idi, çiyinlərdən kürəyə qatlanırdı və yağışlı havalarda bədənin kürk hissəsinin islanmasının qarşısını alırdı. Pis hava şəraitində həmin hissədən həm də başı örtmək üçün istifadə olunurdu. Hərbi səfərlər zamanı ondan yorğan kimi də istifadə edilirdi. Adi sagum fibulanın (metal sancaq) vasitəsilə sağ çiyinə bağlanırdı. Sagumdan, konsullar istisna olmaqla, bütün Roma [[vətəndaşları istifadə edirdilər. Sagum həmçinin yoxsul insanlar üçün bürüncək hesab olunurdu.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. == Əhali == Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Yaqut
Yaqut (lat. rubens, rubinus — qırmızı) — dəyərli mineral daş. Oksidlər sinfinə aiddir. Qədim dövrlərdə ləl, yaxont adlanırdı. Kimyəvi tərkibi: Al2O3 == Texnikada == Texnikada mexaniki saatlarda (əsasən qol və cib saatlarında) yastıq kimi istifadə olunub. İlk lazer qurğularında lezonans maddəsi kimi istifadə olunub.
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. == Tarix == Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. == Coğrafiyası == Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. == Təsviri == Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Kim Maqnus
Kim Maqnus (21 iyul 1998) — Cənubi Koreyalı xizək yürüşçüsü. Kim Maqnus Cənubi Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kim Maqnus birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Maqnus 3:22.36 saniyəlik nəticəsi ilə 80 atlet arasında 49-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Magnum opus
Magnum opus (lat. böyük iş) — yazıçının, rəssamın və ya bəstəkarın ən yaxşı, ən iddialı əsəri belə adlandırılır. Əlkimyada fəaliyyətin ən son nöqtəsi, yekunu-fəlsəfə daşının və həyat eliksirinin hazırlanması da bu anlayışla adlandırılır.
Maqnit anomaliyası
Maqnit anomaliyası (rus. магнитная аномалия, ing. magnetic anomaly) — yerin maqnit sahəsi kəmiyyətinin onun normal kəmiyyətindən kənara çıxması.
Maqnit diski
Maqnit diski (İng.magnetic disk, ru. магнитный диск)-qoruyucu korpusa (sərt disk) və ya zərfə (yumşaq disk) yerləşdirilmiş çoxlu sayda kiçik seqmentlərin (maqnit domenlərin) maqnit sahəsinin gərginliyini dəyişməyə imkan verən maqnit materialla ötürülmüş disk. Sahənin dəyişməsi – maqnit materialın (informasiya daşıyıcısının) hissəciklərinin maqnit polyarlığının dəyişməsidir ki, bundan da informasiyanın ikilik formada kodlaşdırılması üçün istifadə olunur (bir polyarlıq 1-i, əksi isə 0-ı təmsil edir). Polyarlığın dəyişməsi, disksürənin oxuma-yazma başcığının diskin səthi üzərindən yüksək sürətlə keçməsi ilə yerinə yetirilir. Maqnit diski öz xassələri səbəbindən elektromaqnit sahəsi mənbələrinin təsirindən qorunmalıdır ki, ona yazılmış informasiya korlanmasın və ya dağılmasın. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maqnit ekvatoru
Maqnit induksiyası
Maqnit induksiyası – maqnit sahəsinin qüvvə xarakteristikasıdır. Vahidi törəmə vahid olan Tesladır. == Maqnitostatika == Bio-Savar qanunu: B → ( r → ) = μ 0 ∫ L 1 I ( r → 1 ) d L 1 → × ( r → − r → 1 ) | r → − r → 1 | 3 , {\displaystyle {\vec {B}}({\vec {r}})=\mu _{0}\int \limits _{L_{1}}{\frac {I({\vec {r}}_{1}){\vec {dL_{1}}}\times ({\vec {r}}-{\vec {r}}_{1})}{|{\vec {r}}-{\vec {r}}_{1}|^{3}}},} B → ( r → ) = μ 0 ∫ j → ( r → 1 ) d V 1 × ( r → − r → 1 ) | r → − r → 1 | 3 , {\displaystyle {\vec {B}}({\vec {r}})=\mu _{0}\int {\frac {{\vec {j}}({\vec {r}}_{1})dV_{1}\times ({\vec {r}}-{\vec {r}}_{1})}{|{\vec {r}}-{\vec {r}}_{1}|^{3}}},} == Maqnit sirkulyasiyası haqqında Amper qanunu == ∮ ∂ S B → ⋅ d l → = μ 0 I S ≡ μ 0 ∫ S j → ⋅ d S → , {\displaystyle \oint \limits _{\partial S}{\vec {B}}\cdot {\vec {dl}}=\mu _{0}I_{S}\equiv \mu _{0}\int \limits _{S}{\vec {j}}\cdot {\vec {dS}},} r o t B → ≡ ∇ → × B → = μ 0 j → . {\displaystyle \mathrm {rot} \,{\vec {B}}\equiv {\vec {\nabla }}\times {\vec {B}}=\mu _{0}{\vec {j}}.} == Xarici keçidlər == Crowell, B., "Electromagnetism". Nave, R., "Magnetic Field".
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Maqnit sahəsi
Maqnit sahəsi — materiyanın elə növüdür ki, onun aşkara çıxması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özünəməxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir.
Maqnit seli
Maqnit seli – maqnit induksiya vektorunun modulu, səthin sahəsi və maqnit induksiya vektoru ilə səthin normalı arasındakı bucağın kosinusu hasilinə bərabərdir. Φ=BS.cosα. Əgər naqil çərçivə sabit ω bucaq sürəti ilə maqnit sahəsində fırlansa ondan keçən maqnit seli t-zamanından asılı olaraq Φ=BScosωt kimi dəyişər. Naqil çərçivənin uclarında yaranan elektrik hərəkət qüvvəsi E. H. Q. ε=ωBSsinωt qanunu ilə dəyişər. Əgər sarğıların sayı N olarsa yaranan induksiya E. H. Q. N dəfə böyük olar. Ölkəmizdə istifadə edilən dəyişən cərəyan qurğuları əsasən 50Hs dəyişən cərəyan üçün nəzərdə tutulmuşdur. Dəyişən cərəyan şəbəkəsindəki gərginlik transformatorların köməyi ilə asanlıqla lazım olan gərginliyə çevrilə bilər. Φ B = ∬ S B ⋅ d S {\displaystyle \Phi _{B}=\iint \limits _{S}\mathbf {B} \cdot {\rm {d}}\mathbf {S} } Elektromaqnit induksiya qanunu: Qapalı keçirici konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi əks işarə ilə götürülmüş maqnit selinin dəyişmə sürətinə bərabərdir: ε=-ΔΦ/Δt və ε=-dΦ/dt. Maqnit sahəsi artdıqda, yəni ΔΦ/Δt>0 olduqda, e. h.
Maqnit ulduzlar
Maqnetar və ya maqnitar — neytron ulduzu, çox güclü maqnit sahəsinə malik olan bir obyekt(10 üstü 11 Tesla və ya 10 üstü 14 Qaussa qədər). Maqnetarların mövcudluğu ilə bağlı ilk fərziyyələr 1992-ci ildə astronom Robert Dunkan və Kristofer Tompson tərəfindən irəli sürülmüşdür, lakin 1998-ci ildə Qartal bürcündə yerləşən SGR 1900+14 maqnetarından alınan qamma-rentgen şüalar maqnetarların mövcudluğunu təsdiqlədi.5 mart 1979-cu ildə əldə olunan qamma-şüaların da bir maqnetar mənbəyindən gəldiyi güman olunur. Maqnetarların orta ömür müddəti 1 milyon ildir. Bu obyektlər kainatda ən güclü maqnit sahəsinə malikdirlər. == Haqqında == Maqnetarların diametri adi neytron ulduzlarında olduğu kimi ortalama 10–20 km-dir, lakin bir maqnetarın kütləsi Günəşin kütləsindən ortalama 2 dəfə çoxdur. Bir qaşıq maqnetar maddəsinin çəkisi Yer kürəsində 1000 milyard tona bərabər olacaqdır. Bir maqnetarın maqnit sahəsinin gücü Günəşin maqnit sahəsinin gücündən 1000 trilyon dəfə çoxdur. Formalaşdıqdan 10.000 il sonra maqnetarların maqnit sahələri yox olur və onların aktivliyi və rentgen şüalanması dayanır. Bu hesabla Süd Yolu qalaktikasında 30 milyon aktiv olmayan maqnetarın mövcud olduğu düşünülür. 2004-cü ildə Avstraliya radioteleskopları böyük enerji axını aşkar etdilər.
Maqnum Foto
Maqnum Foto — beynəlxalq foto agentliyi. Nyu-York, Paris, London və Tokioda ofisləri olan agentlik 1947-ci ildə başda Anri Kartye-Bresson olmaqla müharibə fotoqrafları Robert Kapa, Devid Seymur və Corc Rocer tərəfindən yaradılmışdır. == Yaranması == Agentlik 1947-ci ildə Parisdə Robert Kapanın ideyası əsasında Robert Kapa, Anri Kartye-Bresson, Devid Seymur, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Eyzner tərəfindən yaradılıb. Rita Vandivert agentliyin ilk prezidenti və Nyu-York ofisinin rəhbəri seçildi. Mariya Eyzner Paris ofisinə rəhbər təyin edildi. Plana görə, C.Rocer Afrika və Yaxın Şərq, A.Kartye-Bresson Cənubi və Şərqi Asiya, D.Seymur və U.Vandivert Avropa və ABŞ-dən fotolar çəkməli idilər. R.Kapa isə haranı və hansı hadisəni çəkəcəyini sərbəst şəkildə seçməli idi. Maqnum üzvləri tərəfindən yaradılan ilk fotoqrafiya koorporasiyadır. Heyət fotoqraflara dəstək göstərir və onların müəlliflik hüquqlarını müdafiə edirdi. == Yeni üzvlərin seçilməsi == Maqnumun yeni yarandığı illərdə üzvlük ümumi xarakter daşıyırdı və Robert Kapanın şəxsi dəvəti ilə qəbul edilirdi.
Maqnus Kaastrup
Maqnus Kaastrup Larsen (28 dekabr 2000-ci ildə Danimarkada anadan olub) — Danimarka Super Liqası təmsilçilərindən olan AGF Aarhus klubunda hücumçu kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. == Klub karyerası == === Aarhus === Kaastrup Aarhus akademiyası vasitəsilə inkişaf etmişdir. Kaastrup öz peşəkar karyerasında debütünü 14 iyul 2017-ci ildə Horsens klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Yakob Ankerseni əvəz etmişdir. Həmin görüşdə Aarhus liqa görüşündə rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 14 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Danimarka Superkuboku görüşləri daxildir.
Maqnus Karlsen
Maqnus Karlsen (30 noyabr 1990, Tönsberq[d], Norveç) — Norveç şahmatçısı. == Həyatı == Maqnus Karlsen (Norveç) 30 noyabr 1990-cı ildə Tonsberqdə anadan olub. 2008-ci ildə Veyk-an Zee və Linares turnirlərində ikinci yeri tutmaqla öz potensialını bir daha sübuta yetirib. Dünya reytinqində durmadan irəliləyir, hazırda “onluğun” 1-ci pilləsindədir. 13 yaşından qrosmeysterdir ki, bu cəhətdən dünyada 3-cü yeri tutur. Karlsenin növbəti illərdə dünya elitasının liderlərindən biridir.