Şunut

Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür.

Şunut dağı
rus. Шунут
Şunut dağı
Şunut dağı
Ümumi məlumatlar
Dağ sistemi Ural
Dağ silsiləsi Orta Ural
Mütləq hündürlüyü 715 m
Nisbi hündürlüyü 70 m
Yerləşməsi
56°31′22″ şm. e. 59°44′18″ ş. u.HGYO
Ölkə  Rusiya
Rayon
Şunut dağı xəritədə
Şunut dağı
Şunut dağı
Şunut dağı xəritədə
Şunut dağı
Şunut dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır[1].

Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var. Uzaqdan orta əsr qalasına xatırladır. Massiv qədim kvarsit daşlarından, konqlomeratlardan, kvarsit-qum daşlarından ibarətdir. Dağda çox sayda nadir bitki növü yayılmışdır (Anemone uralensis, Cicerbita uralensis, Avropa meşәçәtirotusu, Əsl zöhrəçiçəyi). Cığır silsilənin şərq yamacı boyunca giriş yolundan zirvəyə qədər uzanır. Yaxşı havada dağın zirvəsindən Yekaterinburq şəhərini görəmək olur. Dağ cənub tayqa landşaftı, Avropa qaranlıq iynəyarpaqlı və enliyarpaqlı meşələrin elementləri olan, qayalı səthləri və nadir bitki növləri olan bir geoloji təbii abidədir Dağ zirvəsi və ona bitişik bir sıra qayalar istisna olmaqla, əsasən meşə ilə örtülmüşdür. Qayaların hündürlüyü qərbdən 25-40 metr, şərqdən 60-70 metr, yaşı isə 600 milyon ildən çoxdur. Torpaqların və bitki örtüyünün təbiətinə görə, bu dağ silsiləsinin bitişik torpaqları ilə ərazisi tayqa zonasına, onun cənub alt zonasına aiddir. Meşələr səbəbindən ətrafdan zəif görünür. Ərazini dəqiq bilmədən yerləri tapmaq çətin olur. Şunut dağının zirvəsində məşhur Starik-Kamen qayası var ki, buna da Şunutun Başı deyilir. Mariinsk kənarından çıxan torpaq yol dağa aparır. Şunut yaxınlığında olduqca maraqlı bir tarixə sahib olan Platonid şəfalı bir radon mənbəyi vardır[2].

Mansi dilində şun - "məxluq", Başqırd dilində isə ut - "atəş" deməkdir. Dağ gözətçi məntəqəsi kimi istifadə edilmişdir. Təhlükə olduqda burada siqnal atəşi yandırıldı.

Təbiət abidəsi

[redaktə | mənbəni redaktə et]

1983-cü ildən bəri Nijne-Serqin meşə təsərrüfatının ərazisində 3806 hektar ərazisi olan, Şunut-Kamen dağının ətraf meşələrinidə əhatə edən, Bilimbayev meşə təsərrüfatı Sverdlovsk vilayətinin xüsusi qorunan ərazisi elan edilir[3][4].

  1. Матвеев А.К. Географические названия Урала: Топонимический словарь. — Екатеринбург: Сократ, 2008. — С. 324—325. — 352 с. — ISBN 978-5-88664-299-5.
  2. Павел Распопов. Гора Шунут (Шунут-камень). — UraloVed.ru, 12.02.2015.
  3. Положение о ландшафтном заказнике «Гора Шунут-камень» Arxivləşdirilib 2020-11-30 at the Wayback Machine//Уникальные геологические объекты России, ФГБУ «ВСЕГЕИ»
  4. Потапова Н. А., Назырова Р. И., Забелина Н. М., Исаева-Петрова Л. С., Коротков В. Н., Очагов Д. М. Сводный список особо охраняемых природных территорий Российской Федерации (справочник). Часть II Arxivləşdirilib 2020-07-26 at the Wayback Machine//ООПТ России, ФГБУ «ААНИИ», стр. 163.