Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
La-Klüz
La-Klüz (fr. La Cluse, oks. La Clusa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 53 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 26 nəfər iqtisadi cəhətdən fəal, 4 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 86,7%, 1999-cu ildə 81.6%). Fəal olan 26 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Robin Şulz
Robin Şulz (28 aprel, 1987, Osnabrük) alman DJ və prodüser. Onun mahnılarının çoxu elektrogitara ilə hazırlanır. 4 fevral, 2014-cü ildə o öz mahnısını öz debüt albomunda yayımlamışdır. Mahnının adı "Waves" (dalğalar)dır ki, bu mahnı hip-hop sənətçisi holland Mr.Probzla birlikdə hazırlanmışdır. Həmçinin bu remiks 57-ci Qremmi mükafatlarında "Ən Yaxşı Remiks Sinqlı" seçilmişdir.
Sluç çayı
Sluç (ukr. Случ, Южная Случь ) — Qorın çayının sağ qolu. Çayın uzunluğu 451 km, hövzəsinin sahəsi — 13 900 km²-dir. Sluç çayı öz başlanğıcını Podol yüksəkliyinin Volun yayalasından götürür. Çayın mənbəyi yaxınlığında Xmelnitski vilayətinin Avratin kəndi yerləşir. Bu ərazi vaxtı ilə Avratın yüksəkliyi adlanırdı. Çay öncə şərqə doğru axır, sonra tədricən şimala istiqamətlənir, daha sonra isə şimal-qərbə axır. Sarna şəhərindən sonra yenidən şimala doğru istiqamətlənir. Sluç çayı aşağı axarlarında Polesye düzənliyindən keçiri və Qorın çayına birləşir. Sluçu Qorın çayının mənsəbindən 100 km məsafə ayırır.
Media şlüzü
Media şlüzü — POTS, SS7, Next-generation network (2G, 2.5G və 3G radio giriş şəbəkələri) və ya PBX sistemləri kimi fərqli telekommunikasiya texnologiyaları arasında media axınlarını çevirən tərcümə cihazı və ya xidməti. Media şlüzü ATM və İnternet protokolu (IP) kimi nəqliyyat protokollarından istifadə edərək paket şəbəkələri arasında multimedia rabitəsini təmin edir. Müxtəlif növ şəbəkələri birləşdirdiyi üçün onun əsas funksiyalarından biri müxtəlif ötürmə və kodlaşdırma üsulları arasında keçid etməkdir. Exo yoxedilməsi, DTMF və tone sender kimi media axını funksiyaları da media şlüzündə yerləşir. Media şlüzləri tez-tez çağırışa nəzarət və siqnal funksiyasını təmin edən ayrıca Media Gateway Controller tərəfindən idarə olunur. Media şlüzləri və Call Agent-ləri arasında əlaqə MGCP və ya Megaco (H.248) və ya SIP kimi protokollar vasitəsilə həyata keçirilir. SIP ilə istifadə edilən müasir media şlüzləri çox vaxt inteqrasiya olunmuş öz çağırış və siqnal nəzarətinə malik müstəqil vahidlərdir. Müstəqil və ağıllı SIP son nöqtələri kimi fəaliyyət göstərə bilər. VoIP media şlüzləri vaxt bölgüsü multipleksasiyası səsinin RTP kimi media axın protokoluna, həmçinin VoIP sistemində istifadə olunan siqnal protokoluna çevrilməni həyata keçirir. Mobil giriş şlüzləri PLMN-nin radio giriş şəbəkələrini növbəti nəsil əsas şəbəkəyə birləşdirir.
Luz Lonq
Karl Lüdviq (Luz) Lonq - Almaniyanın Berlin şəhərində keçirilmiş 1936 Yay Olimpiya Oyunlarında Almaniyanı təmsil etmiş yüngül atlet və Olimpiya Oyunlarının gümüş medalçısı. == Erkən illəri == 1913-cü ildə Leypsiq şəhərində anadan olmuşdur. == 1936 Yay Olimpiya Oyunları == == İkinci dünya müharibəsi illərində == == Populyar mədəniyyətdə == 2016-cı ildə rejissor Stiven Hopkins tərəfindən çəkilən 1936-cı ildə Berlində keçirilmiş Yay Olimpiya Oyunlarınının 4 qızıl medalçısı məşhur afroamerikalı yüngül atlet Cessi Ouensin həyatından bəhs edən "Yarış" bioqrafik filmində onun Luz Lonqla olan mübarizəsi təsvir olunmuşdur. Filmdə Luz Lonq rolunu aktyor David Kross canlandırmışdır.
Luz Noseda
Luz Noseda (ing. Luz Noceda) — Dana Terrasın yaratdığı "Bayquş evi" cizgi serialının baş qəhrəmanı. Sarah-Nicole Robies tərəfindən səsləndirilmişdir. == Yaranması == Serialın yaradıcısı Dana Terrasın dediyinə görə, Luz personajı onun otaq yoldaşı, dominikan əsilli hekayə rəssamı və serialın hazırlamasında iştirak edən Luz Batistanın adını daşıyır. == Xarakteri == Luz Noseda Konnektikutdakı uydurma qəsəbə olan Qreyvsfilddə (ing. Gravesfield) yaşayan Afro-Dominikan əsilli amerikalı 14 yaşlı qızdır. Terras Luzun Disney cizgi serialındakı ilk biseksual baş qəhrəman olduğunu bildirib. Serialın yaradıcısı həmçinin 2021-ci ilin aprelində Luzun neurodivergent olduğunu da qeyd etmişdir. Luz serialın birinci epizodunda anası tərəfindən yay düşərgəsinə göndərilir, o, burada təsadüfən evin içərisindəki keçid vasitəsilə Qaynamış adalara gedib çıxır. Bu sayədə o, ən yaxşı dostları, qoca ifritə İda və canavara bənzər iblis Kinq ilə tanış olur.
Sulz-Haut-Rin
Sulz-Haut-Rhin (alm. Sulz/Oberelsaß‎) Fransanın şimal-şərqindəki Qrand Estdəki Haut-Rhin departamentində bir kommunadır. Onun sakinləri Soultziens (kişi) və ya Soultziennes (qadın) adlanır. == Coğrafiya == Soultz şəhəri adının qaynaqlandığı duzlu su mənbəyinin ətrafında salınmışdır. == Tarix == Soultzun tarixi 7-ci əsrə gedib çıxır. Sulzanın yazılı adı (duzlu mənbə) 667-ci ilə aid Müqəddəs Odilin atası, Elzas hersoqu Adalrix tərəfindən Ebersmunster monastırına edilən ianədə görünür.
Şlyuz (hidrotexniki qurğu)
Şlyuz, çay və ya kanallarda müxtəlif səviyyələrdəki su yolları arasındakı suyun səviyyəsini dəyişdirərək su nəqliyyatı vasitələrinin qaldırıldığı və endirildiyi bir hovuzdur. Şlyuzlar bir çayda hərəkəti asanlaşdırmaq və ya düz olmayan torpaqların üstündən bir kanal keçirmək üçün istifadə olunur.
Maria Luz insidenti
Maria Luz insidenti (マリア・ルス号事件, Maria-Rusu go Jiken) – 1872-ci ildə çinli işçiləri daşıyan eyniadlı ticarət gəmisinə görə Yaponiya ilə Peru arasında yaşanmış siyasi böhran. Bu insident Yaponiyanın məhkəmə sisteminin müstəqilliyini sınayan ilk hadisə olmuşdur. == Tarix == 9 iyul 1972-ci ildə Makaodan Kalyao şəhərinə gedən və çinli işçiləri plantasiyalara aparmaqda olan Peruya məxsus Maria Luz yük gəmisi təmir məqsədilə Yaponiyanın Yokohama limanına yaxınlaşır. Gəmi Yokohamada lövbər atdıqdan sonra çinli işçilərdən biri göyərtədən tullaraq Britaniyaya məxsus Iron Duke gəmisinə üzür. İngilislər onu yapon rəsmilərinə təslim edəndə çinli fəhlə gəmidə ona çox pis davranıldığı barədə şikayət edir, o və digər 231 çinli işçinin qorunmasını xahiş edir. Gəminin kapitanı Rikardo Herrera yapon rəsmilər tərəfindən çağırılır və çinli fəhlələrə pis davrandığı üçün tənqid edilir. Buna baxmayaraq, başqa bir çinli işçi də gəmidən qaçır və hadisə Britaniyanın Yaponiyadakı konsulu Robert Qrant Uotsonun qulağına çatır. Uotson gəmini ətraflı şəkildə tədqiq edir və hadisənin həqiqiliyini təsdiq edir. O, çinli sərnişinlərə az qala qul kimi davranıldığını müəyyən edir. Uotson Yaponiyanın xarici işlər naziri Soecima Taneomiyə yaxınlaşaraq tədbir görməsini xahiş edir.
Sevgilim, süz (mahnı)
Vil-suz-Anju
Vil-suz-Anju (fr. Ville-sous-Anjou) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russilyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38556. Kommunanın 1999-cu il üçün əhalisi 1009 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 186 ilə 401 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənubda, Qrenobldan 75 km qərbdə yerləşir.
Sen-Marten-de-la-Klüz
Sen-Marten-de-la-Klyuz (fr. Saint-Martin-de-la-Cluze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38115. Kommunanın 2006-cı il üçün əhalisi 617 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 330 ilə 941 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 24 km şimal-qərbdə yerləşir.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albomu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Blyuz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; hokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Kluj
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Luza
Luza — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
İlum
İlum (ing. Ilum) — "Ulduz müharibələri" kainatında uydurma planet. İlum cırtdan planetdən bir qədər kiçik olan astronomik yer cismidir. Kayber-kristall nüvəsi və soyuq iqlimi var, həcminə baxmayaraq planet hesab edilir. İlum arktik planetdir, demək olar ki, bütün planet buz və qarla örtülüdür və buna görə də əksər növlər üçün əlverişsizdir, lakin burada sayıqlığı olmayan canlılar yaşayır. İlumun buzlu səthinin altında kayber-kristallarının yerləşdiriyi bir kristal mağarası var. Bu səbəbdən planet əsrlər boyu ceday ordeni üçün müqəddəs yer olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Ilum — Vukipediya saytında.
İşquz
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. == Skif,sak və massagetlərin Azərbaycana gəlişi == Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
Əruz
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. == Əruz vəzninin yaranması == Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Blui
Blui (ing. Bluey) — 1 oktyabr 2018-ci ildən ABC Kids telekanalında yayımlanan Avstraliya istehsalı məktəbəqədər uşaqlar üçün cizgi serialı. Proqram Co Bramm tərəfindən yaradılıb. Animasiyası Kvinslenddə yerləşən Ludo Studio şirkəti tərəfindən hazırlanmışdır. Serial ilk olaraq ABŞ-də Disney Junior kanalında nümayiş etdirilib və hal-hazırda digər ölkələrdə Disney+ axın platformasından izləmək mümkündür. Serial hər şeyə maraq göstərən canlı və təxəyyüllü insanabənzər bir küçük olan Blui haqqındadır. Blui atası Bandit, anası Çilli və kiçik bacısı Binqo ilə birlikdə yaşayır. Onlar Bluinin yaratdığı əyləncə dolu fantaziya oyunlarında onun macəralarına həvəslə qoşulurlar. Serialda bir-birindən fərqli it cinsinə aid olan personajlar da var. Cizgi serialda ailə münasibətlərinə, böyümə prosesinə və Avstraliya mədəniyyətinin təsvirinə yer verilib.
Kruz
Kruz — soyad. Tom Kruz — tanınmış amerikalı aktyor və film prodüseri. Penelopa Kruz — İspaniya aktrisası və model. Ted Kruz — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator Ulises de la Kruz — Ekvador futbolçusu Covana de la Kruz — Perulu marafonçu.
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.