Sevgilim, süz (mahnı)

Sevgilim, süz — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı "Badə nəbadə" adı ilə də məşhurdur. Mahnının sözləri şair Teymur Məmmədova , musiqisi bəstəkar Vaqif Gərayzadəyə aiddir. Mahnı caz janırındadır. Mahnı ilk öncə "Gəncə Şərab”ın istehsal etdiyi “Sevgilim” şərabının reklam çarxı üçün bəstələnmişdir.[1] Mahnıya klipi rejissor Aqil M. Quliyev çəkmişdir. Klipdə Aygün Kazımovanın stili üzərində azərbaycanlı modelyer Aslan Əhmədov çalışmışdır.[2] 2006-cı ildə mahnını Zülfiyyə Xanbabayeva Sual qrupu ilə birlikdə Aygün Kazımovanın ad günü üçün hazırlamışdılar.

sinql
Sevgilim, süz
İfaçı Aygün Kazımova
Yayımlanıb 2002
Janr caz
Dil azərbaycanca
Müddət 03:51
Bəstəkar Vaqif Gərayzadə
Sözlərin müəllifi Teymur Məmmədov
Prodüser Aygün Kazımova

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Teymur Məmmədov: 17 il əvvəl çəkilən klip uğurlu gizli reklam idi – Video". 2021-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
  2. "Arxivlənmiş surət". 2016-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]