Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şredder
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) — alman siyasətçisi, vəkil. 1998–2005-ci illərdə Almaniyanın federal kansleri.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Georq Engelhard Şreder
Georq Engelhard Şreder ( İsveç; d. 30/31 may 1684, İsveç, Stokholm - ö. 16/17 may 1750, İsveç, Stokholm) — isveçli rəssam. == Həyatı == Şreder Nürnberqdən köç edən Fayt Engelhard Şreder və Lusiya Lindemeyerin övladı olaraq 1670-ci ildə Stokholmda dünyaya gəlib. O, sənət həyatının ilk illərində Devid von Kraftın tələbəsi olaraq bir sıra stüdyo çalışmalarına qatılıb. Daniel von Krafft 1724-cü ildə vəfat etdikdən sonra həmin ilin dekabr ayında İsveç kralı tərəfindən yenidən ölkəsinə gətirilib. İyirimi bir il ərzində Avropanın müxtəlif ölkələrinə səyahət edən Şreder bir müddət Şimali Almaniyada yaşadıqdan sonra İtaliyaya gedib. Venesiyada beş il ərzində Rozalba Karriyera kimi dövrün tanınmış rəssamları ilə birgə işləyib. Romada yaşadığı müddət ərzində Karlo Dolçi, Karlo Maratta, Françesko Trevizani ve bir çox rəssamlardan ilhamlanıb. O, çəkdiyi rəsimlərlə böyük şöhrət qazanaraq Parisə köçüb.
Gerhard Şröder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) — alman siyasətçisi, vəkil. 1998–2005-ci illərdə Almaniyanın federal kansleri.
Serder Serderov
Serder Mukayloviç Serderov — Rusiya futbolçusu, yarımmüdafiyəçi. Xorvatiyanın «İstra 1961 » klubunun oyunçusu. 10 mart 1994-cü ildə Mahaçqala şəhərində anadan olub. == Klub karyerası == Serder ilk dəfə futbolla Mahçaqalanın doğma RSDYŞOR-2 komandasında məşğul olmağa başlamış. Onun ilk məşqçisi Qamal Babayev olmuşdur. Daha sonra "Anji"nin uşaq komandasında oynamışdır. Pyatiqorskidə keçirilən yeniyetmələrin turnirində Serderova MOİK nümayəndələri diqqət yetirmiş və daha sonra komandaya dəvət etmişlər. 15 yaşında komandanın əvəzedici heyətində məşqlərə dəvət olunur. 2010-cu ildə isə Rusiyanın gənclər çempionatında debüt edir. 11 martda Serder «Amkar»la olan oyunun 74-cü dəqiqəsində oyuna çıxımış, ancaq bu komandanın məğlubiyyətdən qurtarmasına kömək ola bilməmişdir.
Şreger xətləri
Şreqer xətləri fil və mamont dişinin üzərindəki kəşişmə hissələrində görünür və mamontlarda iti bucaqdan və müasir fillərdə kor bucaqdan ibarətdir.
Henk Şreyder
Henri R. "Henk" Şreyder (ing. Henry R. "Hank" Schrader) — Vins Qilliqanın yaratdığı "Breaking Bad" teleserialının personajlarından biri. Din Norris tərəfindən canlandırılmış bu personaj DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşıdır. Norris "Ən yaxşısı Sola zəng et" spin-off teleserialında da rol almışdır. == Bioqrafiya == Henri R. Şreyder, serialın baş qəhrəmanı Volter Vaytın arvadının bacısı əridir. O, Albukerkedəki DEA şöbəsinin əməkdaşıdır. Serial boyunca o, Heisenberg adlı narkobaronun axtarışında iştirak edir — əslində onun öz qohumu Volter olduğundan xəbərsizdir. Henk onu tapmaq və həbs etmək üçün xüsusi tədbirlər görür.
Mari Şreyder
Mari Şreyder (qızlıq soyadı: Lambert) — "Breaking Bad" və "Ən yaxşısı Sola zəng et" teleseriallarında görünən personaj. Betsi Brandt tərəfindən canlandırılıb. Onun həyat yoldaşı Henk, bacısı Skayler Vayt, bacısının əri isə Volter Vaytdır. Mari rentgenoloqdur, o, tez-tez mağazalardan oğurluq edir və bunun üçün müalicə alır. O, eqoist və səmimiyyətsiz görünsə də həqiqətən ərini və bacısının ailəsini sevir. Onun geyindiyi paltarlar bənövşəyi rəngin tonlarındadır.
Erix Reder
Erix Yohann Albert Reder (alm. Erich Johann Albert Raeder‎; 24 aprel 1876[…], Vandsbek[d], Hamburq – 6 noyabr 1960[…], Kil) — alman hərb xadimi, qross-admiralı, 1935–1945-ci illərdə Üçüncü Reyxin hərbi-dəniz qüvvələri olan Kriqsmarinenin baş komandanı.
Qreyder
Qreyder və ya avtoqreyder — avtomobil yollarının, aerodrom örtüklərinin salınması, suvarma kanalları və s.-nin çəkilməsi və təmiri zamanı tökülmüş torpağa profil vermək, torpağın və yol inşaat materiallarının yerini dəyişdirmək, yaxud yaymaq üçün özügedən maşın. Əyrixətli profili olan və tam dönən gavahın əsas işlək orqanıdır. Qreyder həmçinin buldozer, yükləyici, qartəmizləyən və s. maşınların avadanlıqları ilə təchiz olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == 'Lembit Juksaar. Lugu Talleksist ja Talleksi erastamisest. — Tallinn, 2012. — том 1, стр.
Render
Render termini kompüter qrafikası sahəsinə aiddir. Bu terminə başqa sözlə vizuallaşdırma da deyilir. Yəni, kompüter qrafika proqramlarında yaradılmış obyekt, obyektlərə verilmiş material, işıq-kölgə, xüsusi effekt və s. kimi elementləri ümumiləşdirilmiş halda görüntüyə gətirir. Misal üçün, 3d studio MAX, Maya, Light wave 3d kimi programlarda yaradılmış obyektlər, işıq-kölgə effektləri və s. kimi başqa elementlər bu proqramların işləməy üçün nəzərdə tutulmuş ekran hissəsində tam şəkildə görünmür. Bunun əsas səbəbi kompüterin real vaxt ərzində bütün bu sadalanan elementləri hesablayıb görüntüyə verə bilməməsidir. Hətta, dünyanın ən güclü prosessorları belə bu funksiyaya malik deyil. Ona görə də bu proqramlarda yaratdığımız səhnələri və verdiyimiz effektləri tam şəkildə görmək üçün, həmin səhnələri render etməyə ehtiyacımız var. Bu zaman kompüterin prossessoru bütün bu effektləri hesablayaraq, onu görüntüyə verir.
Sander
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Serber
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş. Kerber Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit. otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Treyder
Treyder (ing. Trader «tacir, alverçi») — öz təşəbbüsü ilə hərəkət edən və ticarət prosesindən birbaşa qazanc əldə etməyə çalışan tacir. Ümumiyyətlə, birjada qiymətli kağızların (səhmlər, istiqrazlar, fyuçerslər, opsionlar) ticarəti deməkdir. Treyderlərə xarici valyuta (forex) və əmtəə bazarlarında (məsələn, "taxıl alverçisi") treyderlər də deyilir: ticarət treyderlə həm birja, həm də birja olmayan bazarlarda həyata keçirilir. Treyder müştərilərin istəyi və ya onların adından əməliyyat aparan digər treyderlərlə qarışdırılmamalıdır: broker, diler, distribyutor. Treydinq — ticarət treyderin birbaşa işidir: mövcud bazar vəziyyətini təhlil etmək və ticarət müqavilələri bağlamaq. == Treyder növləri == === Mülkiyyət üzrə === Peşəkar treyderlər — maliyyə qurumlarında və ya müəssisələrdə (banklar, sığorta şirkətləri, pay fondları, brokerlər, dilerlər) işləyirlər. Ümumiyyətlə xüsusi bir təhsili və müvafiq fəaliyyət üçün lisenziyası var. Pulla və şirkətlərinin və ya müştərilərinin maraqları naminə əməliyyatlar həyata keçirirlər. Rusiya qanunlarına görə, bu cür treyderlərdən fərdi sertifikatlar tələb olunur (əvvəllər FFMS tərəfindən verilirdi, indi bununla Rusiya Bankı məşğul olur).
Şiələr
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. == Etimologiya == "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Şkoder
Şkoder və ya İşkodra — Albaniyada şəhər. Paytaxt Tirana ilə Şkoderin arası 1,5 saat təşkil edir. Ölkənin ən böyük dağlarından olan Alp dağları Şkoderdə yerləşir. Şəhərin 100 min əhalisi var. Balkanların ən böyük gölü olan Şkoder gölü (və ya Skadar gölü) də bu şəhərdə yerləşir. Gölün yarısı Albaniya, yarısı isə Monteneqro ərazisinə düşür. Osmanlılar bu əraziləri tərk edən zaman Albaniyanın bəzi bölgələri ilə yanaşı gölün də bir hissəsi bu ölkə ərazisində qalıb. Şkoder qalası çox yüksək bir təpə üzərində qurulub. Qalada yerləşən Fatih Sultan Mehmet Məscidi hazırda yararsız haldadır. Qaladan baxdıqda gözəl mənzərələr insanı valeh edir.
Şedevr
Şedevr (fr. chef-d’œuvre - əsas əsər, şah əsər) — qiymətləndirici estetik kateqoriya, nəzərdən keçirilən obyektin müəyyən ən yüksək kamillik dərəcəsinə aid olduğunu bildirir: unikal, təkrarolunmaz, misilsiz sənət və bacarıq nailiyyəti. Şedevrlərə ən çox təsviri sənət və memarlıq əsərləri, daha az isə elm və texnologiya deyilir.
Alfred Kreber
Аlfred Luis Kreber (11 iyun 1876[…], Hoboken, Nyu Cersi – 5 oktyabr 1960[…], Paris) — Amerikalı antropoloq. == Həyatı == Alfred Kreber XX əsrin, Amerikanin böyük antropoloqlarindan biridir. O, 1876-cı ildə alman mühaciri ailəsində anadan olmuşdur. 1896-cı ildə Kolumbiya kollecində (Columbia College) ingilis dilindən bakalavr təhsili alib,1897-ci ildə isə incəsənət üzrə magistr təhsili alib. Ömrünün çoxunu Kaliforniya universitetində çalişib.Antropologiya üzrə professor rütbəsinəcən yüksəlib, Antropologiya muzeyinin direktoru olmuşdur. Doktorluq müdafiəsi isə 1901-ci ildə olub. Elmi rəhbəri Frans Boas idi. Onun müdafiə etdiyi disertasiya Amerikadakı hindular olan "arapaho" tayfalarından bəhs edir. Bu da Kaliforniya universitetində ilk işdir. Alfred Kreber antropologiya ilə o eyni vaxtda arxeologiya ilə də dərindən maraqlanib.Meksikada,Peruda buna aid çoxlu qazıntılar aparib.
Arno Breker
Arno Breker (ing. Arno Breker; 19 iyul 1900[…] – 13 fevral 1991[…], Düsseldorf) — alman heykəltaraşı, qrafik və memar. Faşist Almaniyasında ictimai əsərləri ilə tanınan ən yaxşı alman memarı və heykəltaraş idi. == Həyatı == Heykəltəraş olan qardaşı Hansla (1906–93) birlikdə atasından (daşyonan) dərs almış, sonra Düsseldorf Rəssamlıq Akademiyasında (1920–25) oxumuşdur. 1927–33-cü illərdə Parisdə işləmişdir; yaradıcılığına O. Rodenin təsiri olmuş, K. Brınkuşi, E.A. Burdel, A. Mayol, J. Kokto və b. ilə dostluq etmişdir. 1933-cü ildə İtaliyada olmuş, antik heykəltaraşlığı və Mikelancelo yaradıcılığını öyrənmişdir. V.K. Rentgen (Remşaydda, 1930) və H. Heynenin (eskiz 1932, 1982-ci ildə Düsseldorfda qoyulmuşdur) abidələrinin müəllifidir. == Fəaliyyəti == 1936-cı ildə Berlində Olimpiya stadionu üçün heykəllər işləmişdir. Breker Üçüncü reyx incəsənətinin əsas fiqurlarından olmuşdur.
Ağbulaq (Sərdar)
Ağbulaq-Sərdar — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Bulbophyllum siederi
Bulbophyllum siederi (lat. Bulbophyllum siederi) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Danik Snelder
Danik Snelder (d. 22 may 1990) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Danik Snelder Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.