Şkoder


Şkoder və ya İşkodraAlbaniyada şəhər.

Şkoder
Bayraq Gerb
Bayraq Gerb
42°04′ şm. e. 19°30′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 872,612 km²
Mərkəzin hündürlüyü 13 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 76.000 nəf. (1 oktyabr 2011)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +355 22
Poçt indeksi 4001–4007
Digər
bashkiashkoder.gov.al
Xəritəni göstər/gizlə
Şkoder xəritədə
Şkoder
Şkoder
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paytaxt Tirana ilə Şkoderin arası 1,5 saat təşkil edir. Ölkənin ən böyük dağlarından olan Alp dağları Şkoderdə yerləşir. Şəhərin 100 min əhalisi var. Balkanların ən böyük gölü olan Şkoder gölü (və ya Skadar gölü) də bu şəhərdə yerləşir. Gölün yarısı Albaniya, yarısı isə Monteneqro ərazisinə düşür. Osmanlılar bu əraziləri tərk edən zaman Albaniyanın bəzi bölgələri ilə yanaşı gölün də bir hissəsi bu ölkə ərazisində qalıb. Şkoder qalası çox yüksək bir təpə üzərində qurulub. Qalada yerləşən Fatih Sultan Mehmet Məscidi hazırda yararsız haldadır. Qaladan baxdıqda gözəl mənzərələr insanı valeh edir. Drina çayı Makedoniya Respublikası ərazisindən, daha dəqiq desək, Ohri gölündən başlayır, ordan Kosovo ərazisinə daxil olur və burdan qonşu Albaniya ərazisinə keçir və burada Buna çayı ilə birləşir. Qaladan baxdıqda bu iki çayın bir-biriylə birləşdiyi nöqtəni izləyə bilərsiz. Çaylar birləşdikdən sonra Buna çayı olaraq davam edir və 40 km məsafə qət etdikdən sonra Adriatik dənizinə tökülür. Sonuncu Osmanlı paşası Həsən Rza Paşanın məzarı bu şəhərdə yerləşir. Məzar daşının üzərindəki yazılar alban dilində yazılıb: "Şkoderdə Osmanlı ordusunun komandanı, dövrünün böyük əsgəri, qəhrəmanı Həsən Paşaya Albaniyadan və alban xalqından böyük hörmət var". Həsən Rza Paşanın atası da Bağdad valisi olub. Özü isə Şimali Albaniyanın valisi olub.

Əbu Bəkir məscidi Albaniyada yeni inşa olunmuş məscidlərdən biridir. Türkiyədən sonra Balkanlarda ən böyük məscid olaraq bilinir. Şkoder əhalisinin 60 faizi müsəlmanlardır. Şkoder eyni zamanda katolik albanların daha sıx məskunlaşdığı şəhərlərdən biridir. Bu şəhərdəki katolik kilsəsi 1850-ci ildə Osmanlılar tərəfindən tikilib. Ənvər Hoca dövründə kilsə idman zalı olaraq istifadə edilib. Kilsə Albaniyadakı ən böyük katolik kilsəsidir. Albaniyanın şimalında katoliklər, cənubunda isə provaslavlar yaşayırlar. Müsəlmanlar isə ölkənin bütün bölgələrinə yayılıb.

  1. Brinkhoff T. Albania: Prefectures and Major Cities - Population Statistics, Maps, Charts, Weather and Web Information.