Georq Engelhard Şreder ( İsveç; d. 30/31 may 1684, İsveç, Stokholm - ö. 16/17 may 1750, İsveç, Stokholm)[1][2] — isveçli rəssam.
Georq Engelhard Şreder | |
---|---|
Georg Engelhard Schröder | |
Doğum tarixi | |
Doğum yeri | İsveç, Stokholm |
Vəfat tarixi | |
Vəfat yeri | İsveç, Stokholm |
Milliyyəti | isveçli |
Vətəndaşlığı | İsveç |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Təsirlənib | Karlo Dolçi, Karlo Maratta, Françesko Trevizani |
Vikianbarda əlaqəli mediafayllar |
Şreder Nürnberqdən köç edən Fayt Engelhard Şreder və Lusiya Lindemeyerin övladı olaraq 1670-ci ildə Stokholmda dünyaya gəlib. O, sənət həyatının ilk illərində Devid von Kraftın tələbəsi olaraq bir sıra stüdyo çalışmalarına qatılıb. Daniel von Krafft 1724-cü ildə vəfat etdikdən sonra həmin ilin dekabr ayında İsveç kralı tərəfindən yenidən ölkəsinə gətirilib. İyirimi bir il ərzində Avropanın müxtəlif ölkələrinə səyahət edən Şreder bir müddət Şimali Almaniyada yaşadıqdan sonra İtaliyaya gedib.
Venesiyada beş il ərzində Rozalba Karriyera kimi dövrün tanınmış rəssamları ilə birgə işləyib. Romada yaşadığı müddət ərzində Karlo Dolçi, Karlo Maratta, Françesko Trevizani ve bir çox rəssamlardan ilhamlanıb. O, çəkdiyi rəsimlərlə böyük şöhrət qazanaraq Parisə köçüb. Uzun müddət Fransada qalmayan Şreder buradan Londona gedərək Qodfri Kneller ilə birgə çalışıb.
Georq Engelhard Şreder 1727-ci ildə Anna Birgitta Sporing ilə evlənib. İsveç kralı Fridrixin icazəsi ilə kraliça Ulrika Eleonoranın portretini çəkib. 1745-ci ildə Hofintendantenə təyin edildikdən sonra bir çox portret sifarişi alıb və beləliklə böyük bir sərvətə sahib olub. Əksərən italyan təsiri altında olan Şreder 16/17 may 1750-ci ildə Stokholmda vəfat edib.
Arvid Horn, I Frederik, Aksel Cillenkrok, Nils Keder, Marten Triyevald, Maqnus Stenbok, Mustafa ağa və Mehmet Səid Paşa portlertlərini çəkmişdir.