Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ege Tanman
Ege Tanman (türk. Ege Tanman; 26 fevral 1998, Bursa) — Türkiyə aktyoru.
Ege Universiteti
Egey Universiteti — 1955-cı ildə yaradılan, Türkiyənin qabaqda gələn universitetlərindən biri. 2016-ci ildə açıqlanan məlumatda , dünyanın ən yaxşı universitetləri arasında 482-ci olmuşdur.
EDE
EDE (Equinox Desktop Environment) – UNIX-ə bənzər əməliyyat sistemləri üçün kiçik iş masası mühiti. Yığcamlığı, sürətliliyi, asanlığı və sadəliyi ilə fərqlənir. Bu iş mühiti Microsoft Windows interfeysinin standart görünüşünü çox xatırladır.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Uge
Uge xan — 839-cu ildə Külüg Bəyin intiharından sonra 13 sərkərdə tərəfindən xan seçilmişdi. Həmin il 100.000 Yenisey qırğızı Are xanın (阿熱) başçılığı ilə Ordu Balıq şəhərini ələ keçirdi və yandırdı. Uyğurlar Uge xanın başçılığı ilə cənuba köçdülər. == Köç == Uyğurların köçə məcbur olması Çini narahat edirdi. Txyan-Te qalasını mühasirəyə alan uyğurlar çinlilərin elçilərini qəbul etmədilər. İmperator uyğurların köçündən qorxurdu. 841-ci ildə xaqan Şofan başda olmaqla onlarla Çin şəhərini yağmaladı və yürüşünə davam etdi. Xaqanın 100.000 əsgəri var idi. Lumunşan dağı yaxınlığında 30.000 əsgərdən 4 aymak da ona qoşuldu. 841-ci ildə Uyğur ordusunda sərkərdə olan Külüg Bəyin qardaşı Umus Çin ordusunda fəaliyyət göstərməyə başladı və Li Sişonq adını aldı.
Əqd
Əqd — mülki hüquq elminə görə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına yönələn birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradənin ifadəsi. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; əqd hüquqauyğun hərəkətdir; əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Əqd fiziki və hüquqi şəxslərin mülki hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir, qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ qazanır. Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qonşuya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir.
Əşə
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Alter Ego
Alter Ego (azərb. Digər Mən‎) — Kiprin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Minus One qrupu "Alter Ego" mahnısı ilə Kipr adasını İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı qrupun 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.
Alter eqo
Alter eqo (azərb. başqa bir mən‎) — həqiqi və ya alternativ uydurma insan şəxsiyyəti. Latınca bir termin olan "alter ego" anlayışına son illərdə filmlərdə, kitablarda daha çox rast gəlinir. Alter eqo çox zaman eqo anlayışıyla qarışdırılsa da mənası çox fərqlidir. Eqo sözünün əvvəlinə artırılan "alter" ifadəsi "bir başqası" mənasını verir. Bu "Mənim içimdə bir mən var, məndən başqa" kimi izah edilə bilər. Alter eqo şəxsin öz şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ şəxs mənasına gəlir. == Yaranması == Bu termini ilk dəfə Kitiyalı Zenon işlətmişdir. "Alter eqo" adı isə XIX əsrin əvvəllərində psixoloqlar tərəfindən təsdiqləndi və geniş işlənməyə başlandı.
Anuk Eme
Anuk Eme (fr. Anouk Aimée; 27 aprel 1932[…], Paris, Fransa) — Fransa aktrisası. == Həyatı == Anuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi aktyor ailəsində tərbiyə almışdır. O, "Bauer-Therond" dram məktəbində aktyorluğu və rəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.
Ece Seçkin
Ece Seçkin (12 sentyabr 1991, İstanbul) — Türkiyə müğənnisi. Krım tatarı olan ailədə anadan olmuşdur. == Həyatı == === Karyera həyatı === Ece Seçkin 1991-ci il sentyabrın 12-də İstanbulda Krım tatar ailəsində anadan olub. Musiqi həyatına 3 yaşında piano müəllimi olan anası Lalə Seçkinlə başlayıb. Musiqi təhsilini fortepiano və solfecio üzrə davam etdirərkən, 1998-ci ildə konservatoriya imtahanında birinci yerlə fortepiano şöbəsini qazanıb. Musiqiyə olan həvəsi ilə yanaşı, Filiz Coşkunerdən balet dərsləri alıb, 8 ilə yaxın balet və rəqs məşqlərini davam etdirib. Orta məktəb illərində qurduğu musiqi qrupunun solisti olmağa başlayıb. Məktəb illərində qatıldığı müxtəlif musiqi yarışmalarında fərqlənən Ece Seçkin 2006-cı ildə Levent Arslandan fərdi müğənnilik dərsləri almağa başlayıb. 2010-cu ildə musiqiyə qarşı çox uzaq bir seçim edərək Baxçaşəhər Universitetinin Hüquq fakültəsinə daxil olub. 2011-ci ildə Ozan Doğulu ilə tanışması onun musiqi həyatında dönüş nöqtəsi olub.
Eda Ece
Eda Ece (20 iyun 1990, İstanbul) — Türk aktrisa == Həyatı == Şişli Terakki Liseyini, daha sonra İstanbul Bilik Universitetinin Psixologiya Bölməsini bitirmişdir. 3 qızı olan ailənin kiçiyidir. 2011-ci ildə Show TV-də yayımlanan Pis Yedili serialındakı ilk baş rolluğu ilə tanındı. 2013-cü ildə Qızım Üçün filmində oynadı. TRT 1-də yayımlanan Məni Belə Sev serialının yeni mövsümündə Zeyno obrazı ilə seriala çəkildi. 2015-ci ildə Ərin qədər danış filmində oynadı və Münasibət Vəziyyəti: Qarışıq serialında rol aldı. 2016-cı ildə Ərinizlə danışın: Diriliş filmində və Baldız filmində rol aldı. Məhrumlar televiziya filmində rol aldı və 2017-ci ildə Dədə Qorqud hekayələri: Dəli Dumrul filmində rol aldı. Qadağan Alma serialında baş rol oynayıb.
Edge (jurnal)
Edge — "Future Publishing" müəssisəsi tərəfindən oktyabr ayında 1993-cü ildə nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniya jurnallarından biridir. Jurnalda hər il müxtəlif mükafatlar təqdim edilir. "Edge" jurnalında çox az oyunlara böyük resenziya verilmişdir. Böyük resenziya verilənlər içərisində "Mario" video oyunları xüsusilə seçilir.
Edge Extended
Eger-Yurd
Eger-Yurd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Coğrafiyası və iqlimi == Egeryurd Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2167 m. Oronim haqqında tədqiqatçıların bir qismi xalq etimologiyasına əsaslanaraq belə ehtimal edirlər ki, dağ uzaqdan at yəhərinə oxşadığına görə Yəhərdağ adlanmış, rusdilli xəritələrdə isə təhrif olunaraq Eqeryurd kimi qeydə alınmışdır. Tədqiqatçıların digər qismi isə bu fikirdədir ki, toponim qədim türk dillərindəki eqer (yayda ev heyvanlarının saxlandığı düşərgə) və yurd komponentlərindən düzəlib, elatların yaylaq yurdları ilə bağlı yaranmış coğrafi adlardandır.
Egey Universiteti
Egey Universiteti — 1955-cı ildə yaradılan, Türkiyənin qabaqda gələn universitetlərindən biri. 2016-ci ildə açıqlanan məlumatda , dünyanın ən yaxşı universitetləri arasında 482-ci olmuşdur.
Egey dənizi
Egey dənizi (türkcə:Ege Denizi, ) ya da Adalar dənizi(türk. Adalar Denizi) — Balkan və Anadolu yarımadaları arasında, Aralıq dənizinə bağlı bir dənizdir. Mərmərə dənizi və Qara dənizdən Çanaqqala və İstanbul boğazları ilə ayrılan dənizin cənub sərhədləri qaralarla çəkilmiş olmaqla bərabər, şimal sərhədlərini Yunanıstana bağlı adalar olan Rodos və Krit adalarına çəkir. Boğazları: Dardanel, Kafirefs boğazı, Evrip boğazı.
Egey mədəniyyəti
Egey mədəniyyəti—Tunc dövrü sivilizasiyasının ümumi adı. == Krit-Mikena mədəniyyəti == Qədim Yunan bədii mədəniyyəti üç əsas mənbədən qidalanır. Egey dənizinin adasında yerləşən əhalinin qədim krit-miken incəsənəti. Bu özünü zəngin arxitekturaya malik olan Krit, Mikena və Tirinf iqamətgahlarında göstərir, həmçinin rəsmlərində, keramika və qızıl əşyalarında büruzə verirdi. Aralıq dənizi sahilindəki Kiçik Asiya və Finikiyalılar tərəfindən daxil olan kompozisiyalı arxitektura, Qədim Misirin incəsənəti də güclü təsir göstərirdi. Dori tayfalarının incəsənəti. Şimaldan gələn Dori tayfalarının incəsənəti və özləri ilə gətirdikləri həndəsi üslubda Yunan mədəniyyətinə təsir göstərir.Öz inkişaf tarixində Qədim Yunan mədəniyyəti bir neçə mərhələdən keçib. Bunlardan birincisi Krit-Miken mədəniyyətidir. Yunan ərazisindəki qədim sivilizasiya tədqiqatçılar tərəfindən Krit-Miken mədəniyyəti adını almışdır. Bu ad Krit adaları və materik Yunanıstanı ərazisindəki Miken şəhəri ilə əlaqədardır.
Egey regionu
İzmir ili
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Ene Erqma
Ene Erqma (est. Ene Ergma 29 fevral 1944, Rakvere) — Estoniyalı astrofizik və siyasətçi, Estoniya Elmlər Akademiyasının üzvü. 2003-2006 və 2007-2014-cü illərdə Riyqikoqunun (Estoniya Parlamenti) sədri olmuşdur. 2007-ci ilin may ayından Vətən Birliyi və Res Publica partiyası sədrinin müavinidir. == Təhsili == Ene Erqma Vilyandi şəhərində yerləşən yerləşən K. R. Yacobson adına (1962) liseyi bitirmişdir. Tartu Universitetinin Fizika şöbəsində (1962-1964) təhsil alır. 1969-cu ildə Moskva Dövlət Universitetinin Fizika fakultəsinin Astronomiya şöbəsini bitirib. Orada fizika-riyaziyyat elmləri namizədi adını alır (1972) və 1984-cü ildə "Ulduz təkamülünün son mərhələlərində termoyadro yanacağının qeyri-sabit yanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. == Elmi karyerası == Erqma Estoniya SSR Elmlər Akademiyasının Astronomiya İnstitutunda kiçik elmi işçi (1972-1974), daha sonra böyük elmi işçi, elmi katib, SSRİ Elmlər Akademiyası Astronomiya İnstitutunda elmi məsləhətçi (1974-1988) işləmişdir. 1988-1992-ci illərdə Tartu Universitetinin nəzəri fizika və astrofizika kafedrasının professoru, 1992-1998-ci illərdə nəzəri fizika institutunun müdiri olmuşdur.
Eqer qalası
Eqri qalası (macar: Egri vár) — müasir Macarıstanın şimalında Eger (alm: Erlau, lat: Agria) şəhərində yerləşən Osmanlı qalasıdır. Qala 1552-ci ildə qalanı mühasirəyə alan Osmanlı ordusuna qarşı müdafiəsi ilə tarixi əhəmiyyət kəsb edir. Eqri qalası ilk dəfə 1552-ci ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınmış və ağır itkilərdən sonra mühasirə dayandırılmışdır. 1596-cı ildə yenidən mühasirəyə alınan qala bu dəfə qısa bir mühasirədən sonra 12 oktyabr 1596-cı ildə Osmanlılar tərəfindən ələ keçirilir. 90 il vilayət mərkəzi olaraq fəaliyyət göstərən qala, II Vyana mühasirəsindən və 1686-cı ildə Lotaringiya hersoqu V Karlın Budini ələ keçirməsindən sonra 1687-ci ildə Habsburq oordusu tərəfindən qala yenidən tutulmuşdur.
Eqle Qabrenayte
Eqle Qabrenayte (24 sentyabr 1950, Moskva, RSFSR, SSRİ) — Litva altrisası. == Həyatı == Eqle Qabrenayte 24 sentyabr 1950-ci ildə Moskvada anadan olmuşdur. 1972-ci ildə Litva konservatoriysının "Aktyorluq" fakültəsini bitirmişdir. 1972-1990-cı illərdə Litava Dövlət Dram Teatrında işləmişdir. 1990-cı ildə Vilnüs Kiçik Teatrının aktrisasıdır.
Eqq adası
Eqq adası (ing. Egg Island, aleut. Ugalĝa;) — Aleut adaları qrupuna, Foks adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı ərazisinə daxildir. Unalaşka adasının şərq ucunda və Sedanka adasının şimal-şərq ucundan çox uzaqda yerləşir. Aleut adalarının ən şərq adasıdır. Ada 1.259 km² ərazini əhatə edir və yaşayış yoxdur. Onun əsl adı leytenant Qavril Sarıçev tərəfindən verilmiş Yaiçnı (Yumurtalı) adı olur. Çağdaş ada rus dilindən tərcüməsidir. Onun indiki adı İmperator Rusiya Hərbi Dəniz Qüvvələrinin leytenantı Qavril Sarıçev tərəfindən verilmiş rus adının tərcüməsidir.
Eqən (İşembay)
Eqən (başq. Егән, rus. Зигановка) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Makarov kənd şurasının tərkibindədir. == Küçələri == Bereqovaya Reçnaya Sentralnaya == Qonşu kəndlər == Yaxınlıqda yerləşən kəndlər: Bereqovka, İvanovka, Makarov (7 km). == Təhsil == Uşaqlar Makarov orta məktəbində təhsil alır.
Аpе
Ape (latış. ‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). == Coğrafiyası == Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. == Tarixi == Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.