Ene Erqma (est. Ene Ergma 29 fevral 1944, Rakvere) — Estoniyalı astrofizik və siyasətçi, Estoniya Elmlər Akademiyasının üzvü. 2003-2006 və 2007-2014-cü illərdə Riyqikoqunun (Estoniya Parlamenti) sədri olmuşdur. 2007-ci ilin may ayından Vətən Birliyi və Res Publica partiyası sədrinin müavinidir.
Ene Erqma | |
---|---|
est. Ene Ergma | |
Doğum tarixi | 29 fevral 1944 (80 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | fizik, siyasətçi, astronom |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Ene Erqma Vilyandi şəhərində yerləşən yerləşən K. R. Yacobson adına (1962) liseyi bitirmişdir. Tartu Universitetinin Fizika şöbəsində (1962-1964) təhsil alır. 1969-cu ildə Moskva Dövlət Universitetinin Fizika fakultəsinin Astronomiya şöbəsini bitirib. Orada fizika-riyaziyyat elmləri namizədi adını alır (1972) və 1984-cü ildə "Ulduz təkamülünün son mərhələlərində termoyadro yanacağının qeyri-sabit yanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
Erqma Estoniya SSR Elmlər Akademiyasının Astronomiya İnstitutunda kiçik elmi işçi (1972-1974), daha sonra böyük elmi işçi, elmi katib, SSRİ Elmlər Akademiyası Astronomiya İnstitutunda elmi məsləhətçi (1974-1988) işləmişdir. 1988-1992-ci illərdə Tartu Universitetinin nəzəri fizika və astrofizika kafedrasının professoru, 1992-1998-ci illərdə nəzəri fizika institutunun müdiri olmuşdur. Ene Erqmanın elmi karyerasının zirvəsi Estoniya Elmlər Akademiyasının vitse-prezidenti postu polmuşdur (1999-2004).
Ene Erqma Estoniya Ensiklopediyası TEA (2008) redaksiyası heyətinin üzvüdür.
2002-ci ildə "Res Publica" partiyasına qoşulur. 2003-cü ildə Estoniyanın X çağırış parlamentinə deputat seçilir. 11-ci və 12-ci çağırışlarda da millət vəkili seçilir. Son ikisində parlamentin sədri kimi fəaliyyət göstərir. 2006-cı ildə prezidentliyə namizəd olur. Estoniya parlamentinin səslərinin 2/3 hissəsini qazana bilmədən məğlub olur. 2007-ci ildən Vətən Birliyi və Res Publica Partiyası sədrinin müavinidir.