Edge Extended

Edge (azərb. Kənar‎) — "Mobigame" tərəfindən "iOS" qurğuları üçün hazırlanan və nəşr olunan pazl video oyunu. Oyunçuya verilən tapşırıq diyirlənən bir kubu labirintəbənzər səviyyələrdən keçirmək və hədəfə çatmaqdır. İlkin olaraq, 2008-ci ilin dekabr ayında "App Store" virtual mağazasında satışa çıxarılan oyun bir neçə dəfə oradan silinib və ora yenidən yerləşdirilib. Buna səbəb "Edge Games" studiyasının qurucusu Tim Lanqdellin oyunun başlığının "Edge" olması barədə müəllif hüququları pozuntusu üzrə olan şikayətləridir. Bu oyunun qısa bir müddət "Edge by Mobigame" və "Edgy", daha sonra 2010-cu ilin yanvar ayında "App Store" virtual mağazasına orijinal adıyla qayıtmasına gətirib-çıxarmışdır. Oyun sonralar müxtəlif platformalarda buraxılmışdır – mobil telefonlar, PlayStation Portable, Windows, Mac OS X, Linux, Android, Wii UNintendo 3DS.

Edge
"Edge" video oyununun applikasiya ikonası
"Edge" video oyununun applikasiya ikonası
Hazırlayan Mobigame
Yayımlayan Mobigame
Buraxılış tarixi
Janrlar
Dizaynerlər
  • Matye Malo
Proqramçılar
  • David Papazyan
Rəssamlar
  • Matye Malo
Bəstəkarlar
  • Romen Qotye
  • Simon Perin
  • Riçard Malo
  • Jeremi Perin
  • Matye Malo
Texniki məlumat
Platforma Android, Linux, Microsoft Windows, macOS, İOS, PlayStation 3
Oyun rejimi birnəfərli oyun
İnterfeysin dili ingilis dili[1], fransız dili[1], alman dili[1], italyan dili[1], ispan dili[1], Niderland dili[1], Çex dili[1], Fin dili[1], Polyak dili[1], portuqal dili[1], türk dili[1]
Daşıyıcı rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d]
İdarəetmə sensor ekran
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Edge" tənqidçilərdən müsbət rəylər almışdır. Onlar oyunun minimalist səviyyə dizaynını və çiptyun saundrekini tərifləmişdir. Oyun həmçinin, Ən yaxşı mobil oyun üzrə Milton mükafatı, V Beynəlxalq Mobil Oyun Mükafatlarında iki kateqoriya və üç Müstəqil Oyunlar Festivalı kateqoriyaları üzrə nominasiya daxil olmaqla bir neçə mükafata layiq görülmüşdür. "Edge Extended" adlı içində yeni səviyyələr, yeni musiqilər, yeni üçölüçülü mühərrik və yeni süni intellektdən istifadə edən qaranlıq kub rəqibi olan bir genişləndirmə buraxılışdır. Bu genişləndirmə 25 avqust 2011-ci il tarixində iOS qurğuları, 27 yanvar 2012-ci il tarixində isə Android qurğuları üçün müstəqil bir applikasiya olaraq buraxılmışdır. "Two Tribes" bu genişləndirməni orijinal oyunun Mac OS X, LinuxWindows versiyaları üçün endirilə bilən məzmun kimi buraxmış və daxilində orijinal oyunun Wii UNintendo 3DS versiyalarını daşıyırdı.

Geympley[redaktə | mənbəni redaktə et]

Oyunun iOS buraxılışındakı geympleyi və kənarda sallanmaq.

"Edge" isometrik perspektivə malik bir platforma pazl video oyunudur.[2] Oyunçu bir kubu onun üzlərini müəyyən bir istiqamətə "diyirləndirərək" hərəkət etdirir. Kub onun hündürlüyündə olan pillələri dırmaşa bilir. Oyunçu böyük dəliklərin üzərindən keçmək üçün kubu divarın və ya boşluğun kənarında tənzimləyərək müəyyən kənarlardan sallanaraq keçə bilər. Verilən tapşırıq kubu labirintəbənzər səviyyələrdən keçirmək və hədəfə çatmaqdır. Səviyyələr platformalardan, hərəkət edən bloklardan, dəyişdirmə açarlarından və toplanıla bilən prizmalardan ibarətdir.[3] Hər hansı bir səviyyəni tamamladıqdan sonra oyunçu tamamlama müddəti, toplanılan prizmaların sayı və kubun oyun xəritəsindən neçə dəfə düşdüyünə əsaslanaraq hesablanan bir performans dərəcəsi əldə edir.[4] Bir səviyyədə bütün prizmaları toplayan və o səviyyəni tez tamamlayan oyunçu xüsusi bir dərəcə alır.[2] Oyunçu səviyyə tamamlama müddətini kubu uzun bir müddət labirintin kənarlarından və çıxıntılarından sallayaraq azalda bilər. Oyunun smartfon versiyaları üç idarəetmə sxema təqdim edir. Onlar – barmaqları ekran boyunca sürüşdürmək (defalt sxema), ekran üzərindəki butonlara basmaq və son olaraq, smartfonu çevirmək.[2][3] Oyunda 45 əsas səviyyə və 3 kilidi açıla bilən bonus səviyyə var. Bütün 48 səviyyənin hamısını tamamladıqdan sonra turbo rejiminin kilidi açılır. Bu rejim səviyyələrin daha sürətli tempdə davam etməsinə səbəb olur.[5][6]

"Edge Extended" oyuna 48 yeni səviyyə və yeni xüsusiyyətlər əlavə edir. O, turbo rejimini ruh rejimiylə dəyişir. Bütün səviyyələr tamamlandıqdan sonra ruh rejimi vasitəsilə oyunçu ruh formasında olan əvvəlki oyunkeçmələriylə yarışa bilər. "Edge Extended" həmçinin, oyuna süni intellektdən istifadə edən, oyunçunun yolunu kəsərək və ya dəyişdirmə açarlarını işə salaraq onu müvəffəqiyyətsizliyə uğratmağa çalışan qaranlıq bir kub təqdim edir.[6]

İstehsal və buraxılış[redaktə | mənbəni redaktə et]

"Edge" iki nəfərdən ibarət bir komanda – David Papazyan və Matye Malo tərəfindən hazırlanmışdır. Onlar birlikdə "Mobigame" adıyla tanınırlar. Oyuçunun bir kubu diyirlədiyi oyunun başlıca konsepsiyası Malonun ağlına 2004-cü ildə gəlmişdir. Oyunun istehsal prosesinə 2006-cı ildə start verilmişdir.[7] Papazyan oyunu proqramlaşdırmış, Malo isə oyunun rəssamı və geymdizayneri kimi fəaliyyət göstərmişdir.[8] Oyunun bəstəkarları Romen Qotye, Simon Perin, Riçard Malo, Jeremi Perin və Matye Malo idi.[9] Komandanın ilkin niyyəti mobil platformalara həsr edilmiş bir oyun istehsal etmək idi. İlkin buraxılışından sonra "Mobigame" oyun üçün klaviaturacoypad dəstəyini nəzərə almışdır. Onlar bir neçə ay ərzində pulsuz yeniləmələr vasitəsilə oyundakı səviyyələrin sayını 26-dan 46-ya qaldırdılar.[7] Oyunun "Apple App Store" virtual mağazasına qayıtmasından çox keçməmiş "Mobigame" onun qrafikalarını təkmilləşdirdi. Onlar oyunu "Retina" displeyə və "iPad" qurğusunun daha böyük olan ekranına uyğunlaşdırmışdır.[10]

Müəllif hüquqları[redaktə | mənbəni redaktə et]

"Edge" orijinal olaraq, 2008-ci ilin dekabr ayında satışa çıxarılmışdır,[11] fəqət bir neçə ay sonra "Edge Games" studiyasının prezidenti Tim Lanqdell tərəfindən irəli sürülən müəllif hüquqları pozuntusu iddialarına görə 2009-cu ilin may ayında "App Store" virtual mağazasından çıxarılmışdır. Lanqdellin "Edge" sözü üzrə əmtəə nişanının özünün sahibləndiyii barədə irəli sürdüyü bir neçə hüquqi iddiaların birində o, oyunun əldə etdiyi mənfəəti bölüşməyi təklif etmişdir, lakin bu təklif "Mobigame" tərəfindən rədd edilmişdir.[12] "Mobigame" studiyasının vəkilləri Lanqdellin ticarət nişanının qanuni bir gücə malik olması və Lanqdellin iddia edilən kommunikasiyalarının detalları üzrə diskussiya aparmışdır.[13] Baxmayaraq ki, Lanqdellə bir razılığa gəlinməyib, oyun beş ay sonra "App Store" virtual mağazasına "Edge by Mobigame" adı altında qısa bir müddətə qayıtmışdır,[14] ancaq bir ay sonra "Apple" onu yenidən öz virtual mağazasından çıxarmışdır.[15][16] "Edge" 2009-cu ilin dekabr ayında "App Store" virtual mağazasına "Edgy" adı altında qayıtmışdır.[17] Buna baxmayaraq, "Mobigame" oyunu virtual mağazadan çıxarmışdır, çünki onlar qorxurdular ki, Lanqdell "Electronic Arts" şirkətinə qarşı apardığı hüquqi döyüşü buna bir presedent kimi göstərəcək.[18] 2010-cu ilin yanvar ayında "Edge" orijinal adıyla Birləşmiş ŞtatlarBirləşmiş Krallıqdan başqa digər bütün ölkələrdə yenidən satışa çıxarılmışdır. Oyun bir neçə ay sonra ABŞ-da fəaliyyət göstərən "App Store" virtual mağazasında satışa çıxarılmışdır.[19]

Əlavələr və portlar[redaktə | mənbəni redaktə et]

"Mobigame" oyun üçün "Edge Extended" adlı bir genişləndirmə buraxmışdır. "Edge Extended" iOS qurğuları üçün 25 avqust 2011-ci il tarixində və Android qurğuları üçün 27 yanvar 2012-ci il tarixində müstəqil şəkildə buraxılmışdır.[20][21] "Edge Extended" ikiölçülü mühərriki üçölçülü emal prosesi təqdim edə bilən orijinal "Edge" oyunundan fərqli olaraq, yeni üçölçülü bir qrafika mühərrikindən istifadə edirdi və "Retina" displeyi, eləcə də iPad 2 ekranı üçün optimallaşdırılmışdı. 2013-cü ildə həm "Edge", həm də ki "Edge Extended" genişformatlı ekran dəstəyi əldə etmişdir.[22]

"Connect2Media" 17 dekabr 2009-cu il tarixində oyunu Avropada mobil telefon versiyalarına portlaşdırmışdır.[23] "Mobigame" oyunu 2 dekabr 2010-cu il tarixində PAL regionunda, 20 sentyabr 2011-ci il tarixində isə Şimali Amerikada PlayStation Network şəbəkəsinə "PlayStation minis" oyunlar qrupunun bir parçası olaraq portlaşdırmışdır.[24][25] "Two Tribes" 11 avqust 2011-ci il tarixində oyunu "Steam" virtual mağazasına, 19 avqust 2011-ci il tarixində isə "Mac App Store" virtual mağazasına portlaşdırmışdır.[26][27] Bunun Android versiyası ilk "Android Humble Indie Bundle" olaraq 3 fevral 2012-ci ildə buraxılmışdır.[28]

"Two Tribes" oyunun WindowsWii U versiyalarını özü, Nintendo 3DS versiyasını isə "Cosmigo" ilə birlikdə istehsal etmişdir. "Two Tribes" oyunun orijinal çevirmə və toxunaraq idarəetmə sistemlərini klaviatura və analoq çubuqları idarəetmə sistemlərinə çevirmişdir. Buna əlavə olaraq, "Two Tribes" oyun üçün bonus səviyyələr, yeni nailiyyətlər, yeni liderlər lövhəsi və ekran dəqiqlik nizamlamaları yaratmışdır.[29] Oyunun həm Wii U, həm də ki Nintendo 3DS versiyaları oyunun orijinal, "Edge Extended" və Windows versiyalarından səviyyələri təşkil edir.[30] "Two Tribes" "Edge Extended" genişləndirməsini orijinal oyunun Windows və Mac OS X buraxılışları üçün bir endirilə bilən məzmun kimi 28 avqust 2011-ci il tarixində portlaşdırmışdır.[31][32] "Two Tribes" daha sonra həm "Edge" oyununu, həm də ki "Edge Extended" genişləndirməsini Wii U və Nintendo 3DS üçün müstəqil buraxılışlar olaraq portlaşdırmışdır. Onun Wii U versiyası 21 noyabr 2013-cü il tarixində, Nintendo 3DS versiyası isə 21 noyabr 2013-cü il tarixində buraxılmışdır.[33][34]

Oyunu orijinal saundtreki 13 mart 2009-cu il tarixində buraxılmışdır.[9]

Qəbul[redaktə | mənbəni redaktə et]

Tənqidçilərin mövqeyi[redaktə | mənbəni redaktə et]

Yekun xal
Oyun GameRankings Metacritic
Edge 88% (iOS)[35]
85% (PSP)[36]
73% (PC)[37]
79% (WiiU)[38]
-
-
74/100 (PC)[39]
79/100 (WiiU)[40]
Edge
Extended
94% (iOS)[41] 91/100 (iOS)[42]

"Edge" video oyunu 2008-ci ildə keçirilən Paris Oyun Festivalında Ən yaxşı mobil oyun üzrə Milton mükafatına, Beynəlxalq Mobil Oyun Mükafatlarında isə "Geympleydə üstünlük" və "Operatorun seçimi mükafatı" kateqoriyalarında birinciliyə layiq görülmüşdür.[43][44] "Edge" 2009-cu ildə keçirilən Müstəqil Oyunlar Festivalında "MOF ən yaxşı mobil oyun", "Səs nailiyyəti" və "Ən yaxşı iPhone oyunu" kateqoriyalarına nominasiya olmuşdur.[45] Oyun "Edge" jurnalının 2011-ci ilin ən yaxşı iPhone oyunları siyahısında,[46] "Ölməzdən əvvəl oynamalı olduğunuz 1001 video oyun" kitabının 2010-cu il buraxılışında yer almışdır.[47]

Buraxıldığı platformanın yaratdığı çatızmazlıqlara baxmayaraq, oyun tənqidçilər tərəfindən yaxşı qarşılanmışdı. Oyunun PC buraxılışı "Metacritic" rəy toplayıcısında 12 qiymətləndirməyə əsaslanaraq, 100 xaldan 74 xal almışdır.[39] Oyunun Wii U buraxılışı "Metacritic" rəy toplayıcısında 9 qiymətləndirməyə əsaslanaraq, 100 xaldan 79 xal almışdır.[40] Xeyli tənqidçi oyunun minimalist ab-havasını, oynaq səviyyə dizaynını və saundtrekini tərifləmişdir.[2][3][4][48] "Kotaku" və "Slide to Play" oyunun səviyyə dizaynını "Marble Madness" video oyununun səviyyə dizaynı ilə müqayisə etmişdir.[2][3] "148Apps" işçisi Bonni Ayzenman oyunun səviyyələrinin "nəhəng meydançalar" olduqları qənaətinə gəlmişdi.[48] "Gamezebo" redaktoru Rayan Hyuzon oyunun vizual təqdimatını "diqqəti yayan teksturalar"a və ya "gözə girən animasiya edilmiş arxaplanlar"a malik olmadığına görə tərifləmişdir.[49] "GameSpot" mütəxəssisi Kris Uaters oyunun minimalist qrafikalarını boşluqda üzən bloklar konsepsiyasına sadiq olan xüsusi bir atmosfer yaratdıqları üçün ön plana çıxarmışdır.[50] "Slide to Play" oyunun minimalist ab-havasına mükəmməl şəkildə uyğun olan çiptyun saundtrekini tərifləmişdir.[3] "Kotaku" yazıçısı da oyunun saundtrekinin oyunla uyğunlaşdığına inanmışdır və onu hər hansı bir iPhone oyunundakı ən yaxşı saundtrek adlandırmışdır. O, daha sonra oyun musiqisini dalğın, dincəldici, energetik və əsrarəngiz adlandırmışdır.[2] "Pocket Gamer" işçisi Spanner Spenser oyunun musiqisinə xüsusi diqqət ayırmışdır və yazmışdır: "o, sinifdən sızıb keçir və üslubla pozitiv şəkildə döyünür".[4]

"Slide to Play" "Edge" video oyununun idarəetmə sxemasına dair yazdığı hissədə bəzi idarəetmə sxemalarının müəyyən vəziyyətlərdə digər idarəetmə sxemalarından daha yaxşı işlədiyini qeyd etmiş və oyunun ortasında ikən idarəetmə sxemasını dəyişməyə icazə verilməməsini tənqid etmişdir.[3] "Kotaku" bəzi səviyyələri çevirmə və ya toxunma idarəetmə sxemaları ilə tamamlamağın imkansız, lakin D-pad idarəetmə sxemasının çox asan olduğu düşünmüşdür.[2] Kris Uotters qeyd etmişdir ki, oyunun seçilən idarəetmə sxemasından asılı olmayaraq kubun diyirlənmə sürətinə görə qeyri-müəyyən bir yöndəmsizliyi var.[50] Zaxari Miller oyunun kubun kənarlarını hərəkət edən bloklara doğru tarazlaşmış şəkildə dayayaraq onları tutmasını tənqid etmişdir. O həmçinin, mini-xəritənin bəzi vaxtlarda faydasız olduğunu düşünmüşdür.[51]

"Metacritic" video oyun rəy toplayıcısına görə, "Edge Extended" genişləndirməsinin iOS buraxılışı "universal tərif" almışdır.[42] "TouchArcade" yazıçısı Troy Vudfild oyuna qüsursuz xalını vermişdir.[6] "Pocket Gamer" mütəxəssisi Herri Slater genişləndirməyə orijinal epizoda verdiyi "Qızıl mükafat" reytinqini vermişdir.[52] "Slide to Play" səviyyələrin "ağıllı şəkildə tikildiyi"ni demiş, ancaq oyunu günəş altında oynayarkən qaranlıq ətraf mühitləri görməyin çətin olduğunu düşünmüşdür.[20]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Steam. 2003.
  2. 1 2 3 4 5 6 7 Owen Good. "Edge Micro-Review: Elegance, Cubed". kotaku.com (ingilis). Kotaku. April 1, 2009. May 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  3. 1 2 3 4 5 6 "EDGE review". www.slidetoplay.com (ingilis). Slide to Play. May 17, 2010. May 24, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  4. 1 2 3 Spenser, Spanner. "EDGE review". www.pocketgamer.co.uk (ingilis). Pocket Gamer. January 28, 2009. July 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  5. "Games for iPhone, iPod, iPad and Digital Platform" (ingilis). Mobigame. www.mobigame.net. June 28, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 17, 2019.
  6. 1 2 3 Vudfild, Troy. "Edge Extended Review". toucharcade.com (ingilis). TouchArcade. May 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  7. 1 2 Qlover, Conatan. "Interview: Mobigame Talks Cross Fingers, iPhone Game Scene". www.gamasutra.com (ingilis). GamaSutra. December 8, 2009. October 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  8. Mobigame. Edge (ingilis). iOS. Mobigame. December 2008.
  9. 1 2 Gotye, Romen. "Edge - Sweet Music from the Game". ninomojo.bandcamp.com (ingilis). Bandcamp. May 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2018.
  10. Hodapp, Eli. "'Edge' 1.5 Update Adds Universal Compatibility and Retina Display Graphics". toucharcade.com (ingilis). TouchArcade. November 11, 2010. March 19, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 8, 2018.
  11. Ayzenman, Bonni. "'EDGE' Back on App Store After Year of Disputes". www.148apps.com (ingilis). 148Apps. May 9, 2010. May 11, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18 2019.
  12. Parkin, Simon. "The Edge of Reason?". www.eurogamer.net (ingilis). Eurogamer. August 3, 2009. October 3, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  13. Spenser, Spanner. "Mobigame: 'Edge Games's open letter is false'". www.pocketgamer.co.uk (ingilis). Pocket Gamer. August 12, 2009. March 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  14. Qud, Ouen. "Mobigame's "Edge" is Back on iTunes". kotaku.com (ingilis). Kotaku. May 28, 2009. March 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  15. Drec, Stuart. "iPhone game Edge disappears from App Store (again)". www.mobile-ent.biz (ingilis). Mobile Entertainment. November 26, 2009. December 1, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  16. Purçez, Robert. "Edge by Mobigame turfed off App Store". www.eurogamer.net (ingilis). Eurogamer. November 27, 2011. March 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  17. Krossli, Rob. "Edge arrives on App Store for third time". develop-online.net (ingilis). Develop. December 1, 2009. December 4, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  18. Krossli, Rob. "Mobigame to pull Edgy amid EA legal fears". www.develop-online.net (ingilis). Develop. December 4, 2009. December 7, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  19. Ayzenman, Bonni. "'EDGE' Back on App Store After Year of Disputes". www.148apps.comp (ingilis). May 9, 2010. May 11, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019. (#parameter_ignored)
  20. 1 2 "Edge Extended Review". www.slidetoplay.com (ingilis). SlidetoPlay. May 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  21. Uşer, Entoni. "Gold Award-winning puzzle-platformer Edge Extended rolls onto the Android Market". www.pocketgamer.com (ingilis). Pocket Gamer. January 31, 2012. March 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  22. "Award-winning Puzzlers 'Edge' and 'Edge Extended' Updated with Widescreen Support". toucharcade.com (ingilis). TouchArcade. January 9, 2013. May 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019. (#first_missing_last)
  23. "Edge - Mobigame's isometric iPhone cube game launching for mobile phones too". gameindustry.biz (ingilis). Eurogamer. December 17, 2009. March 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  24. David Papazyan. "Edge now unleashed on PSP and PS3". Mobigame.net (ingilis). Mobigame. December 1, 2010. June 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  25. "EDGE on PS3, PSP". store.playstation.com (ingilis). Sony. September 11, 2019. February 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  26. "EDGE on Steam". store.steampowered.com (ingilis). Steam. February 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18б 2019.
  27. "EDGE On Mac App Store!". twotribes.com (ingilis). Two Tribes. August 19, 2011. February 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  28. Şifer, Nataniyel. "The Humble Indie Bundle: Now on Android!". www.pcworld.com (ingilis). PC World. February 3, 2012. May 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2018.
  29. "EDGE For Dummies". twotribes.com (ingilis). Two Tribes. May 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  30. "EDGE Rolls Onto Nintendo Consoles!". twotribes.com (ingilis). Two Tribes. May 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  31. "Edge Extended". twotribes.com. Two Tribes. August 28, 2011. February 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  32. "Edge". itunes.apple.com (ingilis). Apple Inc. August 28, 2011. February 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  33. "Edge - Nintendo 3DS". www.nintendo.com (ingilis). Nintendo. May 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  34. "Edge - Wii U". www.nintendo.com (ingilis). Nintendo. April 26, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2019.
  35. "Edge for iOS reviews". www.gamerankings.com (ingilis). GameRankings. May 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  36. "Edge for PSP reviews". www.gamerankings.com (ingilis). GameRankings. May 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  37. "Edge for PC reviews". www.gamerankings.com (ingilis). GameRankings. May 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  38. "Edge for Wii U reviews". www.gamerankings.com (ingilis). GameRankings. May 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  39. 1 2 "Edge for PC reviews". www.metacritic.com (ingilis). Metacritic. March 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  40. 1 2 "Edge for WiiU reviews". www.metacritic.com (ingilis). Metacritic. January 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  41. "Edge Extended for iOS reviews". www.gamerankings.com (ingilis). GameRankings. May 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  42. 1 2 "EDGE Extended for iOS reviews". www.metacritic.com[ (ingilis). Metacritic. December 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  43. de Brokar, Erik. "Festival du jeu vidéo 2008 : Les nominés des Milthon". gamergen.com (ingilis). GamerGen. September 18, 2008. May 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  44. Drec, Stüart. "IMG Awards reveal 2008's most innovative mobile games". www.pocketgamer.com (ingilis). Pocket Gamer. February 18, 2009. March 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  45. "2009 Independent Games Festival Mobile Finalists By Category". igfmobile.com (ingilis). IGF Mobile. May 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019. (#parameter_ignored)
  46. Rouz, Mayk. "Interview: What's Next For Edge?". www.gamasutra.com (ingilis). Gamasutra. August 11, 2011. March 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  47. Mott, Toni. 1001 Video Games You Must Play Before You Die. Universe Publishing. oktyabr 2010. ISBN 978-0-7893-2090-2.
  48. 1 2 Ayzenman, Bonni. "EDGE review". www.148apps.com (ingilis). 148apps. March 4, 2009. March 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  49. Hyuton, Rayan. "EDGE review". www.gamezebo.com (ingilis). Gamezebo. May 17, 2010. May 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  50. 1 2 WaUaters tters, Kris. "Edge Review". www.gamespot.com (ingilis). GameSpot. August 17, 2011. May 9, 2018 tarixində arxivləşdirilib.
  51. Miller, Zaxari. "Edge Wii U - Review". www.nintendoworldreport.com (ingilis). Nintendo World Report. November 28, 2013. May 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.
  52. Slater, Herri. "Edge Extended review". www.pocketgamer.co.uk (ingilis). Pocket Gamer. August 29, 2011. May 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]