Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adıgün
Adıgün — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Adıgün- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcücə yazılış forması Adıqen. Mesxet türklərinin məskun olduqları kəndlərdən biri olmuşdur. Əhalisi II Dünya müharibəsi illərində Orta Asiyaya sürgün edilmiş və yerində gürcülər yerləşdirilmişdir. Hazırda Gürcüstanın Adıgen rayonunun mərkəzidir. Qıpçaqların Eti tayfasının adından və türk dillərində kün "tayfa", "el" sözlərindəndir.
Trigun
Trigun (yap. トライガン) — Satoşi Nişimura tərəfindən yaradılmış yapon anime serialı. == Məzmun == Trigun "Vaş Qasırğa" adlanan qəhrəmanın və "Bernardelli Sığorta Cəmiyyəti"-nin iki işçiləri olan Meril Strayf və Milli Tompsonun macəralarının üstündə əsaslanıb. == Əsas personajlar == Vaş Qasırğa (ヴァッシュ・ザ・スタンピード, Vasshu za Sutanpīdo, ingilis versiyasında Vash the Stampede) seriyanın baş qəhrəmanı və "Humanoid Qasırğa" adlanan enerji mənbəyi. Meril Strayf (メリル・ストライフ, Meriru Sutoraifu, ingilis versiyasında Meryl Stryfe) və ya "Darrincer Meril", Bernardelli Sığorta Cəmiyyətinin işçisidir. Milli Tompson (ミリィ・トンプソン, Mirī Tonpuson, ingilis versiyasında Milly Thompson) və ya "Bayıltıcı silah Milli", Bernardelli Sığorta Cəmiyyətinin işçisi və Merilin köməkçisidir. Nikolas D. Vulfvud (ニコラス・D・ウルフウッド, Nikorasu Dī Urufūddo, ingilis versiyasında Nicholas D. Wolfwood), bəzən "Cəzalandırıcı Nikolas" kimi tanınır, Mayklın Gözü təşkilatının üzvüdür. == Həmçinin bax == 5 Centimeters Per Second Ninja Scroll Cowboy Bebop == İstinadlar == == Xarici keçidlər == Trigun — Internet Movie Database saytında.
Yenigün
Yenigün — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Sığın
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. == Tarixi == "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.
Prenanthes exigua var. exigua
Prenanthella (lat. Prenanthella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Prenanthella exigua (A.Gray) Rydb. Sinonim Lygodesmia exigua (A.Gray) A.Gray Prenanthes exigua A.Gray Prenanthes exigua var.
Bidens exigua
Bidens exigua (lat. Bidens exigua) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Dzosotın-Elisun
Dzosotın-Elisun, həmcinin Kurbantonqut və ya Qurbantyonqyot — Çinin sahəsinə görə ikinci böyük səhradır. Dzosotın-Elisun Cunqariyanın mərkəzində qərarlaşır. Dzosotın-Elisun monqol kökənli sozdür Qumlu səhranın sahəsi 45 000—50 000 km² təşkil edir. Ərazisinin 38 000 km² barxanlarla örtülüdür. Digər hissəsi isə gilli düzənliklərdən ibarət olub, takırlarla zəngindir. Barxanlar meridional istiqamətdə uzanlr və hündürlüyü 30 metrə çatır. Şimal hissəsədə isə hündürlük 100 metrdir. Ərazisində yovşan və saksaul biktiləri bitir. Takırların arasında yulğun bitsə də kolluqlar geniş ərazini əhatə etmir. Səhra dəvə və qoyunlar üçün otlaq rolu oynayır.
Gennadi Şpiqun
Gennadi Şpiqun (5 fevral 1947, Babayurd, Dağıstan MSSR – mart 2000, İtum-Kali rayonu, Çeçenistan) — Rusiya dövlət xadimi. Milis general-mayoru, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasındakı səlahiyyətli nümayəndəsi. 1999-cu ildə Qroznı hava limanında bir təyyarədən qaçırılır. Qaçıranlar fidyə tələb etsələrdə, lakin federal hökumət bunu rədd edir. Həm Rusiyanın, həm də İçkeriyanın güc strukturları tərəfindən həyata keçirilən Şpiqunu tapıb azad etmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayır. Onun cəsədi 2000-ci ilin martında İtum-Kali kəndi yaxınlığında tapılır. == Bioqrafiyası == Dağıstanın Babayurd rayonunda anadan olmuşdur. Dağdizel zavodunda freze maşını operatoru işləyir. 1969-cu ildən ictimai və siyasi işlə məşğul olur: 1969–1980-ci illərdə Kaspiysk şəhər komsomol komitəsinin katibi, Komsomolun Dağıstan vilayət komitəsinin şöbə müdirinin müavini, komsomol katibi vəzifələrində çalışır. 1980-ci ildə Şpiqun Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin şöbə təlimçisi, təşkilati və partiya işləri şöbəsinin müdir müavini vəzifəsini icra edir.
Lygodesmia exigua
Prenanthella (lat. Prenanthella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Prenanthella exigua (A.Gray) Rydb. Sinonim Lygodesmia exigua (A.Gray) A.Gray Prenanthes exigua A.Gray Prenanthes exigua var.
Mentha exigua
Çəmən yarpızı (lat. Mentha arvensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Nanə cinsinin Avrasiyada — Avropada, Qərbi və Orta Asiyada, Qafqazda, Hindistan və Nepalda yayılmış növüdür. Əkin yerlərində, çəmənliklərdə, su hövzələri, çay, göl, arx və bataqlıq sahələri kənarında bitir. == Sinonimləri == Calamintha arvensis (L.) Garsault [Invalid] Mentha agrestis Hegetschw. [Illegitimate] Mentha agrestis Sole Mentha agrestis var. subrotunda Schur ex Heinr.Braun Mentha albae-carolinae Heinr.Braun Mentha alberti Sennen Mentha allionii Boreau Mentha angustifolia Schreb. Mentha anomala Hérib. Mentha approximata (Wirtg.) Strail Mentha arenaria Topitz Mentha arguta Opiz Mentha argutissima Borbás & Heinr.Braun Mentha argutissima var. recedens Heinr.Braun Mentha argutissima var.
Mənazilül-aşiqin
Mənazilül-aşiqin – Seyid Yəhya Bakuviyə aid olan bu əsər 1797 beytdən ibarətdir. Əsərdə təsəvvüf yolunun saliklərini gözləyən çətin və uzun yolun qət edilməsi üçün lazım olan rəhbər və mənzillər açıqlanır. Həmin mənzillər 40 ədəd olub bunlardır: niyyət, inabət, tövbə, iradə, cəhd, müraqəbə, səbir, zikr və fikir, nəfsə müxalifət, riza ,müvafəkat, təslimiyyət, təvəkkül, zöhd, ibadət, vəra, ixlas, sidq, xövf, rəca ,fəna, bəqa, eynəl-yəqin, mərifət, vəlayət, şövq, məhəbbət, vəhdət, qürbət, vüsal, kəşf,hüzur, təcrid, təfrid, inbisat, təhəyyür, nəhayə, təsəvvüf, qürbətin qürbəti. Bu əsərin Nuruosmaniyyədəki nüsxəsi “Çehel mənazilü həft iqlim” adı altında qeyd edilmişdir.
Prenanthella exigua
Prenanthella (lat. Prenanthella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Prenanthella exigua (A.Gray) Rydb. Sinonim Lygodesmia exigua (A.Gray) A.Gray Prenanthes exigua A.Gray Prenanthes exigua var.
Prenanthes exigua
Prenanthella (lat. Prenanthella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Prenanthella exigua (A.Gray) Rydb. Sinonim Lygodesmia exigua (A.Gray) A.Gray Prenanthes exigua A.Gray Prenanthes exigua var.
Salix exigua
Salix exigua (lat. Salix exigua) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salix fluviatilis var. exigua (Nutt.) Sarg. Salix longifolia var. exigua (Nutt.) Bebb == Yarımnövləri == Salix exigua var. exigua Salix exigua var.
Semyon Sviqun
Semyon Kuzmiç Sviqun (28 sentyabr 1917 – 19 yanvar 1982, Moskva) — Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1963 oktyabr-1967 iyun); SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədrinin I müavini (1967-1982). == Həyatı == 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olmuşdur. Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləmişdir. Daha sonra İkinci dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun, müharibədən sonra Moldova SSR və Tacikistan SSR dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində işləmişdir. 1963-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, 1967-1982-ci illərdə SSRİ KQB-si sədrinin I müavini vəzifəsində işləmişdir.
Siquan adası
Siquan adası (ing. Seguam Island, aleut. Саӷуугамаҳ)) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. 2000-ci ilə qədər adada 1 nəfər yaşayırdı. == Coğrafiya == 26 km uzunluğa, 10,9 km enə malikdir. Sahəsi 207,3 km²-dir. Adanın maksimal hündürlüyü 1154 metrdir. Siquan adasında bir neçə vulkan fəaliyyət göstərir. XVIII əsrdən indiyənə kimi 10 dəfə püskürmə baş vermişdir. Son püskürmə 1993-ci ildə qeydə alınmışdır.
İşığın dispersiyası
İşığın dispersiyası mühitin sındırma əmsalının düşən işığın tezliyindən (dalğa uzunluğundan) asılılığı deməkdir. == Dispersiya hadisəsi == Ağ işıq şəffaf üçbucaqlı prizmanın yan səthinə düşəndə sınır və bu zaman 7 rəngə ayrılır. Bu rənglər bildiyimiz göyqurşağı rənglərinin eynisidir: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Bənövşəyi işıq ən kiçik, qırmızı işıq isə ən böyük dalğa uzunluğuna malikdir. Ən çox sınan, yəni sındırma əmsalı ən böyük olan bənövşəyi işıq, sındırma əmsalı ən kiçik olan isə qırmızı işıqdır. Vakuumda rəngindən, yəni tezliyindən asılı olmayaraq bütün şüalar eyni sürətlə, yəni c=3*108 m/san sürətlə yayılır. Mühitdə qırmızı işıq ən böyük sürətlə, bənövşəyi işıq isə ən kiçik sürətlə yayılır.
İşığın interferensiyası
İşığın interferensiyası-işıqlı və qaranlıq zolaqların əmələ gəlməsinə səbəb olan işıq dəstələrinin toplanması hadisəsinə deyilir. İnterferensiya zamanı iki işıq dəstəsi toplanarkən bir birini gücləndirməklə bərabər həm də zəiflədə bilir. İşıq sellərin bu xassəsi onların dalğa təbiətli olmasını bilavasitə sübut edir. İşıqlı və qaranlıq zolaqların əmələ gəlməsini dalğa təsəvverləri ilə ilk dəfə Yunq izah etmişdir. Yunqun dalğa haqqında fikirlərini Frenel XIX əsrin I yarısında inkişaf etmişdir. === Yunqun nəticələri === Yunq apardığı təcrübələrdən aşağıdakı iki qanunu kəşf etmişdir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) cüt sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum gücləndirir. △ = ± k λ {\displaystyle \vartriangle =\pm k\lambda } burada k-tam ədəddir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) tək sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum zəiflədir. △ = ± ( 2 k + 1 ) λ 2 {\displaystyle \vartriangle =\pm (2k+1){\frac {\lambda }{2}}} Yalnız eyni fazada və ya sabit fazalar fərqi ilə rəqs edən mənbələr-koherent mənbələr müəyyən qaydada yerləşən interferensiya zolaqlarını verir.
İşığın qayıtması
İşığın qayıtması — iki mühitin (mühitlərdən heç olmasa biri şəffaf olmalıdır) sərhədinə düşdükdə işığın yayılma istiqamətinin dəyişməsi. İşıq mənbəyi olmayan сisimlərin görünməsinə səbəb işığın onların səthindən qayıtmasıdır. Qaytarıcı səth kələ-kötürdürsə, diffuz səpilmə (bütün istiqamətlərdə səpilmə), hamardırsa, güzgü qayıtması baş verir. == İşığın qayıtması qanunları == 1. Düşən şüa, qayıdan şüa və düşmə nöqtəsinlə qaytarıcı səthə çəkilmiş perpendikulyar bir müstəvi (düşmə müstəvisi) üzərindədir. 2. İşıqın qayıtma bucağı (qiymətcə) düşmə bucaqına bərabərdir. İşıq mənbəyi güclü olduqda işığın qayıtması qanunları pozulur. Qayıdan işığın intensivliyi işığın düşmə bucağından, polyarlaşmasından və mühitlərin sındırma əmsallarından asılıdır.
İşığın sürəti
İşığın sürəti (c) vakuumda elektromaqnit dalğalarının yayılma sürətidir, əsas fiziki sabitlərdən biridir. İşıq boşluqda işıq sürəti ilə gedər və bu eyni zamanda kainatda müşahidə edilən ən yüksək sürətdir. == İşığın sürəti ideyasının kəşfi == İşıq dedikdə hər cür işıq nəzərdə tutulmur. Günəşdən və ya təbii olaraq ulduzlardan və s. gələn işıqlar nəzərdə tutulur. Günəşdə gələn şüaların yerə çatma müddəti 8 dəqiqədir. Əgər özümüzü işıq sürəti kimi təsvir edə bilsəydik Günəşdən çıxdığımız an Yer planetində olardıq amma planetdə hər şeyin dayandığını görərdik hətta saatın , suyun , ürək döyüntüsünün və s. Yalnız 8 dəqiqədən sonra hər şeyin hərəkət etdiyini görə bilərdik. Bu fərziyəni ilk dəfə irəli sürən alimlərdə biridə Albert Eynşteyndir. Sürətlənən cisimə görə zaman bükülərək yavaşlamalıdır.
İşığın sınması
İşığın sınması — iki şəffaf mühitin sərhədindən keçərkən işığın yayılma istiqamətinin dəyişməsi. Hələ Aristotelə məlum olduğuna baxmayaraq sınma qanununu Snellius müəyyən etmiş, riyazi ifadəsini isə Rene Dekart vermişdir. İşıq şüası sıxlıqları müxtəlif olan iki şəffaf mühiti (məsələn, hava-su, hava-şüşə, şüşə-su və s.) ayıran səthə düşdükdə onun bir hissəsi səthdən qayıdır, digər hissəsi isə bu iki mühitin sərhədindən keçərək yayılma istiqamətini dəyişir. • İşıq şüasının bir mühitdən digər mühitə keçərkən bu mühitlərin sərhədində öz istiqamətini dəyişməsi işığın sınması adlanır. Burada, AO – düşən şüa, OB – sınan şüa, CD – düşmə nöqtəsindən (O nöqtəsi) iki mühiti ayıran səthə çəkilən perpendikulyar, α – düşmə bucağı, γ (qamma) – sınma bucağıdır. Suyun sıxlığı havanın sıxlığından böyük olduğundan işıq şüası havadan suya keçərkən öz istiqamətini dəyişir və CD perpendikulyarına yaxınlaşır. Əgər su daha böyük sıxlığa malik mühitlə, məsələn, şüşə ilə əvəz olunarsa, sınan şüa perpendikulyara daha çox yaxınlaşar. İşıq şüası sıxlığı kiçik olan şəffaf mühitdən sıxlığı böyük olan şəffaf mühitə keçdikdə sınma bucağı düşmə bucağından kiçik olur. Sıxlıqları müxtəlif olan iki şəffaf mühiti ayıran sərhədə perpendikulyar düşən işıq şüası ikinci mühitə sınmadan keçir. Aparılan araşdırmadan işığın sınma hadisəsi üçün iki nəticə müəyyən etdiniz: birincisi, hava-su səthinə düşən şüa, sınan şüa və düşmə nöqtəsindən bu iki mühitin sərhədinə qaldırılan perpendikulyar müstəvi lövhə üzərində yerləşir; ikincisi, düşmə bucağını böyütdükdə sınma bucağı böyüyür, düşmə bucağını kiçiltdikdə isə sınma bucağı da kiçilir.
Əsiran (Xudafərin)
Əsiran (fars. اسيران‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (9 ailə).
Əsin