İşığın dispersiyası mühitin sındırma əmsalının düşən işığın tezliyindən (dalğa uzunluğundan) asılılığı deməkdir.
Ağ işıq şəffaf üçbucaqlı prizmanın yan səthinə düşəndə sınır və bu zaman 7 rəngə ayrılır. Bu rənglər bildiyimiz göyqurşağı rənglərinin eynisidir: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Bənövşəyi işıq ən kiçik, qırmızı işıq isə ən böyük dalğa uzunluğuna malikdir. Ən çox sınan, yəni sındırma əmsalı ən böyük olan bənövşəyi işıq, sındırma əmsalı ən kiçik olan isə qırmızı işıqdır.
Vakuumda rəngindən, yəni tezliyindən asılı olmayaraq bütün şüalar eyni sürətlə, yəni c=3*108 m/san sürətlə yayılır. Mühitdə qırmızı işıq ən böyük sürətlə, bənövşəyi işıq isə ən kiçik sürətlə yayılır.