Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alqua
Algua (it. Algua) — İtaliyada kommuna, Lombardiya bölgəsində, Berqamo əyalətindədir. Əhalisi 747 nəfərdir (2008), əhalinin sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın hamisi Müqəddəs Məryəm (Santa Maria del Carmelo) hesab olunur. Hər il 16 İyulda onun şərəfinə bayram təşkil edilir.
Alqu
Alqu (Marağa)
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Alqu (Bünab)
Alqu (fars. القو‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. Bünab qəsəbəsindən 11 km şimaldadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.710 nəfər yaşayır (359 ailə).
Alqu xan
Alqu xan (?- 1266) — 1260–1266-cı illər arasında Cığatay xanı. Çingiz xanın nəticəsi, Cığatay xanın nəvəsi və Baydar xanın oğludur. == Həyatı == Böyük Monqol imperiyası Böyük xanı Möngke 1260-cı ildə öldüyündə taxta çıxan Arık Bökə tərəfindən anası Orqina xatun vəsayətindəki kiçik yaşdaki Mübarəkşahın yerinə Cığatay xanlığı taxtına çıxartılır.1261-ci ildə öncədən Göy Orda idarəsindəki bölgələri də ələ keçirərək hakimiyətini genişlədir. Səmərqənd və Buxaranı öz idarəsinə alır. Bu dönəmdə Monqol taxtı üçün Kubilay xan ilə qanlı bir içsavaşın ortasında olan Arık Bökəyə qarşı üsyan qaldırır. İki il boyunca sürecək savaşlar qanlı keçəcəkdir. Alqu, Kubilay xanın valilərindən Mahmud Yalavac oğlu Məsud bəyin və Orgina xatunun dəstəyini alacaq və Arık Bökənin güclərini zəiflədəcəkdir. 1263-cü ildə Kubilay xana bağlılığını bildirən Alqu xan, Arık Bökəni dəstəkləyən Kaydu xan ilə savaşır. Kaydu yardım üçün başvurduğu Qızıl Orda dövləti hökmdarı Bərkə xandan böyük dəstək görür. Torpaqları işgal altına qalan Alqu, Kayduya yenilərək geri çəkilmək məcburiyyətində qalır.
Ağüz (Əbhər)
Ağüz (fars. اغور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhərrud bölgəsinin Əbhərrud qəsəbəsindən 45 km cənubda, dağlıq ərazidədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (73 ailə).
Abgəz
Abgəz — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Toponimikası == Abgəz — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv edilmişdir. Toponim fars dilində "su" mənasında işlənən ab sözü ilə Azərbaycan dilində "aşırım", "dağ qılıcında nazik yer", "gəzdək, dağ çökəyi, dağın təpəsindəki çökək" mənasında işlənən gəz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Alagöz
Yaşayış məntəqələri Ermənistanda Alagöz rayonu — Ermənistanda rayon. Alagöz (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Alagöz (İrəvan quberniyası) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz (Talin) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Talin rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində mahal. İranda Alagöz (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd. Alagöz (Urmiya) — İranın Qərbi Azərbaycan ostanında kənd. Alagöz (Sayınqala) — Digər Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda qala. Alagöz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Alagöz dağı — Ermənistan adlanan ərazidə dağ.
Alaqur
Algae
Yosunlar (lat. Algae) — çoxhüceyrəli orqanizmlər. == Tarixi == torpaqlar digər adı ilə mamırlar Yer kürəsi üzərində 3 milyon il əvvəl meydana gəlmiş və təxminən 1,5–2 milyon il planetimizin vahid canlıları olmuşlar. Bu qədim aerob fotosintezedici orqanizmlərin sayəsində heterotroflar yaşaya bilmişlər. Yer üzərində üzvi maddənin sintezində yosunların mühüm rolu vardır. Bu orqanizmlər günəş düşən durğun sularda dənizdə, hətta qayalar üzərində və s. geniş yayılmışdır. Bunların 125 000-dən çox növləri məlum deyil == Yosunların formaları == Yosunlar ibtidai avtotrof bitkilər olub, əsasən suda yaşayırlar. Lakin onlara yer kürəsinin hidrosferdən əlavə, atmosfer və litosferin bütün sahələrində təsadüf olunur. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub, müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar.
Alget
Məscidli Gorarxı (3 avqust 1959-cu ildən: gür.: g.ə. ალგეთი, l.ə. algeti) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Məscidli Gorarxı" adlandırırlar. Məscidli Gorarxı adlandırılmasının səbəblərindən biri başqa Gorarxı adında ərazinin olması ilə əlaqədardır. Daha çox "Qanlı Gorarxı adı ilə də tanınır. Ancaq "Qanlı Gorarxı" dedikdə nəinki yalnız "Alget" həmçinin digər dörd kənd də (Təzəkənd, Əzizkənd, Haciisəkənd, Sabirkend) nəzərdə tutulur. == Əhalisi == 17–24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 5.017 nəfər (2.498 nəfəri kişilər, 2.519 nəfəri qadınlar) əhali yaşayır.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Alnus
Qızılağac (lat. Alnus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Adi qızılağac (Alnus glutinosa (L.) Gaertn.) Yumşaqtüklü qızılağac (Alnus hirsuta (Spach) Turcz.
Alqet
Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı). == Həmçinin bax == Tiflis quberniyası == Xarici keçid == anl.az/down == İstinad == <B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Arqun
Arqun (çay, Asiya)
Atqız
Atqız — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayının sol sahilində, Oxçu kəndindən 2 km şimalda, Pirhəmzə dağının cənub-qərbində, Qafan-Gecalan avtomobil yolundan 2 km şimalda dağ döşündə yerləşirdi. 1959 - cu ildə Kecalan şəhəri ilə birləşdirilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Yerli tələffüz forması Atqiz Toponim oğuz türk tayfa adının fonetik forması olan qız etnonimi əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 105 nəfər, 1886-cı ildə 120 nəfər, 1897-ci ildə 242 nəfər, 1908-ci ildə 198 nəfər, 1914 - cü ildə 36 nəfər azərbaycanlı yaşamışdır. 1916-18-cı illərdə azərbaycanlılar deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1926-cı ildə 74 nəfər, 1931-ci ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1959-cu ilə Keçalan kəndinə birləşdirilmiş, əkin yerləri Kürdükan kəndinə verilmiş və kənd ləğv edilmişdir.
Avqur
Avqur (lat. augur; an avis – quş) — Qədim Romada keşiş və məmur. O, quşların uçuşu, ötməsi və ya qar-qar etməsi ilə gələcəyi proqnozlaşdırırdı – auspisiya ilə məşğul olurdu. == Tarixi == Qədim Romada açıq falçılıq yalnız avqurlar kollecinin üzvlərinə icazə verilirdi. O, birinci Roma çarı Romul tərəfindən himayə üçün təsis edilmişdir. Kahinlərin tutduqları vəzifə ömürlük idi. Əvvəlcə onların sayı 3 ilə məhdudlaşdı. Yuli Sezar onların sayını 16-ya çatdırmışdır. Onlara işarələr əsasında məmurlara və hərbi xadimlərə məsləhət vermək vəzifəsi qoyulmuşdu. Heç bir hərbi müəssisə və ya islahat avqurlara ilkin müraciət olmadan tamamlanmırdı.
Ayaquz
Ayaquz və ya Ayaqoz(qaz. Аягөз) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində rayon tabeliyində olan şəhər, Ayaqoz rayonunun inzibati mərkəzi. Qazaxıstanın şərqində, Ayaqoz çayının hər iki sahilindədir. Strateji əhəmiyyət kəsb edir; şəhərdə bir neçə hərbi qarnizon və hava hücumundan müdafiə raket qüvvələri kompleksi yerləşdirilib. Respublikanın əsas nəqliyyat mərkəzidir. Türküstan-Sibir dəmir yolunun böyük bir qovşağı, respublika magistral yollarında bir çəngəl: Almatı - Ust-Kamenogorsk, Karaqanda - Ayaqoz - Boqaz. Şəhərin üstündə bir neçə beynəlxalq hava yolunun kəsişməsidir. == Əhalisi və tərkibi == 1 yanvar 2016-cı il tarixinə qədər şəhərdə 38126 nəfər (18.554 kişi və 19572 qadın) yaşayırdı. Milli kompozisiya (1 noyabr 2012-ci il tarixinə): Qazaxlar - 39 113 nəfər. (93.02%) Ruslar - 1715 nəfər.
Ağduz
Ağdüz və ya Ağduz;
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Ağqaz
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Chenopodium album var. album
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Abgül Mirzəliyev
Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi. == Həyatı == Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir. O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır. Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir. Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s.
Acgöz alqoritm
Acgöz alqoritm (ing.greedy algorithm, ru.жадный алгоритм) — hər bir mərhələdə lokal optimal qərarlar (həllər) qəbul edən və son həllin də optimal olacağı gümanına əsaslanan alqoritm. == Məsələ == Hər hansı dövlərin pul sistemi dəyəri a1 = 1 < a2 < … < an olan qəpiklərdən ibarətdir. S məbləğini mümkün qədər az sayda qəpiklə vermək tələb olunur. Bu məsələnin həllinin acgöz alqoritmi belə olacaq. Dəyəri an olan qəpiklərdən maksimal mümkün olan sayda götürülür: xn = S/an. Eyni qayda ilə kiçik nominallı neçə qəpik lazım olduğu müəyyən olunur və proses belə davam etdirilir. Bu məsələ üçün acgöz alqoritm həmişə optimal həlli vermir. Məsələn, 1, 5 və 7 qəpik vasitəsilə 24 məbləğini acgöz alqoritm belə xırdalayar: 7 qəp. – 3 ədəd, 1 qəp. – 3 ədəd.