Alqet

Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı.

Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kəndŞimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı).

Tiflis quberniyası

anl.az/down

<B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı lüğəti. Bakı, "Nurlan",2008.>