Abgül Mirzəliyev

Abgül Ərzulla oğlu Mirzəliyev (27 noyabr 1986, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan xanəndəsi.

Abgül Mirzəliyev
azərb. Abgül Mirzəliyev
Ümumi məlumatlar
Doğum tarixi 27 noyabr 1986(1986-11-27) (37 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə, aktyor
Fəaliyyət illəri 2005-bu günə qədər
Janr muğam

Abgül Ərzulla oğlu Mirzəliyev 27 noyabr 1986-cı ildə Şamaxı rayonunun Şıxzərli kəndində anadan olmuşdur. Elə həmin kəndin orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Mədəni-Maarif Texnikumunda Camal Dadaşovun sinfinə daxil olmuşdur. İki il orada təhsil aldıqdan sonra təhsil ocağını Asəf Zeynallı adına musiqi kollecinə dəyişmişdir.

O, 2007-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak etmiş və qalib olmuşdur. 2009-cu ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olumuşdur. Zabit Nəbizadənin sinfində təhsil almışdır.

Nicat Qafuroğlunun rejissorluğu ilə ifa etdiyi "Nar ağacı, nar çiçəyi" mahnısına klip çəkdirmişdir.

Abgül Mirzəliyev Rusiyanın bir neçə şəhərində, İranda, Ukraynada, Belarusda, Latviyada, Özbəkistanda, BƏƏ'də, Türkiyədə, Gürcüstanda və s. ölkələrdə çıxış etmişdir. Həmçinin aktyor kimi "Sübhün səfiri" filmində Səttar rolunda çəkilmişdir[1].

  1. Şamaxı abidələri (film, 2007)
  2. Muğamat var olan yerdə... (film, 2009)
  3. Sübhün səfiri (film, 2012)
  1. "Abgül Mirzəliyevin aktyorluğu da varmış..." 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.