Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adamas Kovalevski
Adamas Qolodets
Adamas Qolodets (rus. Адамас Голодец; 23 avqust 1933, Moskva – 7 aprel 2006, Moskva) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, RSFSR-nin əməkdar məşqçisi (1989). == Həyatı == 1933-cü ildə Moskvada anadan olmuşdur, onun valideynləri paytaxta 1930-cu ildə Klintsı şəhərindən köçmüşdülər. Böyük Vətən müharibəsi zamanı anası Lyubov İoffe (1904—1975) və qardaşları Varlen (1925—2012) və Yuri (1939 təvəllüdlü) ilə birlikdə Kamışlova təxliyə ediliblər. Atası, Qomel sakini Solomon Qolodets (1906—1941) cəbhəyə çağırılmış və 1941-ci ilin oktyabr ayında itkin düşmüşdür. Böyük qardaşı Varlen Kamışlov Piyada Məktəbini bitirdikdən sonra atası kimi cəbhəyə çağırılıb. O, sonralar peşəkar hərbçi olmuş və SSRİ Daxili İşlər Nazirliyinin Ali İstintaq Məktəbinin sosial elmlər kafedrasında müəllim kimi çalışmışdır. Adamas Qolodets 7 aprel 2006-cı ildə Moskvada vəfat edib. Vostryakov yəhudi qəbirstanlığında dəfn olunub.
Jak Adamar
Jak Adamar (8 dekabr 1865[…], Versal – 17 oktyabr 1963[…], Paris) — fransız riyaziyyatçısı. == Həyatı == La Valle Pussenlə yanaşı sadə ədədlər nəzəriyyəsinin paylanma qanununu əsaslandırmışdır. Diferensial tənliklər, funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, mexanika üzrə əsərlərin müəllifi.
Adama Berrou
Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965, Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti. Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı. Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi.
Adama Diakabi
Adama Salimi Diakabi (fr. Adama Diakhaby; 5 iyul 1996, Ayaçço) — Seneqal əsilli fransalı futbolçu. Ağdamın "Qarabağ" klubunun oyunçusu. Fransa gənclər milli komandasının üzvu olub. Hücumçu və sol cinah vingeri kimi oynayır. == Karyerası == Fransanın Ayaçço şəhərində doğulan Adama Diakabi "Kann" futbol klubunun yetirməsidir. 2013-cü ildə o, "Kann" klubunun ikinci komandasına dəvət edilir. 24 avqust 2013-cü ildə "Kale" klubu ilə oyunda "Kann" klubunun ikinci komandasında debüt edir. 8 noyabr 2015-ci ildə Diakabinin "Renn" klubu ilə bir illik müqavilə imzalayır və 2015–16 mövsümünün qalan hissəsini "Renn" klubunun ikinci heyətində keçirir. 2017-ci ilin yay transfer pəncərəsi ərzində "Monako" klubu "PSJ" klubuna gedən Kilian Mbappeni əvəzləmək üçun Diakabini 10 milyon avroya transfer edir.2017–18 mövsümundə "Monako"nun heyətində ümumilikdə 30 oyunda meydana çıxır və 3 qol vurur.
Adagan
Adalar
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Adamesk
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. Bu, adətən sink filizi əmələgəlmələrinin üstündəki oksidləşmiş və ya aşınmış zonada baş verən mineraldır. Təmiz adamit rəngsizdir, lakin adətən Fe birləşmələrinin qatqısına görə sarı rəngə malikdir. Yaşıl rənglər də yaranır və mineral quruluşda mis əvəzlənməsi ilə bağlıdır. Olivenit adamitlə izostruktur olan mis arsenatdır və sink və mis arasında əhəmiyyətli dərəcədə əvəzetmə var, nəticədə kuproadamit adlı ara məhsul yaranır. Zinkolivenit CuZn(AsO4)(OH) formuluna malik ara mineral olan bu yaxınlarda kəşf edilmiş mineraldır. Quruluşda manqan, kobalt və nikel də əvəz olunur. Analoji sink fosfat, tarbuttit məlumdur. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik.
Adamlar
Adamlar-2014-ci ildə qurulmuş vokalist, gitaraçı Tolga Akdoğan, gitaraçı Gürhan Öğütücü, baş gitaraçı Berat İşçioğlu və nağaraçı Bartu Özbatur'dan ibarət rok musiqi qrupudur. == Karyera == İlk olaraq Tolga Akdoğan "Adamlar" adı ilə əlavə layihə olaraq musiqi hazırlamağa başladı. Sonralarda o kariyerasına bu adla davam etmək qerarına gəldi. Albom prosesi albomdakı mahnıları toplamaq ideyası ilə başladı. Beləliklə albomun hazırlanması prossesi başladı. Bu müddət ərzində qrupda fəaliyyət göstərəcək üzvlər müəyyənləşdirilib. Heyət Tolga Akdoğan, Berkan Tilavel, Burak Güngörmüş, Gürhan Öğütücü və sonradan gələn Burak Irmak ilə tamamlanıb. 2014-ci ilin sentyabr ayında Eski Dostum Tankla Gelmiş adlı ilk albomlarını hazırlamışdırlar. Tərz olaraq əyləncəli sözlərə və musiqilərə sahib olan bu albom dinləyiciləri tərəfindən maraqla qarşılanıb. 2016-cı ilin oktyabr ayında ikinci albomları olan Rüyalarda Buruşmuşuz dinləyicilərə təqdim olunub.
Adamxan
Adamxan, Vardadzor (erm. Վարդաձոր) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə yerləşir. Kəndin digər adı Atamxan olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardadzor (erm. Վարդաձոր) qoyulmuşdur.
Adaqan
Adyaman
Adıyaman — Adıyaman (Talin) — Talin rayonunda kənd. Aşağı Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Yuxarı Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Adyaman — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda çay.
Aldama
Aldama (lat. Aldama) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Agiabampoa Rose ex O.Hoffm. Alvordia Brandegee Dichotoma Sch.Bip. ex Benth. & Hook.f.
Aqarak
Əkərək, Aqarak — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Aqarak formasında qeyd edilmişdir. Toponim türk mənşəli əkər etnoniminə -ək şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Azavak
Azavak — qədim zamanlardan məlum olan ov itləri cinsi. == Tarixi == Azavak cinsi Böyük Səhranın cənubunda yaşayan tuareq qəbilələri tərəfindən müasir Mali ərazisində ovçuluq və mühafizə xidməti üçün yetişdirilmişdir. Cinsin formalaşmasında Afrika və Asiya ov itləri iştirak etmişdir. Azavaklar Avropaya İkinci Dünya müharibəsindən sonra gətirilmişdir. Standart 1981-ci ildə Fransada qəbul edilmişdir. Rusiyada bu cins 1986-cı ildə ortaya çıxmışdır. Azavak ərəb atını xatırladan kiçik pəncələri olan yüksək incə ayaqları üzərində dərin sinəsi olan zərif itdir. Boyu 58–74 sm, çəkisi 17–25 kq-dır. Tükü incə və qısadır, ağ işarələri olan müxtəlif çalarlardadır. Başı dar, armud şəklindədir.
Ağarak
Hadamar
Hadamar, Almaniyada Hessen əyalətində yerləşən şəhərdir. Əhalisi 31 dekabr 2010-cu ilin statistikasına görə 12,246 nəfərdir.
Daamat
Daamat (geez ደዐመተ, DʿMT; nəzəri olaraq ዳዓማት, yəni Daamat və ya ዳዕማት, yəni Daəmat kimi tələffüz olunur) — e.ə. X–V əsrlərdə Eritreya və şimali Efiopiyada mövcud olmuş çarlıq. Bu dövlət haqqında az sayda yazı sağ qalmışdır və çox az arxeoloji iş aparılmışdır. Nəticədə, Daamatın Aksum krallığının erkən mərhələlərindən əvvəl bir sivilizasiya olaraq sona çatması, Aksum dövlətinə çevrilməsi və ya təxminən 150-ci ildə Aksum krallığında birləşən kiçik dövlətlərdən biri olması məlum deyil.
ANAMA
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Adata
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktor Al-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Asama
Asama (yap. 浅間山) — Yaponiyanın Honşu adasının mərkəzi hissəsnidə yerləşən fəaliyyətdə olan vulkan. Hündürlüyü — 2568 metrdir. 2 fevral 2009-cu ildə vulkanın oyanması başlandı və nəticədə Tokionun bir hissəsinə kül töküldü..