Adama Berrou (ing. Adama Barrow; 15 fevral 1965[1], Mansadjanq-Kunda[d], Qambiya Koloniyası və Protektoratı[d][2]) — Qambiya siyasətçisi və 2017-ci ildən etibarən Qambiya Prezidenti.
Adama Berrou | |
---|---|
ing. Adama Barrow | |
Qambiya Respublikasının Prezidenti | |
19 yanvar 2017 – h.h. | |
Əvvəlki | Yəhya Cammeh |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Basse Santa Su, Qambiya Koloniyası və Protektoratı (indiki Qambiya) |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Uşağı | 5 |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Basse Santa Su yaxınlığındakı Mansadjanq-Kunda kəndində anadan olub, Xərçəng Adası Orta Məktəbi və Müsəlman Liseyində oxuyub, iikincisində təqaüd qazanıb. Daha sonra Qambiya enerji şirkəti "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri oldu. 2000-ci illərin əvvəllərində Londona köçən Berrou daşınmaz əmlak sahəsində təhsil aldı və eyni zamanda mühafizəçi olaraq çalışdı. 2006-cı ildə Qambiyaya qayıtdıqdan sonra Majum Daşınmaz Əmlak Şirkətini qurdu və 2016-cı ilə qədər baş direktor oldu. O, müxalifət partiyası olan Birləşmiş Demokrat Partiyasının xəzinədarı seçildi və öncəki sədr həbs edildikdən sonra 2016-cı ilin sentyabrında onun yerinə keçdi. Berrou daha sonra 2016-cı il prezident seçkilərində BDP namizədi olaraq seçildi. Daha sonra 2016-cı il müxalif qrup koalisiya dəstəyi ilə müstəqil olaraq qalacağı açıqlandı.
Berrou 2016-cı il prezident seçkilərində 43,34% səslə uzun müddət vəzifədə olan Yəhya Cammehi məğlub edərək qalib gəldi. Cammeh əvvəlcə nəticəni qəbul etdi, lakin sonradan bundan imtina etdi və Berrou qonşu Seneqala qaçmaq məcburiyyətində qaldı. 19 yanvar 2017-ci ildə Qambiyanın Seneqaldakı səfirliyində açılışı edildi və Cammeh yanvarın 21-də Qambiyanı tərk edərək sürgünə getmək məcburiyyətində qaldı. Berrou yanvarın 26-da Qambiyaya qayıtdı.
2021-ci ilin noyabrında Adama Barrou 2024-cü il prezident seçkilərində namizədliyini açıqladı.
Berrou 15 fevral 1965-ci ildə Qambiya Birləşmiş Krallıqdan müstəqillik əldə etməzdən üç gün öncə Basse Santa Su yaxınlığındakı kiçik bir kənd olan Mansadjanq-Kundada anadan olmuşdur. Mamudu Berrou və Xədicə Callounun oğludur. Yerli Koba Kunda ibtidai məktəbində, daha sonra Banjuldakı Xərçəng Adası Orta Məktəbində oxudu. Daha sonra Müsəlman Liseyində təhsil alaraq təqaüd aldı. Məktəbi bitirdikdən sonra Qambiya enerji şirkəti olan "Alhagie Musa Njie & Sons"-da çalışdı və satış meneceri vəzifəsindək yüksəldi. 2000-ci illərin əvvəllərində Londona köçdü, burada daşınmaz əmlak üzrə təhsil aldı. yni zamanda, təhsilini maliyyələşdirmək üçün yerli "Argos" mağazasında mühafizəçi olaraq çalışdı. Daha sonra bu təcrübələri formalaşdırıcı olaraq xarakterizə edərək "Həyat bir prosesdir və İngiltərə bugünkü insan olmağıma kömək etdi. Gündə 15 saat çalışmaq insanı qurur" dedi.[3]
Berrou Qambiyaya qayıtdı və 2006-cı ildə "Majum Real Estate"-i qurdu və 2006–2016-cı illərdə şirkətin baş icraçı direktoru oldu. 12 iyun 2019-cu ildə Afrika Yol İnşaatçıları Babacar Ndiaye Mükafatı olan "The Great Builder Super Prize" mükafatını aldı. Bu, Seneqambiya körpüsünün tikintisindəki lider fəaliyyətinə görə verildi. Berrou siyasi fəaliyyətinə indiki Turizm və Mədəniyyət Naziri Hamat Bahin başçılıq etdiyi Milli Barışıq Partiyasından, Qambiya Demokratik Konqresinin hazırkı lideri Mamma Kandeh ilə başladı. Lakin 2007-ci ildə Bah hakim VYTİ-a keçmiş həmkarı Mamma Kandehə qarşı yarışmamağı məsləhət görəndə MBP ilə yollarını ayırdı və BDP-a qoşuldu. Kandeh seçkilərində məğlub oldu və Berrou 2016-cı ildə Qambiya Prezidenti seçilənə qədər aşağı profil tutdu.
Berrou müsəlmandır və inancının həyatına və siyasətinə rəhbərlik etdiyini söyləyir. Çoxarvadlılıq ilə məşğul olur və Fatu Ba və Sarco Mballu adlı iki həyat yoldaşı var. Hər iki həyat yoldaşı fula etnik qrupundandır. Həyat yoldaşları ilə birlikdə yaşayan dörd övladı var. Səkkiz yaşlı oğlu Həbibu Berrou 15 Yynvar 2017-ci ildə it qalmasından öldü. Berrou QADİB məsləhətləşmələri üçün Seneqala səfər etməsi səbəbindən oğlunun dəfn mərasiminə qatıla bilmədi.[4]
İngiltərənin "Arsenal" futbol klubunun azarkeşidir. Komandaya dəstəyi 2000-ci illərin əvvəllərində İngiltərədə ikən başladı.[5]
30 oktyabr 2016-cı ildə Berrou yeddi müxalifət partiyasından ibarət koalisiya tərəfindən 2016-cı il Qambiya prezident seçkiləri üçün təsdiq edilmiş namizəd olaraq seçildi. Prezidentliyə namizəd olmazdan əvvəl, Berrou heç vaxt yüksək vəzifə tutmamışdı, lakin Birləşmiş Demokrat Partiyasının xəzinədarı idi. Koalisiya 2016-ın tam dəstəyi ilə müstəqil olaraq seçkilərə qatılmaq üçün 3 noyabrda BDP-dan istefa verdi.[6]
Kampaniya zamanı Qambiyanı Millətlər Birliyinə üzvlüyünə və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına qaytaracağına söz verdi. O, həmçinin peşəkar şəxslərin sayını artırmağa və təhlükəsizlik qüvvələrində islahatlar aparacağına söz verdi. Müxalifət koalisiyasından olan üzvlərdən ibarət müvəqqəti keçid hökuməti quracağını və üç il ərzində istefa verəcəyini söylədi.[7]
Seçkilərdə Berrou Yəhya Cammeh və üçüncü partiyanın namizədi Mama Kandehi məğlub edərək 43,34% səslə qalib gəldi.[8]
Əvvəlcə Cammeh gücün sülhlə təhvil veriləcəyini bildirdi. Lakin 9 dekabr cümə günü televiziya yayımında seçkinin nəticəsini "tamamilə" rədd etdiyini bildirdi. Bu həm milli, həm də beynəlxalq narazılıqla qarşılandı. BMT Təhlükəsizlik Şurası Cammehi "Qambiya suveren xalqının seçiminə hörmətlə yanaşmağa" çağırdı və Afrika Birliyi Cammehin bəyanatını "etibarsız" elan etdi, Cammehin istefa etməməsi ABŞ, qonşu Seneqal, QADİB tərəfindən tənqid edildi. Təhlükəsizliyindən qorxan Berrou Cammehi istefa verməyə çağırarkən Qambiyadan Seneqala qaçdı. Cammeh Ali Məhkəməyə seçkilərlə bağlı şikayət etdi. Ali Məhkəmənin Baş Məhkəməsi məhkəmənin ən azı dörd ay daha işə baxa bilməyəcəyini bildirəndə Cammeh Berroun prezident olaraq and içməsini əngəlləmək üçün fövqəladə vəziyyət elan etdi.[9]
Berrou daha sonra 19 yanvar 2017-ci ildə Qambiya Respublikasının Seneqalın paytaxtı Dakar şəhərində yerləşən səfirliyində Qambiya Prezidenti olaraq and içdi. Eyni gün Seneqal, Nigeriya və Qanadan olan hərbi qüvvələr quru, dəniz və hava qüvvələri ilə Cammehi postunu tərk etməyə məcbur etdi. Qambiya hərbi qüvvələri yalnız Cammehin iqamətgahı Kanilai yaxınlığında təcrid olunmuş kiçik toqquşmalarla qarşılaşan müdaxiləyə qarşı çıxdılar. Qruplaşma hücumu bir neçə saatdan sonra dayandırdı və Cammehə istefa vermək üçün son şans verdi. Yanvarın 21-də Cammeh sürgünə göndərildi.[10]
Yanvarın 26-da Berrou Qambiyaya qayıtdı, təxminən 2.500 QADİB əsgəri ölkəni sabitləşdirmək üçün orada qaldı. Berrou QADİB qoşunlarının altı ay qalmasını istədi. Yüzlərlə insan Banjul Beynəlxalq Hava Limanında onu evində qarşılamaq üçün gözləyirdi. Berrounu hərbi rəsmilər və koalisiya hökumətinin üzvləri də qarşıladılar.[11]
18 fevral 2017-ci ildə Berrou Qambiya daxilində, paytaxt Banjul yaxınlığındakı Bakau İstiqlal Stadionunda keçirilən açılış mərasimində ikinci dəfə and içdi.[12]
28 yanvar 2017-ci ildə Berrou kabinet seçimlərinin vəzifələrinə başlamazdan əvvəl aktivlərini bəyan etməli olduqlarını açıqladı. 18 nazirdən 10-u 1 fevralda Berrounun müvəqqəti iqamətgahı "Kairaba Beach Hotel"-də keçirilən mərasimdə and içdi. Təyinatlar arasında Xarici İşlər Naziri və Maliyyə və İqtisadi İşlər Nazirlərinin önəmli rolları sırasıyla Usaynu Darbo və Amadu Sanne tərəfindən dolduruldu. Qambiya prezidentliyinə ilk qadın namizəd Isatu Turey Ticarət, Regional İnteqrasiya və Məşğulluq Naziri, keçmiş sürgündə olan May Əhməd Fatti isə Daxili İşlər Naziri təyin edildi. Əbubəkr Tambadu Ədliyyə Naziri və Baş prokuror olaraq təyin edildi, lakin and içmə mərasimində iştirak etmədi.[13]
"The Point" koalisiya sazişinin əksinə olaraq, koalisiya partiyası İSXDT üzvlərinin olmadığını qeyd etdi və əlavə təyinatların siyasətçilər deyil, texnokratlar olacağı elan edildi. Həmçinin, feminist fəal Emi Bodjanq Sissoxho Prezident Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Direktoru təyin edildi.[13]
28 yanvar 2017-ci ildə Berrou Qambiyanın rəsmi adının Qambiya İslam Respublikasından Qambiya Respublikasına çevriləcəyini və 2015-ci ildə Cammeh tərəfindən edilən dəyişikliyi geri qaytaracağını açıqladı. 14 fevralda Qambiya Millətlər Birliyinə üzvlüyünə qayıtma prosesinə başladı.[14]
18 fevral 2017-ci ildə açılış nitqində Berrou Yəhya Cammehin repressiv rejimi altında mühakimə olunmadan saxlanılan bütün şəxslərin sərbəst buraxılmasını əmr etdiyini açıqladı. Qambiyanın məşhur "Mile 2" həbsxanasında saxlanılan 171 məhkum azadlığa buraxıldı. Berrou Qambiyanın insan haqları pozuntularına son qoyacağını vəd etdi və Qambiyanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsindən çıxarılmasını da geri çəkdi. 23 martda Ədliyyə Naziri Əbubəkr Tambadu Həqiqət, Uzlaşma və Tazminat Komissiyasının keçmiş Prezident Yəhya Cammeh hökumətinin qurbanlarının ailələrinə təzminat verəcəyini açıqladı.[15]
Berrou 2017-ci ilin fevral ayında Müdafiə Qərargahının rəisi general Osman Badjini və digər 10 yüksək rütbəli şəxsi vəzifəsindən azad etdi. Həbsxana sisteminin direktoru Devid Kolli Yəhya Cammehin rəhbərliyi altında ölüm qrupu olduğu iddia edilən "Jungulars" üzvü olmaqda şübhəli bilinən 9 adamla birlikdə vəzifədən alındı və həbs edildi.[16]
21 sentyabr 2017-ci ildə BMT Baş Məclisindəki ilk çıxışından bir neçə saat sonra Berrou Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakultativ Protokolun bir hissəsi olaraq ölüm cəzasının ləğvi haqqında müqavilə imzaladı. O, həmçinin Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya, İtmişlərin Müdafiəsi haqqında Beynəlxalq Konvensiyanı, İnvestor-Dövlət Arbitrajında Şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyasını və Nüvə Silahlarının Qadağası Müqaviləsini təsdiqlədi.[17]
28 yanvar 2017-ci ildə Berrou ölkənin kəşfiyyat idarəsi olan Milli Kəşfiyyat İdarəsinin adını dəyişdirəcəyini və yenidən quracağını açıqladı. MKİ-in "davam etdirmək məcburiyyətində olan qurum" olduğunu söylədi, lakin "qanunun aliliyini" fikrinə əlavə etdi. O bildirib ki, MKİ əməkdaşlarına əlavə təlimlər veriləcək. Yanvarın 31-də Berrou MKİ-in Dövlət Kəşfiyyat Xidmətləri adlandırılacağını bildirdi. Ertəsi gün MKİ baş direktor Yankuba Badjini vəzifəsindən azad etdi və onun yerinə keçmiş MKİ direktor müavini Musa Dibbanı təyin etdi. Berrou da MKİ-in hüquq-mühafizə funksiyalarını əlindən aldı və bütün MKİ saxlama mərkəzlərini müvəqqəti olaraq polis məmurları ilə doldurdu. Berrounun islahatları çərçivəsində MKİ-in keçmiş rəhbəri Yankuba Badji və əməliyyat direktoru Şeyx Ömər Cenq insan haqlarını pozmaqda günahlandırılaraq 20 fevralda tutuldu və potensial səlahiyyətlərindən sui-istifadə etmələri araşdırıldı.[18]
Cammeh tərəfindən tətbiq olunan qumar qadağası investorları cəlb etmək və məşğulluq imkanları yaratmaq məqsədilə 2017-ci ilin may ayında Berrou tərəfindən ləğv edildi. Landinq Kintehi 2010-cu ildə Prezident Cammeh tərəfindən təyin edilən Yankuba Sonkonu vəzifəsindən kənarlaşdıraraq Sonkonun xarici və diplomatik missiyalara təyin edilməsi ilə yeni polis baş müfəttişi təyin etdi. Polis baş müfəttişinin müavini Osman Sove komissar vəzifəsinə endirildi və yerinə digər komissar Mamud Cobe təyin edildi. Cammehin prezidentliyi dövründə sui-istifadə ittihamı ilə məhkum edilmiş Köçkünlük Xidmətinin keçmiş baş direktoru Buba Sanqniya vəzifəsinə bərpa edildi.[19]
2017-ci ilin fevral ayında Berrounun ilk xarici siyasi addımlarından biri Cammehin 2016-cı ilin oktyabr ayında Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarını ləğv etməsi oldu. Hökumətin "insan hüquqlarının təbliğinə" və "Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsində təsbit edilmiş prinsiplərə" sadiqliyini ifadə etməsi Xarici İşlər Nazirinin 10 fevralda göndərdiyi məktubla rəsmiləşdirildi.[20]
Qambiya 1970-ci ilin aprelindən 2013-cü ilin oktyabrınadək olduğu kimi yenidən Millətlər Birliyinə qayıtdı və 8 fevral 2018-ci ildə Berrou Birlik Hökumət Başçısı oldu.
Berrou hakimiyyətə gəldikdə dəstəklədiyi koalisiyaya konstitusiyada nəzərdə tutulan tam beş illik səlahiyyət müddətini yerinə yetirməkdənsə, üç il sonra yeni seçkilər təşkil edəcəyini söylədi.[21]
Berrou daha sonra bu vədi ləğv etdi. 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlində Qambiyada "3 illik Cotna Əməliyyatı" və ya "Üç İl Yetər" kimi tanınan hərəkatda Berrounun üç ildən sonra istefa verməsini tələb edən geniş etirazlar oldu. Təhlükəsizlik rəsmilərinin həddindən artıq güc tətbiq etməsi iddiası ilə etirazlar zamanı yüzlərlə etirazçı tutuldu, çox sayda insan yaralandı və üç nəfər öldü.[22]
Qambiya hökuməti etiraz hərəkatını "təxribatçı, zorakı və qanunsuz hərəkət" olduğunu bildirərək qadağan etdi. "Agence France-Presse"-dən Emil Ture etirazlarla əlaqədar reportajda etirazçının "Berrou istefa verənə qədər etiraz edəcəyik", digərinin isə "Gedək Adama Berrou və ailəsinə aid olan hər şeyi yandıraq" dediyini söylədi.[21]
Berrou etirazlara "Heç kim məni 2021-ci ildən öncə prezidentlikdən getməyimə məcbur edə bilməz" deyərək cavab verdi və "Beş illik Cotaqul" kimi tanınan qrup Berrounun tam beş illik müddət qalmasını dəstəklədi. Ceyson Berk "The Guardian"-da Berrounun konstitusiyanın tam beş illik müddətə xidmət etməsini tələb etməsini dəstəklədiyini söylədiyini bildirdi.[23]
Berrounun Qambiyadaki ikinci ən böyük etnik qrup olan fula etnik qrupunun üzvü olduğu bildirildi. Atasının etnik mənsubiyyətinə əsaslanan, lakin daha çox sosial və mədəni baxımdan fulalar ilə eyniləşdirilən mandinka olduğu bildirildi. Lakin Saca Seyin Bansanqdakı bacısı ilə etdiyi yerli radio müsahibəsi onların fula olduğunu təsdiqlədi. Babalarının Seneqalın Futa-Toro şəhərindən olduğunu məlum oldu. Berrou Qərbi Niaminadakı görüşdə fula olduğunu söylədi. Əsasən fuların yaşadığı kənddə fula dilində danışaraq böyüdü və hər iki həyat yoldaşı da fula kökənli oldu.[24]
Qambiya xalqları üzərində olan fikirləri soruşulduqda etnik mənşəyinin qarışıq olduğunu və tayfaçı olmadığını söylədi.