Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ariari
Ariari - Madaqaskarın pul vahidi.
Abxaziya apsarı
Abxaziya apsarı (abx. Aҧсар) — Abxaziyanın pul vahidi. Abxaziya Respublikası Milli Bankı tərəfindən buraxılır. Bu pul vahidi ilə yanaşı Abxaziyada Rusiya rublu da istifadə olunur. Bir Rusiya rublu 0.10 apsardır. İndiyə qədər ancaq 1, 2, 10, 20, 25, 50, 100 apsarlıq pullar tədavülə buraxılıb. Abxaziya pulları Moskvada istehsal olunur. Pulun istifadəsi xeyli məhduddur. İlk Abxaziya apsarı 2008-ci ildə hazırlanıb. 10 apsar gümüşdən hazırlanır, 25 və 50 apsar isə qızıldan düzəldilir.
Benoist Apparu
Benoist Apparu(24 noyabr 1969[…], Tuluza) - Fransız mərkəz sağ siyəsətçi, keçmiş nazir.
Apia
Apia — Samoanın yeganə şəhəri və paytaxtı. == Əhalisi, dil və dini == Əhalisi 35 min nəfərdən çoxdur. Şəhərdə əsasən м samoalılar (93 %), avropalılar və avropa-polineziya qarışığı olan insanlar yaşayır. Rəsmi dillər samoa və ingilis dilləridir. Dini inancları olanlar əsasən protestantlar (50 %) və katoliklərdir (45 %). == Mənbə == Samoa Starts Daylight Saving Time in 2009 Словарь географических названий зарубежных стран. — 3-е изд. перераб. и доп. — М.: Недра, 1986.
Apqar şkalası
Apqar şkalası - yenidoğulmuş uşağın klinik vəziyyətini tez bir zamanda qiymətləndirmək üçün tətbiq olunan bir sistemdir. Bu şkala ilk olaraq 1952 ci ildə ABŞ anesteziologu Virciniya Apqar tərəfindən tərtib edilmişdir. 1958 ci ildənisə geniş tətbiqini tapmışdır. Virciniya Apqar Is my Baby All Right? kitabında yazırdı: Appearance — xarici görünüşü (dərinin əngi); Pulse (Heart Rate) — Ürək döyünüləri (dəqiqəlik sayı); Grimace (Response to Stimulation) — qrimasa, qıcığa qarşı reaksiya; Activity (Muscle Tone) — hərəkət aktivliyi, əzələ tonusu; Respiration — tənəffüs hərəkətləri. Apqar şkalasına görə yenidoğulmuş uçun 9-10 bal normal, 5-8 bal təhlükəli, 5 dən az həyati təhlükəli göstərici hesab olunur. == İstinadlar == Virginia Apgar: A proposal for a new method of evaluation of the newborn infant. In: Curr. Res. Anesth.
Future Diary
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.
Qonio Apsar
Qonio Apsar (gürc. გონიოს ციხე, əvvəllər Apsare və ya Asparunt adlanmışdır) — Gürcüstanda tarix-memarlıq muzeyi; Batumidən 15 km cənubda yerləşən qədim abidələrdən biri; qədim şəhər-qala. == Tarixi == Tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər-qala rolunu oynayırdı. Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz olmuşdur. Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur. XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır. 1994-cü ildən muzey kimi fəaliyyət göstərir. Bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntı işləri aparılmışdır. Muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır. Muzeydə həmçinin müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri də saxlanılır.
Diary 001
Diary 001 — amerikalı müğənni-bəstəkar Clairo-nun debüt mini-albomu. Bu, onun Claire Cottrill adı altında buraxdığı bir sıra demolar və birgə əməkdaşlıq relizlərindən sonra gəlir, və ümumilikdə onun on ikinci mini-albomudur. Mini-albom 25 may 2018-ci ildə Fader Label tərəfindən buraxılıb. == Fon == Clairo karyerasına 2014-cü ildə "Do U Wanna Fall in Love?" adlı mini-albom buraxaraq başlayıb. O, bu mini-albomu Bandcamp üzərindən doğum adı Claire Cottrill adı altında buraxmışdı. Bundan sonrakı illər ərzində o, daha səkkiz demo mini-albom və iki birgə əməkdaşlıq mini-albomu təqdim etdi. 2017-ci ildə Fader Label ilə müqavilə bağladıqdan sonra o, yeni adı Clairo altında ilk buraxılışı olan indi pop sinqlı "Flaming Hot Cheetos"-u təqdim etdi. Bunun ardınca o, "Pretty Girl" sinqlını yayımladı. Bu mahnının musiqi videosu sosial şəbəkələrdə viral oldu. Sözügedən video tamamilə Clairo-nun özü tərəfindən, Massaçusets ştatının Karlayl şəhərindəki yataq otağında lentə alınıb.
Piay burnu
Piay burnu (malay Tanjung Piai) — Malay yarımadasının cənub qurtaracağında yerləşir. Üstəlik burun Avrasiya materikinin ucqar cənub nöqtəsini təşkil edir. Burun Malayziya ərazisində yerləşir. Onun qurtaracağında abidə ucaldılmışdır. Piay burnu Sinqapurdan 30 km qərbdə yerləşir.
Özünlə apar
Özünlə apar — Azərbaycan müğənniləri Fahree və İlkin Dövlətov tərəfindən 2024-cü ildə ifa edilmiş mahnı. Fahree də daxil olmaqla, mahnının yazılmasına altı müəllif iştirak etmişdir. Mahnı, 2024 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edir. == Yazılması == "Özünlə apar" mahnısının musiqi və sözləri Fahree, Edqar Ravin, Həsən Haydər, Mila Miles və Mado Salikh tərəfindən yazılmışdır. Mahnının sözlərində həm ingilis, həm də Azərbaycan dilləri istifadə olunmuşdur ki, bu da onu, Azərbaycan dilində təqdim olunan ilk Avroviziya mahnısı edir. 7 mart 2024-cü ildə Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində Fahree tərəfindən təmsil olunacağı elan edilmişdir. Mahnı 15 mart 2024-cü ildə təqdim edilmiş, elə həmin gün mahnının səhnə performans videosu yarışmanın rəsmi YouTube kanalına yüklənmişdir. Növbəti gün mahnı qlobal strim-servislərdə təqdim olunmuşdur. == Avroviziya Mahnı Müsabiqəsi == === Milli mahnı seçimi === Azərbaycanın 2024 Avroviziya Mahnı Müsabiqəsində iştirakı İctimai TV tərəfindən 14 iyul 2023-cü ildə təsdiqlənmiş, 30 sentyabr 2023-cü ilə kimi isə iştirakçı mahnılar qəbul edilmişdir. Aralarında Fahree-nin də olduğu iştirakçının canlı dinləmələri 29 oktyabr 2023-cü ildə baş tutmuşdur.
Təkcə adanı özünlə apara bilməzsən...
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Onu Yunan Teatrına apar
Onu Yunan Teatrına apar (ing. Get Him to the Greek) — Nikolas Stollerin rejissorluğu ilə 2010-cu ildə çəkilmiş amerikan komediya filmi. Bu Stollerin 2008-ci ildə ekranlara çıxan "Sara Marşallı unutmaq" filminin spin-offudur. Stoller əvvəlki filmdə olduğu kimi bu filmdə də Cadd Apatou ilə birlikdə işləmişdir. Filmin baş rollarında Rassel Brend və Cona Hill çıxış edir. Film Los-Ancelesdə yerləşən Yunan Teatrında baş tutacaq konsertə məşhur rok ulduzu Aldous Snow-u gətirmək tapşırığı alan musiqi şirkəti işçisi Aaron Qrindən bəhs edir. Filmdə onlar səyahət zamanı yol boyu müxtəlif maneələr və gülməli bədbəxt hadisələrlə qarşılaşırlar. == İstinadlar == == Xarici keçidlər == Onu Yunan Teatrına apar — Internet Movie Database saytında.
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.