Apqar şkalası

Vircinya Apqar

Apqar şkalası - yenidoğulmuş uşağın klinik vəziyyətini tez bir zamanda qiymətləndirmək üçün tətbiq olunan bir sistemdir. Bu şkala ilk olaraq 1952 ci ildə ABŞ anesteziologu Virciniya Apqar tərəfindən tərtib edilmişdir[1]. 1958 ci ildənisə geniş tətbiqini tapmışdır.

Virciniya Apqar Is my Baby All Right? kitabında yazırdı:

" Doğuş həyatın ən qorxulu anıdır […] müvafiq tədbirləri görmək üçün, yenidoğulmuşun sağlamlığı, meydana çıxan bütün xəstəlik əlamətləri dərhal qymətlədirilməli. "
Kriteriyalar 0 bal 1 bal 2 bal
Ürək döyüntüsü yoxdur <100/dəq. >100/dəq.
Tənəffüs yoxdur qeyri mütəmadi, səthi mütəmadi, uşaq ağlayır
Refleks yoxdur çox zəif, qırışmış uşaq çığırıır
Əzələ tonusu süst ətrafları yüngül bükük ətrafları aktiv hərəkətli
Dərinin əngi göy, avazımıış gövdəsi çəhrayı, ətrafları göy tam bədəni çəhrayı
  • Appearance — xarici görünüşü (dərinin əngi);
  • Pulse (Heart Rate) — Ürək döyünüləri (dəqiqəlik sayı);
  • Grimace (Response to Stimulation) — qrimasa, qıcığa qarşı reaksiya;
  • Activity (Muscle Tone) — hərəkət aktivliyi, əzələ tonusu;
  • Respiration — tənəffüs hərəkətləri.

Apqar şkalasına görə yenidoğulmuş uçun 9-10 bal normal, 5-8 bal təhlükəli, 5 dən az həyati təhlükəli göstərici hesab olunur.

  1. "The Virginia Apgar Papers". 2009-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-01.