Qonio Apsar

Qonio qalası

Qonio Apsar (gürc. გონიოს ციხე, əvvəllər Apsare və ya Asparunt adlanmışdır) — Gürcüstanda tarix-memarlıq muzeyi[1]; Batumidən 15 km cənubda yerləşən[2] qədim abidələrdən biri; qədim şəhər-qala.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qonio qalasının qapısı

Tarixi eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən Qonio Apsar qalası, erkən orta əsrlərdə bura romalıların yaşadığı şəhər-qala rolunu oynayırdı.[1] Ərazisi 5 hektara yaxın olan bu qala romalılar üçün strateji siyasi və mədəni mərkəz olmuşdur.[1]

Orta əsrlərdə isə bu qala bizanslıların, daha sonra isə Osmanlı imperiyasının tərkibinə daxil olmuşdur.[1] XIV əsrdə burada Gürcü knyazlığı yaradılmışdır.[1]

1994-cü ildən muzey kimi fəaliyyət göstərir.[1] Bu ərazidə müxtəlif vaxtlarda alimlərin iştirakı ilə geniş arxeoloji qazıntı işləri aparılmışdır.[1]

Muzeyin ən maraqlı yerlərindən biri burada mövcud olan saxsı su kəmərinin qalıqlarıdır.[1] Muzeydə həmçinin müxtəlif dövrlərə aid pul sikkələri, qızıl və gümüşdən hazırlanan bəzək əşyaları, qədim yunan və Roma dövrlərinə aid keramika nümunələri də saxlanılır.[1]

Şəkilləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA BATUMİDƏ QONİO APSAR TARİX-MEMARLIQ MUZEYİNDƏ OLMUŞDUR Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. azertag.az, 18.07.2010.  (az.)
  2. Оконце с видом на Батуми

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]