Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ATGTİ
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ və ya Tələbə İttifaqı) Azərbaycanın 101 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biridir. ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır. İttifaqın əsası 20 noyabr 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək olmaq, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsi ilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Qatıqotu
Qatıqotu (lat. Galium) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
İtotu
İtotu (lat. Marrubium) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == İtotu:The Plant List saytında takson barədə məlumat.
Arqatu (Həştrud)
Arqatu (fars. عرقطو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 182 nəfər yaşayır (37 ailə).
Bataqlıq qatıqotu
Bataqlıq qatıqotu (lat. Galium palustre) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Galium palustre var. genuinum Cout. Rubia palustris (L.) Baill.
Dolaşıq qatıqotu
Dolaşıq qatıqotu (lat. Galium humifusum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Hibrid çatıotu
== Təbii yayılması: == Vətəni Cənubi Amerikadır. == Botaniki təsviri: == Hündürlüyü 2 m-ə qədər olan, müxtəlif növlərin çarpazlaşması nəticəsində alınan, çox budaqlanan həmişəyaşıl koldur. Yarpaqları iri, ağcaqayınşəkilli, kənarı dişli, açıq yaşıl rənglidir. Yarpaqları növbəli, yumurtaşəkilli və ya ürəkşəkilli, ucu biz, üç-beş hissəli, kənarları dişli, yumşaq tüklü, yaşıldır. Bəzi bağ formalarında yarpaqları sarımtıl-yaşıl, uzun saplaqlıdır. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, iri, uzun çiçək saplaqlarında sallanan, kasaşəkilli, rəngi ağ, sarı, çəhrayı və ya qırmızıdır. Kasacığı 5 dişlidir. == Ekologiyası: == Az miqdarda günəş şüalarına dözür. Suvarılma yazdan - payıza qədər bol, qışda isə az olmalıdır. İki həftədən bir yaz-yay aylarında maye gübrə verilir.
Üçbuynuz qatıqotu
Üçbuynuz qatıqotu (lat. Galium tricornutum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
İlişkən qatıqotu
İlişkən qatıqotu (lat. Galium aparine) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Şimal qatıqotu
Şimal qatıqotu (lat. Galium boreale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Əsl qatıqotu
Əsl qatıqotu (lat. Galium verum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Asterophyllum galium K.F.Schimp. & Spenn. Galium floridum Salisb. Galium verum subsp. euverum Hyl. Galium verum var. typicum Rouy Rubia vera (L.) Baill.
Ətirli qatıqotu
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Adi itotu
Adi itotu (lat. Marrubium vulgare) və ya Dovşan topuğu — i̇totu cinsinə aid bitki növü. == Sinonim == Marrubium album Garsault [Invalid] Marrubium apulum Ten. Marrubium ballotoides Boiss. & Balansa Marrubium germanicum Schrank ex Steud. Marrubium hamatum Kunth Marrubium uncinatum Stokes Marrubium vaillantii Coss. & Germ. Marrubium vulgare subsp. apulum (Ten.) H.Lindb. Marrubium vulgare var.
Adron atomu
Adron atomu – mənfi yüklənmiş adronlu (π- -, κ-- mezonlar, antiproton və s.) mezoatom. Adron atomları-kulon cazibəsi hesabına müsbət yüklənmiş nüvənin mənfi adronu tutub saxlayan atomabənzər sistemdir. Pion (π-), kaon (κ-), antiproton və hiperon atomları müşahidə olunmuşdur. A.a.-nın öyrənilməsi həm adron və həm də nüvə (adronun kütləsi və maqnit momenti, nüvədə maddənin paylanması, adron və nüvənin polyarlaşması), həmçinin onların qarşılıqlı təsiri (nüvənin adronu səpməsi və udması) haqqında məlumat verir. A.a. maddədə mənfi adronun yavaşıması ilə yaranır. Adron atom tərəfindən tutulur və baş kvant ədədi n›(m\m4)½ olan yüksək həyəcanlanmış hal yaranır, adronun kütləsi, elektronun kütləsidir. Atomun həyəcanlanması çoxsaylı, ardıcıl oje-keçidlər və adronun rentgen şüalanması ilə müşayiət olunan bir səviyyədən digərinə elektrik dipol keçidləri hesabına aradan qalxır. Bu zaman dairəvi orbitlərin məskunlaşması üstünlük təşkil edir. Adron halı n-nin kiçik qiymətlərinə çatanda güclü qarşılıqlı təsir effektləri əhəmiyyətli olur, bu isə adronun nüvə tərəfindən tutulmasına səbəb olur.
Aqota Kristof
Aqota Kristof (mac. Ágota Kristóf; 30 oktyabr 1935[…] – 27 iyul 2011[…], Nevşatel[d]) — İsveçrədə yaşamış və fransızca əsərlər yazmış Macarıstan yazıçısı. 1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür. == Həyatı == Aqota Kristof Macarıstan krallığının Çikvand şəhərində 1935-ci ilin 30 oktyabrında anadan olmuşdur. 1956-cı il Macar inqilabı zamanı 21 yaşında olan Aqota ərinin anti-sovet fəaliyyətinə görə 4 aylıq uşağı ilə Macarıstanı tərk etməyə məcbur olmuşdur. Macarıstan mühacirətə gedən ailə İsveçrənin Nevşatel şəhərinə yerləşmişdi. Burada 5 il əziyyətlə yaşadıqdan sonra Aqota həyat yoldaşından ayrılmış və fransız dilini öyrənməyə başlamışdır. Elə bu illərdə də fransızca romanlar yazmağa başlamışdır. == Yaradıcılığı == Aqota bədii yaradıcılıqla məşğul olduğu ilk illərdə şerlər yazmışdır (John et Joe, Un rat qui passe). Lakin onun heç bir əsəri trilogiyası qədər səs-səda salmamışdır.
Kiçik itotu
Kiçik itotu - (lat. Marrubium nanum Knorr.) Dalamazkimilər – (Lamiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Status - NT == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi tək, budaqlanmayan, tüklü, 9-25 sm hündürlüyündədir. Gövdə yarpaqları saplaqlı, tərs-yumurtavari, dişcikli, üst yarpaqlar xırda, üst tərəfdən yaşıl, tüklü, alt tərəfdən açıq rənglidır. Çiçək dəstələri çoxçiçəkli, aralı düzülmüş, çiçəkaltlıqları bizvari, uzuntükcüklü, kasacığın borucuğunun uzunluğuna bərabərdir. Kasacıq 5 dişciklidir, üçbucaqvarıi-bizşəkilli dişciklər ilə örtülür, 2-2,5 dəfə boruuqdan qısadır, damarların üzəri tklüdür. Çiçək tacı açıq çəhrayı rəngli, kasacıqdan çıxandır. Üst dodaq ikidilciklidir, üçdilcikli alt dodaqda orta dilcik daha iri və yumrudur.
Rokas atolu
Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir. Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir.
Attu adası
Attu adası (ing. Attu Island, aleut. Atan) — Aleut adaları arxipelaqına daxil olan Near adaları qrupunun ən qərb və ən böyük adası. İnzibati cəhətdən bütün Aleut adaları kimi o da ABŞ-nin Alyaska ştatının bir hissəsidir. == Coğrafiya == Attu Alyaskanın və bütün ABŞ-nin ən qərb nöqtəsidir. Adadan Kamçatkaya (Afrika burnu) ən qısa məsafə 690 km, Alyaskanın materik hissəsinə qədər olan məsafə 1534 km-dir. Attu təxminən 66 km uzunluğa və 28 km enə malikdir. Sahəsi 892.795 km²-dir. == Tarix == Brokhauz və Efronun ensiklopedik lüğətinin məlumatına görə, Attu adasını 1745-ci ildə Evdokim gəmisi ilə oraya gələn Mixail Vasilyeviç Nevodçikov kəşf edib. Bununla belə daha müasir araşdırmalara görə, ada 1742-ci ildə Vitus Berinqin İkinci Kamçatka ekspedisiyası zamanı kapitan-komandir Aleksey Çirikov tərəfindən kəşf edilmişdir ("yerini dəqiq aydınlaşdırmışdır").
Odri Totu
Odri Totu (fr. Audrey Tautou [odʁɛ totu]) (9 avqust 1976, Bomon) — Fransalı aktrisa. Populyarlıq ona "Ameli" (2001), "Da Vinçi şifrəsi" (2006) və "Koko do Şanel" (2009) filmlərində almış baş rolları gətirdi. == Həyatı == Odrinin atası diş həkimi, anası isə savadsızlığa qarşı Assosiasiyasının üzvü idi. Uşaqlıqda Odri biologiya ilə çox maraqlanırdı, ancaq valideynləri ona oxuduğu liseydə teatr təlimlər dərslərinə getməyi məsləhət gördülər. Odri fortepiano və qoboy dərsləri üzrə musiqi məktəbini bitirib. Alman və ingilis dillərini yaxşı bilir. Onun boyu 160 sm.-dir. == Filmoqrafiya == 1996: Cœur de cible (TV) 1997: La vérité est un vilain défaut (TV) 1998: Bébés boum (TV) 1998: Chaos technique (TV) 1998: Kastinq: Archi-iyrənc 1998: Köhnə hasar 1999: Le Boiteux: Baby blues (TV) 1999: Ölmək kədərlidir 1999: Venera gözəllik salonu (Vénus beauté (institut)) 2000: Əxlaqsız (film, 2000) (Le libertin) 2001: Tanrı böyükdür, mən - balaca (film, 2001) (Dieu est grand, je suis toute petite) 2001: Ameli (Le fabuleux destin d’Amélie Poulain) 2002: Çirkli yaraşıq (film, 2002) (Dirty Pretty Things) 2002: Sevir...sevmir?