Rokas atolu

Rokas atolu (port. Atol das Rocas) — Atlantik okeanın ərazisində Braziliyaya məxsus Riu-Qrandi-du-Norti ştatı ərazisində, Natal şəhərindən 260 km şimal-şərqdə, Fernandu-di-Noronya arxipelaqından 145 km şimal-qərbdə yerləşir.

Santa-Katarina adası
port. Atol das Rocas
Ümumi məlumatlar
Sahəsi 0,36 km²
Hündür nöqtəsi 6 m
Əhalisi 0 nəfər (2013-cü il)
Yerləşməsi
3°52′00″ c. e. 33°49′00″ q. u.HGYO
Ölkə  Braziliya
Santa-Katarina adası xəritədə
Santa-Katarina adası
Santa-Katarina adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atol vulkanik mənşəyə malikdir. Atlantik okeanın[1] cənubunda yerləşən yeganə atoldur. Sahəsinə görə dünyanın ən böyük atollarından biridir.

Atoll ovalvari formaya malik olub, 3,7 km uzunluğa, 2,5 km enə malikdir. Daxilində yerləşın laqunun 6 metr dərinliyi vardır. Sahəsi 7,1 km²-dir (laqun). Atolla daxil iki adanın sahəsi (Cemitério cənub-qərbdə, Farol Cay şimal-qərbdə) 0,36 km² təşkil edir. Farol Cay adasında ən hündür nöqtə 6 metrdir. Əsasən mərcanlarla örtülüdür. Hər iki adada ot, kol və bir necə palma bitir. Burada yengəc, hörümcək, əqrəb, böcək və dəniz quşları yayılmışdır. Sularında tısbağa, delfin və köpək balığını görmək olar.

Atoll qoruq ərazisidir. 2001-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Yaşayış məntəqələrindən uzaqda yerləşməsi toxulnulmazlığına səbəb olmuşdur.

Ata ilk dəfə 1503-cü ildə Gonçalo Coelho gəmisinin batması zamanı aşkarlanmışdır. Adada 1960-cı illərdən. Hərbi mayak fəaliyyət göstərir. Onun yaxınlığında isə tərk edilmiş mayak vardır (1933-cü ildə inşa efilmişdir.

  1. Amado-Filho, G. M.; və b., The mesophotic zone of the only South Atlantic Atoll is dominated byrhodolith beds // Aguirre, Julio (redaktor), IV International Rhodolith Workshop, Granada, Spain: Universidad de Granada, Facultad de Ciencias, 2012-09-17, 10–11 (#accessdate_missing_url)