Kiçik itotu - (lat. Marrubium nanum Knorr.) Dalamazkimilər – (Lamiaceae Lindl.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür.[1][2]
Regional IUCN Status - NT
Çoxillik ot bitkisidir. Gövdəsi tək, budaqlanmayan, tüklü, 9-25 sm hündürlüyündədir. Gövdə yarpaqları saplaqlı, tərs-yumurtavari, dişcikli, üst yarpaqlar xırda, üst tərəfdən yaşıl, tüklü, alt tərəfdən açıq rənglidır. Çiçək dəstələri çoxçiçəkli, aralı düzülmüş, çiçəkaltlıqları bizvari, uzuntükcüklü, kasacığın borucuğunun uzunluğuna bərabərdir. Kasacıq 5 dişciklidir, üçbucaqvarıi-bizşəkilli dişciklər ilə örtülür, 2-2,5 dəfə boruuqdan qısadır, damarların üzəri tklüdür. Çiçək tacı açıq çəhrayı rəngli, kasacıqdan çıxandır. Üst dodaq ikidilciklidir, üçdilcikli alt dodaqda orta dilcik daha iri və yumrudur. Fındıqcıqlar ellipsvari, qonur rənglidir.[3]
Çiçəkləmə dövrü may ayına təsadüf edir.[3]
Naxçıvanın dağlıq hissəsidir.[3]
Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
İqlim və antropogen amillər (otarılma, tapdalanma və otlaqların biçilməsi).[1]
Yeni arealları axtarılmalıdır.