Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Böyələk
Böyələk — heyvanların qanı və bitkilərin şirəsi ilə dolanan iri çibin (iri milçək). İngiliscə bir-neçə adı var - bot flies, warble flies, heel flies, gadflies və sairə. == İstinadlar == == Mənbə == Orucov Ə. və başqaları. "Azərbaycan dilinin izahlı lüğəti". — Bakı: Şərq-Qərb nəşriyyatı, 2006.
Bəyənmə düyməsi
Bəyənmə düyməsi — sosial şəbəkə xidmətləri, internet forumları, xəbər saytları və bloqlar kimi ünsiyyət proqramlarında istifadəçinin müəyyən məzmunu bəyəndiyini, zövq aldığını və ya dəstəklədiyini ifadə edə biləcəyi xüsusiyyət. Bəyənmə düyməsi olan veb-saytlar adətən hər bir məzmunu bəyənən istifadəçilərin sayını və onların tam və ya qismən siyahısını göstərir. Bəzi veb-saytlarda bəyənməmək düyməsi də var, ona görə də istifadəçi lehinə, əleyhinə və ya neytral səs verə bilər. Digər veb-saytlara daha mürəkkəb veb məzmunlu səsvermə sistemləri daxildir. Məsələn, məzmuna daha geniş formada reaksiya göstərmək üçün beş ulduz və ya reaksiya düymələri. == Tətbiqetmələr == === Vimeo === Video paylaşma saytı Vimeo 2005-ci ilin noyabrında bəyənmə düyməsini əlavə etdi. Tərtibatçı Andryu Payl bunu Digg.com saytındakı "digg" düyməsinin iterasiyası kimi təsvir edərək, "Digg-in konseptini bəyəndik, lakin 'Diggs' deməyi istəmədik, buna görə də biz bunu 'Bəyənmələr' adlandırdıq" dedi. === FriendFeed === FriendFeed-də bəyənmə düyməsi 30 oktyabr 2007-ci ildə elan edildi və icmasında populyarlaşdı. FriendFeed 10 avqust 2009-cu ildə Facebook tərəfindən satın alınmazdan əvvəl funksiya Facebook-a inteqrasiya edildi. === Facebook === "Facebook"un bəyənmə düyməsi "bəyənən əl" olaraq dizayn edilib.
Boyəhməd
Boyəhməd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Kənd rayon mərkəzindən 62 km şimal-şərqdə, Əlincə çayının sol sahilində yerləşir. == Tarix və etimologiyası == Kəndin adı qazaxların boyəhmədli tayfasının adından formalaşmışdır, etnotoponimdir. == Coğrafi mövqeyi == Dağlıq ərazidə yerləşir.
Boyəhməd aşırımı
Bəyəhməd aşırımı – Culfa və Ordubad rayonlarının sərhədində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun suayırıcısında aşırım (hünd. 2486,0 m). Boyəhməd kəndindən 2,5 km cənub-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Alt Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ərəfsə sinklinalının nüvə hissəsində yerləşir. Gəzdəyindən şimal-qərb istiqamətli Göygöl-Şahbuzçay dərinlik qırılması izlənilir. Həmçinin, gəzdəyi və cənub-şərq yamacından şimal-şərqə istiqamətlənmiş fay-yerdəyişmələri keçir.
Boyəhməd nekropolları
Bayəhməd nekropolları — Culfa rayonunun Boyəhməd kəndində arxeoloji abidə. == Boyəhməd nekropolu I == Culfa rayonunun Boyəhməd kəndinin cənub qərbində Dərə çayın hər iki sahilində arxeoloji abidə. Hər tərəfdən hündür dağlarla əhatə olunmuşdur. Sahəsi 5000 kv.m-dir. Tikinti işləri görülərkən aşkar edilmişdir (1989). Dağılmış qəbir abidələrindən arxeoloji materialların bir qismi toplanmışdır. 1991-ci ildə arxeoloji ekspedisiya Boyəhməd nekropolunda iki dağılmış və iki salamat qəbir abidəsini öyrənmiş, tapıntıların bir qismini də yeri əhalidən toplayıb Culfa rayon tarix-diyarşünaslıq muzeyinə təhvil vermişdir. Daş qutu qəbirlərdən xeyli bəzək əşyası, tunc xəncərlər, yabalar, zəncir, nizə ucluğu və s. Materiallar aşkar olunmuşdur. Kəşfiyyat işləri nəticəsində qəbirlərin heç bir yerüstü əlamətə malik olmadığı qeyd edilmişdir.
Boyəhməd dərəsi (çay)
Boyəhməddərəsiçay — Culfa rayonu ərazisində çay. Əlincəçayın qolu. == Haqqında == Əlincəçayın mənsəbindən 52 km məsafədə ona tökülür. Uzunluğu 6 km., hövzəsinin sahəsi 7 kv. km-dir. Əsasən bulaq suları ilə qidalanır. == Adının etimalogiyası == Oykonim qazaxların boyəhmədli tayfasının adındandır. Etnotoponimdir.