Boyəhməd nekropolları

Bayəhməd nekropollarıCulfa rayonunun Boyəhməd kəndində arxeoloji abidə.[1]

Boyəhməd nekropolu I

[redaktə | mənbəni redaktə et]

Culfa rayonunun Boyəhməd kəndinin cənub qərbində Dərə çayın hər iki sahilində arxeoloji abidə.[1] Hər tərəfdən hündür dağlarla əhatə olunmuşdur. Sahəsi 5000 kv.m-dir. Tikinti işləri görülərkən aşkar edilmişdir (1989). Dağılmış qəbir abidələrindən arxeoloji materialların bir qismi toplanmışdır. 1991-ci ildə arxeoloji ekspedisiya Boyəhməd nekropolunda iki dağılmış və iki salamat qəbir abidəsini öyrənmiş, tapıntıların bir qismini də yeri əhalidən toplayıb Culfa rayon tarix-diyarşünaslıq muzeyinə təhvil vermişdir. Daş qutu qəbirlərdən xeyli bəzək əşyası, tunc xəncərlər, yabalar, zəncir, nizə ucluğu və s. Materiallar aşkar olunmuşdur. Kəşfiyyat işləri nəticəsində qəbirlərin heç bir yerüstü əlamətə malik olmadığı qeyd edilmişdir. Qazıntı sahəsinin 1 m dərinliyindən başlayaraq insan skeleti qalıqlarına, qəbirin qərb divarı yaxınlığında qərbində-şərqində istiqamətində yönəldilmiş, təpəsi aşağı, üzü yuxarı olan iki kəllə sümüyünə təsadüf edilmiş, altından tunс xənсərlər tapılmışdır, üçüncü kəllə onlar dan 20 sm ara lıda dikinə qoyulmuşdur, dördüncü kəllə cənub divarı yaxınlığında aşkar olunmuş, altından tunc qın tapılmışdır. Skeletlərin ətrafından bəzək şeyləri (bilərziklər, boyunbağılar, üzüklər, asmalar, muncuqlar və s.), qəbirdən isə boz rəngli gil məmulatı (küp, qədəh tipli qablar, kasa, nimçə, badya və s.) əldə olunmuş dur. Tapıntılardan Boyəhməd nekropolunun e. ə. 1-ci minilliyin əvvəllərinə aid olması ehtimal edilir.[2]

Boyəhməd nekropolu II

[redaktə | mənbəni redaktə et]

Culfa rayonunun Boyəhməd kəndindən şimalda ilk Dəmir dövrünə aid arxeoloji abidə. Şərq və cənub şərqdə dərin dərə ilə məhdudlaşan qəbiristanlıq hündür dağın yamacında yerləşir. Nekropol?! 1991-ci ildə tədqiq edilmişdir. Qəbirlər heç bir yerüstü əlamətə malik deyil. Yol çəkilərkən dağıdılmış daş qutu tipli qəbirdən iki tunc bilərzik, tunc bıçaq və gil qab nümunələri aşkar olunmuşdur. Arxeoloji materialların təhlili abidənin e.ə. 1-ci minilliyin əvvəllərinə aid olduğunu göstərir. Boyəhməd nekropolu Culfa rayonunun Bayəhməd kəndindən cənub-qərbdə yerləşir. Nekropol hündür təpənin dağ çayına enən yamacındadır. Tikinti işləri görülən zaman təsadüfən aşkar olunan nekropolda 1989-1991-ci illərdə V.B.Baxşəliyev tərəfindən tədqiqat işləri aparılmış və dörd qəbir abidəsi öyrənilmişdir. Qəbirlər daş qutu tipli olub, yanlarda iri sal daşlarla qurulmuş, üzəri böyük yastı daşlarla örtülmüşdür. Qəbirlər üçün kollektiv dəfn adəti xarakterik olmuşdur. Aşkar edilmiş gil məmulatı, tunc silah və bəzək əşyaları Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Arxeoloji materiallara əsasən, nekropolu e.ə. I minilliyin əvvəllərinə aid etmək olar.[1]

  1. 1 2 3 Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 91. ISBN 5-8066-1468-9.
  2. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 91. ISBN 5-8066-1468-9.
  • Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007
  • Novruzlu Ə.İ., Baxşəliyev V. B., Culfa bölgəsinin arxeoloji abidələri., B., 1999