Boyəhməd aşırımı

Boyəhməd aşırımı
39°32′40″ şm. e. 45°48′40″ ş. u.HGYO
Hündürlüyü2.486 m
Ölkə  Azərbaycan
Bəyəhməd aşırımı (Qafqaz)

Bəyəhməd aşırımıCulfaOrdubad rayonlarının sərhədində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun suayırıcısında aşırım (hünd. 2486,0 m).  Boyəhməd kəndindən 2,5 km cənub-şərqdədir. Orta  Eosenin Lütet mərtəbəsinə aid  Alt Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Ərəfsə sinklinalının nüvə hissəsində yerləşir. Gəzdəyindən şimal-qərb istiqamətli Göygöl-Şahbuzçay dərinlik qırılması izlənilir. Həmçinin, gəzdəyi və cənub-şərq yamacından şimal-şərqə istiqamətlənmiş fay-yerdəyişmələri keçir.[1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.