Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bədirxan Əhmədov
Bədirxan Əhmədov (20 aprel 1955, Gəyliyən, Dmanisi rayonu) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. B. Əhmədov həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiridir.[1] == Həyatı == Bədirxan Balaca oğlu Əhmədov 20 aprel 1955-c ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin) filologiya fakültəsinə daxil olub. 1977-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub. 1977–1982-ci illərdə Sabirabad rayonun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif poleoqraf, baş poleoqraf, şöbə müdiri vəzifələrində çalışıb (1983–1990). 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Sabit Rəhmanın satirası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildən "Vətən səsi", "Cümhuriyyət", "Azərbaycan ordusu" qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib.
Qədirin sorağında
== Məzmun == Kinolentdə doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranından bəhs edilir. == Film haqqında == Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Cəladət Əli Bədirxan
Cəladət Əli Bədirxan (kürd. جەلادەت عالی بەدرخان; 26 aprel 1893, Konstantinopol – 15 iyul 1951, Dəməşq; həmçinin Mîr Celadet adı ilə də tanınır) — kürd diplomat, yazıçı, dilçi, jurnalist və siyasi fəal. İstanbul Universitetində hüquqşünaslıq fakültəsi üzrə magistraturanı bitirən və təhsilini Münhendə tamamlayan Cəladət həmçinin kürdcə, türkcə, farsca, ərəbcə, almanca, fransızca və rusca kimi bir çox dildə danışa bilirdi. Türkiyəni 1923-də cümhuriyyət elan olunduqdan sonra tərk etmişdir. 1927-ci ildə Beyrutda baş tutan bir kürd konfransında Xoybun komitəsi formalaşmışdır. Cəladət şimali kürd dilinin — kurmanc dilinin çağdaş halını orqanizə edən ilk dilçi olması və hal-hazırda rəsmi olaraq istifadə edilən latın əlifbasını dizayn eləməsi ilə məşhurdur. Bu əlifba bəzən kürd dilinin habelə o biri dialektləri üçün də — ərəb, kiril və erməni əlifbalarının əvəzinə işlənir.
Qədirin sorağında (film, 1993)
== Məzmun == Kinolentdə doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranından bəhs edilir. == Film haqqında == Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Bildirçin
Bildirçin (lat. Coturnix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanın dağlıq rayonlarında rast gəlinir.
Adi bildirçin
Adi bildirçin (lat. Coturnix coturnix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədəninin uzunluğu 16-20 sm, kütləsi 80-145 q-a çatır. Gözləri açıq kürən-qonur rəngdə, dimdiyi boz-çəhrayı, ayaqları kürənvarı və ya açıq sarıdır. Üstdən bildirçin paslı-sarı köndələn və uzununa zolaqlı, qonur rəngdədir. Başının rəngi belinə nisbətən daha tünddür. Boğazı paslı-qonur, çinədanı paslı-sarıdır. Gözlərinin üstündən parlaq sarı-qonur, ağzının künclərindən isə kürənvarı zolaq keçir. Rəngində cinsi demorfizm zəif ifadə olunmuşdur.Erkəklərdə qara-qonur xalta vardır. == Çoxalması == Poliqamdır, erkək istənilən dişi ilə cütləşir.
Lal bildirçin
Yapon bildirçini (lat. Coturnix japonica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü. Köçəri quş Mancuriya və Yaponiyanın şimal hissəsində çoxalır. Yaponiyanın cənubunda, Koreya yarımadası və Cənubi Çində qışlayır. Zahirən adi bildirçinə (Coturnix coturnix) bənzəyən yapon bildirçini Yaponiyada XIX əsrin sonu, XX əsrin əvvəllərində əhliləşdirilmişdir və bildirçin fermalarında ən çox olan növdür.
Mavi bildirçin
Mavi (göy) bildirçin və ya Afrika mavi bildirçin ( Synoicus adansonii ) - Cənubda Afrikada rast gəlinən Phasianidae fəsiləsinə aid quş növü. == Taksonomiya == Mavi bildirçin 1851-ci ildə Jules Verreaux və Edouard Verreaux tərəfindən Coturnix adansonii kimi təsvir edilmişdir Fransız təbiətşünası Mişel Adansonun adını daşıyır. Növün mürəkkəb taksonomik tarixi olub, Coturnix, sonra Synoicus, sonra Excalfactoria cinsinə təsnif edilir. Filogenetik dəlillər onun geniş Synoicus- a aid olduğunu təsdiqləyir ki, kral bildirçinlə ( S. chinensis ) yanaşı, Qar Dağları bildirçinləri ( S. monorthonyx ) və qəhvəyi bildirçinlər də ( S. ypsilophorus ) daxildir. BOK Dünya Quş Siyahısı və Dünya Quşlarının Təlimatları indi onu Synoicusda yerləşdirir. Bəzən padşah bildirçin alt növü hesab edilən növ monotipikdir . == Yayılma və yaşayış yeri == Bu növə böyük səharadan cənubda Afrikada rast gəlinir. Sierra Leonedən Efiopiyaya, cənubdan Zambiyaya və şərqdən Keniyaya qədər uzanır. Mavi bildirçin yaşayış yeri quru ərazilərə meyl edir. Əsasən otlaqlarda və tarlalarda məskunlaşan bu quşlar adətən çayların və ya digər su hövzələrinin yaxınlığında yaşayırlar.
Mavi Ölçülü bildirçin
Ölçəkli bildirçin - Mavi Pullu Bildirçin ( Callipepla squamata ), adətən mavi bildirçin və ya pambıq üstü də adlandırılır, Yeni Dünya bildirçinlər ailəsinin bir növüdür . Amerika Birləşmiş Ştatlarının cənub-qərbindəki quraq bölgələrdə Mərkəzi Meksikaya qədər olan mavimtıl boz quşdur. Bu növ Pliosendə ayrılan Callipepla cinsinin erkən qoludur. Adlarını döş və arxa tüklərinin pullu görünüşünə görə almışlar. Quş pullu işarələri ilə yanaşı, pambığa bənzəyən ağ baş üstü ilə asanlıqla tanınır. Yuvalarını adətən ot örtüyü ilə olan boşluqlardan ibarət çuxurlarda qurular. 9-16 xallı yumurta yumurta verilər və narahat olduqda uçmaq yerinə qaçmağa üstünlük verir. Ümumi və geniş yayılmış bu bildirçinlər, IUCN-nin Təhlükədə Olan Növlərin Qırmızı Siyahısında ən az narahatlıq doğuran kimi qiymətləndirilir. == Paylanması və təsnifatı == Pullu bildirçinlər cənub-mərkəzi Arizona, şimal Nyu-Meksiko, şərq-mərkəzi Kolorado, və cənub-qərb Kanzasdan cənubdan qərb Oklahoma və qərb və mərkəzi Texas vasitəsilə Meksikadan şimal-şərqdə Jalisco, Guanajuato, Queretaro, Hidalgo və qərb Tamaulipasda baş verir. O, Kuba, Yamayka, Haiti, Dominikan Respublikası, Puerto Riko və ABŞ- a Havay, mərkəzi Vaşinqton, şərq Nevada və Nebraskada təqdim edilib, lakin yalnız Vaşinqtonun mərkəzində və Nevada şərqində qurulmuş hesab olunur.