Mavi bildirçin

Mavi (göy) bildirçin və ya Afrika mavi bildirçin [2] ( Synoicus adansonii ) - Cənubda Afrikada rast gəlinən Phasianidae fəsiləsinə aid quş növü.

Mavi Bildirçin
Müdafiə Statusu
Elmi təsnifat
Domain: Eukaryota
Kingdom: Animalia
Phylum: Chordata
Class: Aves
Order: Galliformes
Family: Phasianidae
Genus: Synoicus
Species:
S. adansonii
Binomial name
Synoicus adansonii

(Verreaux & Verreaux, 1851)
Synonyms
  • Excalfactoria adansonii
  • Coturnix adansonii
  • Coturnix adansoni

Mavi bildirçin 1851-ci ildə Jules VerreauxEdouard Verreaux tərəfindən Coturnix adansonii kimi təsvir edilmişdir Fransız təbiətşünası Mişel Adansonun adını daşıyır. [3] Növün mürəkkəb taksonomik tarixi olub, Coturnix, sonra Synoicus, sonra Excalfactoria cinsinə təsnif edilir. Filogenetik dəlillər onun geniş Synoicus- a aid olduğunu təsdiqləyir ki, kral bildirçinlə ( S. chinensis ) yanaşı, Qar Dağları bildirçinləri ( S. monorthonyx ) və qəhvəyi bildirçinlər də ( S. ypsilophorus ) daxildir. BOK Dünya Quş SiyahısıDünya Quşlarının Təlimatları indi onu Synoicusda yerləşdirir. Bəzən padşah bildirçin alt növü hesab edilən növ monotipikdir .

Yayılma və yaşayış yeri

[redaktə | mənbəni redaktə et]

Bu növə böyük səharadan cənubda Afrikada rast gəlinir. [2] Sierra Leonedən Efiopiyaya, cənubdan Zambiyaya və şərqdən Keniyaya qədər uzanır. [4] Mavi bildirçin yaşayış yeri quru ərazilərə meyl edir. Əsasən otlaqlarda və tarlalarda məskunlaşan bu quşlar adətən çayların və ya digər su hövzələrinin yaxınlığında yaşayırlar. [4]

Görünüşü və bədən quruluşu

[redaktə | mənbəni redaktə et]

Mavi bildirçinlər adətən uzunluğu 14–16.5 santimetrdir və 43–44 qram ağırlıqları arasında rast gəlinir. [4] Ayaqları sarıdır, gözlərin rəngi yetkinlik yaşına çatmayanlarda qəhvəyidən damazlıq erkəklərdə isə qırmızıya qədər dəyişir. [2] [2] Erkək lələyi əsasən tünd-göy rəngdədir, qanadlarında qırmızı ləkələr var. [5] Erkəyin qara dimdiyi, [2] qəhvəyi başı, [4] və qara-ağ boğazı var. [5] Həmçinin sinə hissəsində ağ ləkə var. Uçuş lələkləri qəhvəyi rəngdədir. Dişinin alnı, başının və boynunun yanları və ətrafı narıncı rəngdədir. Onun tacı qəhvəyi, qara ləkələrlədən ibarətdir. [2] Həmdə dişinin dimdiyi qəhvəyi rəngdədir. Onun alt hissələri tünd rəngli, qara çubuqlu, yuxarı hissələrində isə qara və qırmızı ləkələr və zolaqlar var. Yeniyetməlirin hamısı dişi cinsə daha çox bənzəyir. [2]

Mavi bildirçin köçəridir, yağışlı mövsümlərin əvvəlində və quru mövsümün əvvəlində bölgələrini dəyişir. [2] Mavi bildirçinlər toxumları, yarpaqları, həşəratları və mollyuskaları yeyir. [4] Səsi bir fit kimidir, kew kew yew . [5] Həm də qızaranda fit ilə tir-tir-tir verir. [2] Mavi bildirçin monoqamdır. Yuva sıyrıqdır . Yumurtalarını adətən yağışlı mövsümün əvvəlində qoyulur. [2] Bir bala verən zamankı dövründə 3-dən 9-a qədər zeytun-qəhvəyi yumurta qoyulur. Yumurtalarda qırmızı və bənövşəyi rəngli çillər var. Dişi tərəfindən təxminən 16 gün inkubasiya edilir. [2] Cücələr erkən yaşdadırlar . [4]

Mavi bildirçin geniş çeşidə malikdir və sabit populyasiya tendensiyası kimi görünür. IUCN( Qırmızı )Siyahısında təhlükə altında olan növləri ən az risk daşıyan növlər siyahısına salmışdır. [1]

  1. 1 2 BirdLife International (2016). "Synoicus adansonii" Arxivləşdirilib 2021-12-03 at the Wayback Machine. IUCN Red List of Threatened Species. 2016: e.T22678971A92796857. doi:10.2305/IUCN.UK.2016-3.RLTS.T22678971A92796857.en. Retrieved 17 November 2021.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 McGowan, Phil; Madge, Steve. Pheasants, Partridges & Grouse: Including buttonquails, sandgrouse and allies. Bloomsbury. 2010. səh. 244. ISBN 9781408135655.
  3. Jobling, James A. Helm Dictionary of Scientific Bird Names. Bloomsbury. 2010. səh. 31. ISBN 9781408133262.
  4. 1 2 3 4 5 6 Pappas, J. "Coturnix adansonii". Animal Diversity Web. 7 March 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2016.
  5. 1 2 3 Redman, Nigel; Stevenson, Terry; Fanshawe, John. Birds of the Horn of Africa: Ethiopia, Eritrea, Djibouti, Somalia and Socotra. Bloomsbury. 2010. səh. 130. ISBN 9781408135761.

Xarici linklər

[redaktə | mənbəni redaktə et]