Adi bildirçin

Adi bildirçin (lat. Coturnix coturnix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin bildirçin cinsinə aid heyvan növü.

Adi bildirçin
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Adi bildirçin
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Bədəninin uzunluğu 16-20 sm, kütləsi 80-145 q-a çatır. Gözləri açıq kürən-qonur rəngdə, dimdiyi boz-çəhrayı, ayaqları kürənvarı və ya açıq sarıdır. Üstdən bildirçin paslı-sarı köndələn və uzununa zolaqlı, qonur rəngdədir. Başının rəngi belinə nisbətən daha tünddür. Boğazı paslı-qonur, çinədanı paslı-sarıdır. Gözlərinin üstündən parlaq sarı-qonur, ağzının künclərindən isə kürənvarı zolaq keçir. Rəngində cinsi demorfizm zəif ifadə olunmuşdur.Erkəklərdə qara-qonur xalta vardır.

Poliqamdır, erkək istənilən dişi ilə cütləşir. Erkəklər öz aralarında dişilərin uğrunda döyüşüllər. Cütləşməyə hazırlaşan erkək bütün bədənini dartır, başını qaldırır və geriyə ataraq əvvəlcə sakit "vya-vya" səsi, sonra isə hündür ulartı səsi çıxarır. O torpaqda diametri 7-14, dərinliyi 4-6 sm olan kiçik çuxur qazaraq quru otla döşəyir. Yuva adətən sıx otların arasında yerləşir, üstdən örtüyü olmur. Bir qoyumda noxudu-sarı və ya açıq-qonurumtul rəngdə qonur və ya qara-qonur çilləri olan 8-dən 14-ə qədər yumurta olur. Dişi 18 gün ərzində kürt yatır. Cücələr intensiv böyüyərək 6-cı həftədə ananı tərk edirlər. Sürətli inkişafa və yüksək qayğıya baxmayaraq onların təxminən yarısı yırtıcılardan və köçmə zamanı məhv olur.

İstisnasız olaraq yerüstü həyat tərzi keçirir. Bildirçinlərə çəmənlərdə, mədəni səpin tarlalarında, meşə talalarında və subalp çəmənlərində rast gəlmək olur. Müxtəlif otlunəmlənmiş sahələrdə həvəslə yaşayır. Xüsusən cavan fərdlərin yaz-yay rasionunda heyvani qida, daha tez-tez həşəratlar, payızda isə bitki toxumları təşkil edir.[3][4]

Adi bildirçin səkkiz yarımnövə bölünür:

  • C. c. africana
  • C. c. confisa
  • C. c. conturbans
  • C. c. coturnix
  • C. c. erlangeri
  • C. c. inopinata
  • C. c. parisii
  • C. c. ragonierii
  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. "Arxivlənmiş surət". 2020-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
  4. "Arxivlənmiş surət". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.